Kriminal
Aptekdən pul oğurlayan saxlandı
Suraxanı rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il dekabrın 5-də rayon ərazisindəki apteklərdən birindən 1200 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini saxlanıb. Onun əvvəllər məhkum olunmuş Qabil Nağıyev olduğu müəyyən edilib.
Narkotiklə tutuldu, digər cinayətləri aşkar edildi
Lənkaran şəhər sakini şöhrət Hüseynovun üzərində narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun fevralın 3-dən aprelin 1-dək olan müddətdə rayon ərazisində 1 evdən 250 manat pul və ərzaq məhsulları, habelə 3 həyətyanı sahədən ümumilikdə 35 ev quşu öğurlaması da müəyyən edilib.
Mağazanı qarət edənin qolları qandallanıb
Xətai rayonunda mağazalara qənim kəsilən şəxs ələ keçib. DİN-dən verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 18-də rayon ərazisindəki mağazalardan birindən 1247 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nikolay Qriqori tutulub. Faktla bağlı araşdırma aparılır.
Metroda qadının çantasından oğurluq edən yaxlanıb
Metroda oğurluqla məşğul olan şəxs tutulub. DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 10-da metronun "28 May" stansiyasının platformasında Sumqayıt şəhər sakini olan bir qadının çantasından içərisində 122 manat, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cümşüd Qocayev tutulub. Onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Zərərçəkmiş: "MTN əməkdaşları məndən külli miqdarda pul istədilər"
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Lapşin həbs müddətinin artırılması barədə qərardan apellyasiya şikayəti verib
Bloger Aleksandr Lapşin barəsində seçilmiş həbs-qəti imkan tədbirindən apellyasiya şikayəti verilib. Bu barədə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.
Yararlılıq müddəti bitmiş kolbasa və sosiska satan şəxslər tutulub
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Silahı polisə könüllü təhvil verib
Nardaran sakini silahını polisə təhvil verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Xəlfəli Səmədzadə müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təqdim edib.
Külli miqdarda siqaret aşkar edilib
Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-2109 markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Komitədən verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa qapılarının içərisindən aksiz markası olmayan, üzərində “Parliament” yazısı olan 6 400 ədəd siqaret aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Polis şöbəsində saxlanılan şəxs polisin silahı ilə özünü güllələdi - LƏNKƏRANDA
Akif Çovdarov və digərlərinin vəkilləri mətbuata açıqlama verməkdən imtina ediblər
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Darvazanı söküb aparanlar ələ keçib
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərdən birinin həyətinin darvazasını sökərək oğurlamaqda şübhəli bilinən Qobu qəsəbə sakinləri Ağaverdi Rəhimov, Asif Həsənov, Zamiq İslamov, Tariyel Sadıqov və Cavid Novruzov tutulublar.
Mobil operatorunun 8 ədəd dirəyini oğurlayan tutulub
Ərçivan qəsəbəsi ərazisində mobil operatorlardan birinə məxsus, hər birinin uzunluğu 6 metr olan 8 ədəd dəmir dirək oğurlanıb. DİN-dən verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Ramil Əliyev tutulub. Araşdırma aparılır.
Soyğunçuluq edən “polis” saxlanıb
Aprelin 9-da saat 2 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində naməlum şəxs özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadının cibindəki 120 manatı soyğunçuluq yolu ilə alıb.
Sürücüdən 32 manat alan şəxs tutulub
Aprelin 9-da saat 3 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Zəka Salmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində əyləşən naməlum şəxs düşərkən sürücünün əlindəki 32 manat pulu açıq talama yolu ilə alıb.














