Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ufada ələ keçdi

Ufada polis əməkdaşları beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar. 23 yaşlı azərbaycanlı insan sağlamlığına qəsdən ağır xəsarət yetirmək maddəsi üzrə 2016-cı ilin avqust ayından İnterpol tərəfindən axtarışda olub.

Saxlanılan şəxs 2015-ci ilin sentyabr ayında cinayəti törətdikdən sonra Azərbaycanı tərk edib və Ufaya gedib. O, noyabr ayından 2016-cı ilin yanvar ayına qədər miqrasiya qeydiyyatına alınıb. Beynəlxalq axtarışa verildikdən sonra o, qeydiyyat müddətini artırmayıb və haqq-ədalətdən qaçmağa başlayıb. Hazırda saxlanılan şəxsin Azərbaycana ekstradisiyası proseduru aparılır. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31