Kriminal

Yardımlıda törədilən qətlin səbəbləri bəlli oldu

14 Aprel 2017 16:48

Yardımlı rayonunda törədilmiş qətlin təfərrüatı üzə çıxıb.“Olaylar” xəbər verir ki, rayonun Telavar kəndində qətlə yetirilən Natavan Babayevanın 23 yaşı olub. O, təxminən 10 gün əvvəl itkin düşüb və ailəsi Natavanın yoxa çıxması ilə bağlı polisə müraciət edib.

Qazax-Bakı qatarında həyəcanlı anlar

14 Aprel 2017 16:35

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.  Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə (PB) Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun yaşadığı evdə odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kim i təqdim edən şəxs tutuldu

14 Aprel 2017 15:17

Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən şəxs tutulub. Bu haqda  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) vətəndaş Asif Əsədullazadə müraciət edərək özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edən Rövşən adlı şəxs tərəfindən dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulunun mənimsənildiyini bildirib.

Keçmiş MTN polkovniki məhkəmədə ifadə verib: "Onun xarici ölkə vətəndaşı ilə əlaqəsi üzə çıxmışdı"

14 Aprel 2017 15:15

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Akif Çovdarovun məhkəmə görüntüsü yayıldı

14 Aprel 2017 11:40

Hazırda məhkəməsi davam etdirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayorAkif Çovdarovun yeni görüntüsü yayılıb.

Gömrükçülər külli miqdarda siqaret aşkarlandılar

14 Aprel 2017 11:18

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz C220 CDI” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Sərhədi pozan iki İran vətəndaşı tutuldu

13 Aprel 2017 17:34

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən Azərbaycan sərhədini pozan iki İran vətəndaşı saxlanılıb. DSX-dan verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Beynəlxalq Bankın talanması işi: “Hamı qol çəkdi, mən də çəkdim...”

13 Aprel 2017 16:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən yüz milyonlarla kredit götürüb qaytarmamaqda ittiham olunan sabiq deputat, oliqarx Dünyamin Xəlilov və digər altı nəfərin – “Aqora” MMC-nin direktoru Fərhad Əmiraslanov, “Səbail Mebel” ASC-nin baş direktoru Seyfulla Seyfullayev, “Kondor Qrup” MMC-nin direktoru Mənsur Zeynalov, «Sport Layn» MMC-nin direktoru Rauf Əliyev, Şakir Musayev və Ruslan Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Salyanda əməliyyat: Ailənin üç üzvü saxlanıldı

13 Aprel 2017 15:52

Salyan rayonunda bir ailənin üç üzvü saxlanılıb.  Hadisə Xəlil Rza Ulutürk posepektində qeydə alınıb. Belə ki, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında şəhər ərazisində əmnəliyyat-axtarış tədbirləri keçirib.

Bakıda erməni əsilli Marat Ueldanovun məhkəməsi başlayır

13 Aprel 2017 15:47

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İstintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

“MTN işi”ndə vəkillər jurnalistlərə açıqlama verməkdən imtina ediblər

13 Aprel 2017 14:54

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Polisə "işə düzəldən" qadın məhkəmə zalında həbs edildi

13 Aprel 2017 14:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məhparə Kazımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Leyla Şıxlinskayanın 100 min dollarlıq iddiası ləğv olundu

13 Aprel 2017 12:13

"Leyla Şıxlinskaya" klinikasının rəhbəri, xalq artisti Leyla Şıxlinskaya ilə iş adamı Coşqun Mirzəyev arasındakı 100 min dollarlıq məhkəmə çəkişməsi yekunlaşıb.

FETÖ işi ilə əlaqədar həbs olunmuş AXCP üzvünün məhkəməsi başlayıb

13 Aprel 2017 11:52

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Avtoqəzada 1 nəfər ölüb, 2-si xəstəxanaya yerləşdirilib

12 Aprel 2017 19:00

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 12-də saat 3 radələrində Tovuz rayonunun Qovlar şəhərində Şəmkir rayon sakini Elmir Yunisli idarə etdiyi "VAZ-21011" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.  Tovuz RPŞ tərəfindən araşdırma aparılır.