Qətl törətməkdə şübhəli bilinən qardaşlar saxlanıb
Abşeron rayonunun “28 May” qəsəbə sakinini qətlə yetirməkdə şübhəli bilinən Salyan rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da Abşeron rayonunun “28 May” qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.
12 Aprel 2017 15:55 KriminalAbşeron rayonunun "28 May" qəsəbə sakinini qətlə yetirməkdə şübhəli bilinən Salyan rayon sakinləri tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 10-da Abşeron rayonunun "28 May" qəsəbəsi ərazisindən qəsəbə sakini Tapdıq Məmliyev döyülmə xarakterli xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Salyan rayon sakinləri Səftər Hacıyev, qardaşı Bəxtiyar və əmisi oğlu Şahmar Hacıyev tutulublar.