Kriminal

Akif Çovdarov və digərlərinin məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib

12 Aprel 2017 18:22

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Əli İnsanov məhkəmədə ifadə verib

12 Aprel 2017 18:11

Bu gün Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Evlərə qənim kəsilən şəxs ələ keçib

12 Aprel 2017 17:07

Fizuli rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən mlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə cari il yanvarın 29-da rayon ərazisindəki evlərdən birindən 500 manat pul və 1 cüt qızıl sırğa oğurlamaqda şübhəli bilinən Qarabağ kənd sakini Ruslan Əliyev saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun yanvarın 28-də rayon ərazisindəki daha bir evdən mobil telefon və qızıl üzük oğurlaması da müəyyən edilib.

MMC-dən pul oğurlayan tutulub

12 Aprel 2017 17:05

Nəsimi rayonunda fəaliyyət göstərəb MMC-dən oğurluq edən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, DİN-in və Bakı ŞBPİ-nin Kriminalistik Tədqiqatlar idarələri, Nəsimi RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə cari il yanvarın 12-də Nəsimi rayonu ərazisində fəaliyyət göstərən MMC-lərdən birinin seyfindən 1000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Elturan Vəlibəyov Sumqayıt şəhəri ərazisində tutulub. Araşdırma aparılır.

Nəqliyyat vasitəsində gizlədilən siqaretlər aşkarlandı

12 Aprel 2017 16:48

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21124" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin istilik sobasının altından gömrük nəzarətindən gizlədilən 2800 ədəd "NZ Gold Compact" və 2000 ədəd "Portal Gold" markalı, ümumilikdə 4800 ədəd siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Qadını çılpaq şəklini yayacağı ilə şantaj etdi

12 Aprel 2017 16:01

Bakı sakinini şantaj edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin  mətbuat xidmətindən  verilən məlumata görə, Bakı şəhər sakini olan bir nəfər Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edərək paytaxt sakini olan Rövşən Xankişiyev tərəfindən döyüldüyünü, çılpaq şəkillərini çəkib sosial şəbəkədə yayacağı ilə hədələyərək ondan 1000 manat pul tələb etdiyini bildirib. 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Xankişiyev tutulub.

Qətl törətməkdə şübhəli bilinən qardaşlar saxlanıb

12 Aprel 2017 15:55

Abşeron rayonunun “28 May” qəsəbə sakinini qətlə yetirməkdə şübhəli bilinən Salyan rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da Abşeron rayonunun “28 May” qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.

"Rabitə işi" üzrə məhkəmə prosesi növbəti dəfə təxirə düşüb

12 Aprel 2017 12:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

12 Aprel 2017 12:47

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön və arxa təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar edilib. 

Qazaxda sürücülük vəsiqəsi düzəltmək üçün vətəndaşlardan pul alan şəxs tutulub

12 Aprel 2017 12:20

Qazax rayonunda dələduzluq edən şəxs saxlanıb.  Rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov həmyerlilərini aldadaraq onlardan sürücülük vəsiqəsi düzəltmək adıyla pul alıb. İlkin məlumatlara görə, beş nəfərdən 5 000 manat pul alan M.Cəfərov bir müddət kənddə görünməyib.

Atasını ürəyindən bıçaqlayan gənc: "O, şeytan idi"

12 Aprel 2017 12:07

Atasını anlaqsız vəziyyətdə öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror təqsirləndirilən Kənan Qasımovun atasını anlaqsız vəziyyətdə öldürməsi ilə bağlı qərarı elan edib.

Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

12 Aprel 2017 11:43

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan bloqger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi

11 Aprel 2017 17:14

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

Bakıda yetkinlik yaşına çatmayan qız məhkəmə zalında həbs edildi

11 Aprel 2017 16:37

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Meybullayev, Rəhim Rəhimov, Elnur Balakişiyev, Asiman Məmmədov və Arifə Musayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Fəvvarənin kabellərini oğurlayan tutulub

11 Aprel 2017 16:14

Aprelin 10-da Xaçmaz şəhəri ərazisində yerləşən parkdakı fəvvarəni elektrik enerjisi ilə təmin edən kabelləri kəsərək oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, onun əvvəllər məhkum olunmuş Bəhruz Hacımətov olduğu müəyyən edilib. O, Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil verilib.