Kriminal

Külli miqdarda dərmanı sərnişinlərə paylayaraq keçirmək istədi

28 Mart 2017 12:34

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli miqdarda dərman vasitəsinin qanunsuz dövriyyəsilə əlaqədar fakt qeydə alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı aviareysilə gələn sərnişinləri qarşılayan Azərbaycan Respublikasının vətəndaşı saxlanılıb.

Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi

28 Mart 2017 11:17

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun şəriki dövlətlərarası axtarışa verilib. Bu barədə İnterpolun saytına məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir. A.Kərimov Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Maşallah Əhmədovun müdafiəsinə qoşulan yeni vəkil KİMDİR?

27 Mart 2017 18:49

Dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun müdafiəsinə daha bir vəkil qoşulub. Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əli Hüseynov artıq M.Əhmədovun müdafiəsi ilə bağlı müqavilə imzalayıb. Bundan sonra M.Əhmədovun hüquqlarını vəkil Samir Abdullayevlə Əli Hüseynov müdafiə edəcək.

Məhkəmə Akif Çovdarovun vəsatətini təmin etməyib - YENİLƏNİB

27 Mart 2017 18:12

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.

Piyadanı vurub öldürən sürücü polisə könüllü təslim olub

27 Mart 2017 17:06

Martın 26-da saat 5 radələrində Masallı şəhərində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Vüsalə Cavadova vurulub və nəticədə piyada hadisə yerində ölüb. DİN-dən verilən məlumata görə, hadisəni törədən "QAZ-32213" markalı avtomobilin sürücüsü - Ərkivan qəsəbə sakini Əzizəli Həşimov könüllü RPŞ-yə gələrək təslim olub. Araşdırma aparılır.

Avtomobili elektrik dirəyinə vuran sürücü ölüb

27 Mart 2017 17:04

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, martın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İsrail Fərəcullayev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişini Rövşən Yusifli hadisə yerində ölüb.

Soyğunçuluqla məşğul olan keçmiş məhkum saxlanıb

27 Mart 2017 17:03

Martın 26-da Abşeron rayon sakini Müşfiq Abbasovun mobil telefonunu soyğunçuluq yolu ilə alınıb. DİN-dən verilən məlumata görə,  Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Əfqan Əliyev tutulub. Araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Ərəblər 2 azərbaycanlı qızı beysbol ağacı ilə zorlayıblar

27 Mart 2017 16:34

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinə (İAQYM) Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi (DİN İAQMBİ) tərəfindən yönləndirilmiş 63, müxtəlif qeyri-hökümət təşkilatları tərəfindən yönləndirilmiş və ya fərdi olaraq müraciət etmiş 30 nəfər insan alverinin potensial qurbanına yardım göstərilib. Bu barədə Sputnik Azərbaycan-a ƏƏSMN İAQYM-in direktoru Nəzakət Balabəyova məlumat verib.

Prokuror qardaşını bıçaqlayan şəxsə cəza istəyib

27 Mart 2017 16:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamada təqsirləndirilən Kamran Əlicanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Fikrət Qocanın oğlunu öldürən şəxsin başına iş gəldi

27 Mart 2017 15:49

Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov üçün təcridxanaya mobil telefon keçirmək istəyən dayısının bu əməli aşkar edilib.

Paytaxtda quldurluq edən dəstə zərəsizləşdirilib

27 Mart 2017 12:43

Martın 26-da saat 6 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Vahid Mövlazadənin idarə etdiyi "Mercedes" markalı avtomobilə sərnişin qismində oturan 4 naməlum şəxs metronun "20 Yanvar" stansiyasına gedəcəklərini bildiriblər. A.Məhərrəmov küçəsində onlar sürücünün boğazına kəndir dolayıb, bıçaqla hədələyərək avtomobildən düşməsini tələb ediblər.

İrandan narkotik gətirən qadın saxlanıb

27 Mart 2017 12:41

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı xanım vətəndaşın alt geyimində 1 ədəd bükümdə, xalis çəkisi 0,995 qram, daxili orqanında isə 3 ədəd bükümdə, xalis çəkisi 163,920 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Başına yumruqla vurub öldürdü

27 Mart 2017 12:31

Bakıda üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 25-də Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınıb

17 Mart 2017 17:42

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə gətirilmiş külli miqdarda psixotrop maddə olan MDMA həblərinin (ekstazi) qanunsuz yayılmasının qarşısı alınmışdır.

Pirotexniki vasitələr, siqaretlər və mobil telefonlar aşkar edilib

17 Mart 2017 17:07

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Qaz-3110” markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.