Kriminal
Oğurluqla məşğul olan dəstə zərəsizləşdirlib
Xəzər rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-dən 6-dək olan müddətdə rayon ərazisində 4 evdən ümumilikdə 8.000 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri tutulub. Onların Fail Hacıyev, Babək İbadov, Ziya Məcidov, Oruc İsmayılzadə və Mirhəsən Qayublu olduğu müəyyən edilib.
Bakıda liftdə baş vermiş dəhşətli hadisənin TƏFƏRRÜATI
Aprelin 8-də Bakı şəhərinin Xətai rayonunda gənc oğlanın liftin şaxtasına yıxılaraq ölüməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. İlkin araşdırmalar zamanı məlum olub ki, 28 yaşlı Nurlan Həsənov binanın 11-ci mərtəbəsindən şaxtaya yıxılıb.
Doğduğu körpənin kimdən olduğunu bilməyən 3 uşaq anası onu vedrədə boğdu
Türkiyədə, İzmirin Karabağlar mahalında qeyri qanuni olaraq dünyaya gətirdiyi oğlan övladını vedrədə boğub öldürdüyü iddiasıyla mühakimə olunan 3 uşaq anası Nazire A. ömürlük həbs cəzasına məhkum edilib.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ufada ələ keçdi
Ufada polis əməkdaşları beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar. 23 yaşlı azərbaycanlı insan sağlamlığına qəsdən ağır xəsarət yetirmək maddəsi üzrə 2016-cı ilin avqust ayından İnterpol tərəfindən axtarışda olub.
Mürəbbənin içində narkotik keçirmək istədi
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Samur" gömrük postunun ixrac nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusunda olan yüklərə "Simba" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.
Vətəndaşın üzərində metadon adlı həblər aşkar olunub
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilə məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb aşkar olunub.
Sumqayıtda 5 otaqlı ev yanıb
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan bir mərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 və digər otağın tavanı 20 m2 sahədə yanıb.Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aleksandr Lapşinin həbs müddəti uzadıldı
Bu gün Nəsimi Rayon Məhkəməsində blogger Aleksandr Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanlarının verdiyi təqdimata baxılıb.
Əli İnsanovun məhkəməsi başlayıb
Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Rəşad Mustafayevin sədrlik etdiyi iclas jurnalistlərin iştirakı olmadan keçirilir.
Külli miqdarda siqaret müsadirə edib
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DİN-dən narkotik əməliyyatı
Respublikanın daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı və kultivasiyasına qarşı mübarizə sahəsində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.
Rusiyada qətl törədən qardaşlar Azərbaycanda tutuldular
Rusiyada qətl hadisəsi törətməkdə təqsirləndirilən şəxslər Azərbaycanda saxlanılıblar. DİN xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar Dağıstan Əzimov və qardaşı Rəfael tutulublar.
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə BASQIN: İşçilərə bıçaq çəkildi
Cəlilabadda yanacaqdoldurma məntəqəsinə basqın olub. Hadisə rayonun Alar kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində "Al-petrol" yanacaqdoldurma məntəqəsinə daxil olan maskalı şəxs orada işləyən şəxsləri bıçaqla hədələyib və seyfi açmağı tələb edib.
MTN generalı və digərlərinin həbs müddəti uzadılıb
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevvə digərlərinin həbs müddəti uzadılıb. Səbael rayon Məhkəməsinin qərarı ilə həbsin müddəti bir ay artırılıb.
Zərərçəkmiş: "Evimi satıb, pulu MTN əməkdaşlarına verdim" - YENİLƏNİB
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.














