Evdən qızıl aparan ələ keçib

Sabunçu rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cabir Cəfərov tutulub.

Sabunçu rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cabir Cəfərov tutulub. Həmçinin Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 300 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Çayarxı kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Feyzullayev tutulub.Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31