Tikinti şirkətinin dələduzluqda təqsirləndirilən əməkdaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  Hökmə əsasən, S. Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, S. Quliyev Bakıda yerləşən tikinti şirkəti "Dağlar" MTK-da çalışıb. O, vəzifə səlahiyyətlərdən istifadə edərək, Bakı sakinlərini mənzillə təmin edəcəyini deyərək, aldadıb və onlara qarşı külli miqdarda dələduzluq edib. S. Quliyev bir mənzili bir neçə şəxsə satıb. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31