Kriminal
Ağdam sakini elektrik cərəyanı vurub
Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aprelin 17-də Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki fermada Ağdam rayon sakini Yaqub Mahmudov elektrik cərəyanı vurması nəticəsində ölüb. Araşdırma aparılır.
Mobil telefoni oğuralayan yeniyetmə saxlanıb
Mərimanov rayonunda oğurliq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nərimanov RPİ 16-cı PB əməkdaşları tərəfindən martın 8-də Bakı şəhər sakini Xəyalə Qədirovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini olan bir yeniyetmə tutulub. Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 3-də Gəncə şəhəri ərazisindəki kompyuter salonlarından birindən 2 ədəd kompyuter oğurlamaqda şübhəli bilinən şəhər sakini Ayxan Hüseynov tutulub.
750 ədəd mişar daşı oğurlayan saxlanıb
Cari il martın 24-də Hökməli qəsəbəsindəki evlərdən birinin qarşısından 750 ədəd mişar daşı oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rəhim Məmmədov tutulub. Araşşdırma aparılır.
Şamaxı sakini qohumunu qətlə yetirib
Şamaxı rayonunda qətl hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 18-də Şamaxı rayonunun Göylər kənd sakini Famil Hidayətov həyətində münaqişə zəminində qohumu Şəmsəddin Hüseynovu bıçaqla qətlə yetirib. F.Hidayətov Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Nardaranda tutulan şəxsin yeni “silahxanası” aşkarlandı
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında əlavə əməliyyat-axtarış tədbiri həyata keçirilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb.Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib.
“MTN işi”ndə vəkillər növbəti dəfə jurnalistlərə açıqlama verməkdən imtina ediblər
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
37 min manata görə 37 il həbs
Dələduzluqda və oğurluqda təqsirləndirilən mütəşəkkil dəstə üzvləri - Adil Hacıyev, Ramin Manafov, Ruslan İbadov, Vəfa Qaraşova və Xədicə Qasımovanın cinayət işi üzrə məhkəmə başa çatıb.
Şirniyyat qutusunda siqaret keçirmək istədi
Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə “Heimann X-ray” markalı rentgen qurğusunda gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı əl yükündə olan 2 ədəd “Choco pie” markalı şirniyyat qutusunun və 1 ədəd “Yadra” markalı günəbaxan tumu qutusunun içərisindən gömrük nəzarətindən gizlədilən ümumilikdə 1800 ədəd “NZ Gold Compact” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Külli miqdarda valyutanın ölkədən çıxarılmasının qarşısı alındı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Rusiya vətəndaşının əşyaları və əynindəki gödəkcəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb. Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub.
40 min manatlıq dələduzluqda təqsirləndirilən dəllala HÖKM OXUNDU
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İslam Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xətaidə mağazaların qənimi saxlanıb
Xətai rayonunda oğurluqla məşğul olan şıxs saxlanıb. DİN-dən verilən m\lumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Nikolay Miroşniçenkonun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun martın 6-da rayon ərazisindəki 1 mağazadan 115 manat pul, mobil telefon və noutbuk oğurladığı da müəyyən edilib.
Evdən qızıl aparan ələ keçib
Sabunçu rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Cabir Cəfərov tutulub.
Yanan binaya görə tutulanlar yenidən məhkəmə önündə
2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslər barələrindəki hökmdən narazıdırlar.
Toy gecəsi sevdiyi oğlana qoşulub qaçan GƏLİN TAPILDI - YENİLƏNİB
İmişli rayonunda toydan sonra yoxa çıxan gəlin tapılıb. Bu barədə İmişli rayon Polis Şöbəsindən məlumat verilib. Hadisə aprelin 15-də gecə saatlarında baş verib. Rayonun Qaradonlu kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərli Nazxanım Kazım qızı toyundan sonra yoxa çıxıb.
Metroda cibgir saxlanıb
Bakı Metropoliteninin “28 May” stansiyasının platformasında Sumqayıt sakini olan qadın sərnişinin çantasından oğurluq edən şəxs yaxalanıb. “Olaylar” xəbər verir ki, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə ittiham edilən Bakı şəhər sakini Cümşüd Qocayev tutulub. C.Qocayev metronun “28 May” stansiyasının platformasında Sumqayıtdan olan bir qadının çantasından içərisində 122 AZN, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinib. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər də məhkum olunduğu müəyyən edilib.













