Kriminal
Qadınları Türkiyəyə aparan saxlanıb
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. “Olaylar” xəbər verir ki, axtarış tədbirləri nəticəsində 1967-ci il təvəllüdlü, Gəncə şəhər sakini Aşırova Tünzalə Dilən qızının azərbaycanlı qadınları Türkiyənin Merzifon rayonuna aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.Faktla bağlı araşdırma davam etdirilir.
Nardaran hadisələri ilə bağlı məhkəmədə DİN əməkdaşları ifadə verib
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elxan Həsənovun vəkili Ramiz Məmmədov hüquqlarını müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.
Bakıda yol qəzasında yanaraq ölən şəxs "MTN işi"ndə zərərçəkən imiş
Bir neçə gün əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yanaraq ölən şəxsin kimliyi məlum olub. Həmin şəxs Quliyev Gülağa Məhərrəm oğludur. G.Quliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə zərərçəkmişlərdən biridir.
Hindistan vətəndaşı Azərbaycana İrandan narkotik vasitə keçirmək istədi
Astara Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr, psixotrop və güclü təsiredici maddələrin qaçaqmalçılığının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, idarənin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi minik avtomobili ilə gələn Hindistan Respublikasının vətəndaşı kinoloji xidmət iti tətbiq olunmaqla keçirilən gömrük nəzarəti zamanı saxlanılıb.
3000 ədəd siqaret aşkar edilib
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 220" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsində döşəmənin altından gömrük nəzarətindən gizlədilən 3000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
"Brilliantı gösərib qayıdanda nazirliyin binasına aprıblar" - "MTN işi"
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Piter Elçin"in qardaşının qətlinin sifarişçisi yaxalandı - KRİMİNAL SAVAŞDA YENİ PƏRDƏ
Rusiyanın Sankt-Peterburq şəhərində Vüsal Əsgərov adlı Azərbaycan vətəndaşı həbs olunub. Əsgərov kriminal aləmdə "Elçin Piterski" kimi tanınan Elçin İsmayılovun qardaşı Maarif İsmayılovun qətlini sifarişdə ittiham olunur.
İş adamı Arzu Kazımov: "MTN-in şöbə rəisi qardaşımın və qaynımın həbsdən buraxılması üçün 4 milyon manat istədi"
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Uşağın ölümünə səbəb olan polis işdən çıxarıldı
Aprelin 12-də Bərdə rayonunda avtomobillə 3 yaşlı uşağı vurub öldürən polis işdən çıxarılıb. Rayonun Mustafaağalı kəndində idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac İmranzadəni vurub öldürən Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elgiz Əlizadə xidmətdən xaric edilib. Onun törətdiyi əməllə bağlı cinayət işi açılıb.
13000 ədəd siqaret aşkar edilib
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz C220 CDI" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövət Kömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənindən və ön panelindən gömrük nəzarətindən gizlədilən 13 000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb
Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Avtomobildə 4000 ədəd siqaret aşkar edildi
Xaşmaz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əldə etdiyi əməliyyat məlumatı əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 200" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Kömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonunun döşəməsinin altından gömrük nəzarətindən gizlədilən 4000 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Sabiq polis işçisi qonşusunu qətlə yetirib
Qax rayonunda qətl hadisəsi baş verib. Məlumata görə, rayon sakini 1959-cu il təvəllüdlü Musayev Aydın Musa oğlu qətlə yetirilib. Hadisəni 1949-cu il təvəllüdlü, Hacıyev Nəbi Hacıislam oğlu odlu tüfəngdən istifadə etməklə törədib. Onların qonşu olduğu bildirilir. A.Musayev "Kamaz" sürücüsü olub, N.Hacıyev isə təqaüddə olan keçmiş polis işçisidir. Hadisə Aydın Məmmədov küçəsində, A.Musayevin yaşadığı evin qarşısında qeydə alınıb.
Bakıda 100 mənzilin su sayğacını oğurlayanlar tutuldu
Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən paytaxtın Nizami rayonu ərazisində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.“Olaylar” xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan Respublikasının vətəndaşı Elçin Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı 5 ədəd su sayğacı aşkar olunaraq götürülüb
Natiq Kərimovun məhkəməsi təxirə salındı
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb.














