Avtomobildə 4000 ədəd siqaret aşkar edildi
Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Kömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
14 Aprel 2017 17:29 KriminalXaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Kömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.