Oğurluqda şübhəli bilinənlər saxlanıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin fevral ayında Pirşağı qəsəbəsi ərazisindəki evlərdən birindən məişət əşyaları, su mühərriki və 150 metr elektrik naqili oğurlaması da müəyyən edilib. Həmçinin Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aprelin 1-də Zərgərpalan küçəsində yerləşən kafelərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Musayev tutulub.
3 Aprel 2017 16:29 KriminalDaxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin fevral ayında Pirşağı qəsəbəsi ərazisindəki evlərdən birindən məişət əşyaları, su mühərriki və 150 metr elektrik naqili oğurlaması da müəyyən edilib. Həmçinin Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aprelin 1-də Zərgərpalan küçəsində yerləşən kafelərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Musayev tutulub.