Darvazanı söküb aparanlar ələ keçib
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərdən birinin həyətinin darvazasını sökərək oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Ağaverdi Rəhimov, Asif Həsənov, Zamiq İslamov, Tariyel Sadıqov və Cavid Novruzov tutulublar.
10 Aprel 2017 17:57 KriminalAbşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərdən birinin həyətinin darvazasını sökərək oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Ağaverdi Rəhimov, Asif Həsənov, Zamiq İslamov, Tariyel Sadıqov və Cavid Novruzov tutulublar. DİN-dən verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların aprelin 2-dən 7-dək olan müddətdə rayon ərazisində 3 evdən məişət əşyaları, 6 ədəd plastik qapı, generator, təmir-tikinti alətləri, elektrik naqili, 3 daş karxanasından transformatorun mis naqillərini, elektrik naqili və su mühərriki, tikinti materialları və elektrik avadanlıqları, 1 restoranın həyətindən 5 ədəd mühərrik, elektrik avadanlıqları, təmir-tikinti alətləri, 1 fermadan və vaqon tipli yardımçı təsərrüfatdan 250 metr dəmir boru oğurlamaları da müəyyən edilib.