Kriminal

Zərərçəkən MTN-in gizli agenti olacaqmış

20 Aprel 2017 12:09

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Binəqədidə binada baş verən yanğınla bağlı cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

19 Aprel 2017 18:12

Bu gün Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək məhkəmə iclas protokollarında bəzi imzaların olmadığını deyiblər və işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyiblər.

Əli İnsanovun məhkəmə istintaqı yekunlaşdı

19 Aprel 2017 18:01

Bu gün Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Üç il əvvəl Azərbaycan tərəfə keçdikdən sonra Ermənistana qaytarılan Arsen Xocayana qətlə görə 9 illik həbs verilib

19 Aprel 2017 16:03

2014-cü ildə Azərbaycanla Ermənistan arasında qoşunların təmas xəttini qanunsuz keçən və BQXK vasitəsi ilə Ermənistana qaytarılmış Arsen Xocayan 17 yaşlı qızı qətlə yetirdiyi üçün 9 il azadlıqdan məhrum edilib. 

Qohumunun evindən 20 min manat oğurlayan tutulub

19 Aprel 2017 15:16

Bakıda qohumunun evindən pul oğurlayan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da Buzovna qəsəbəsindəki evlərdən birinin zirzəmisindən 20.000 manat pul oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu Vüsal Hüseynzadə tutulub. Araşdırmalar davam etdirilir.

50 min manatlıq dələduzluqla bağlı araşdırma aparılır

19 Aprel 2017 15:15

Bakı sakininə qarşı 50 min dollarlıq dələduzluq edilib. Məlumata görə, Bakı şəhər sakini 39 yaşlı Murad Mirzəyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin iyul ayında 38 yaşlı Bəxtiyar Mirzəyev ondan 50 min ABŞ dolları dəyərində kompüter avadanlıqları alıb, lakin indiyədək pulunu verməyib. Faktla bağlı araşdırma aparılır.

Prokuror Yunusların məhkəməyə gəlmələrini tələb etdi

19 Aprel 2017 14:49

Bu gün Bakı Apelyasiya Məhkəməsində Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barələrində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Yunusların vəkili Elçin Sadıqov hakimdən cinayət işində olan sənədlərin surətini istəyib. Vəkil bildirib ki, həmin sənədlər 300 səhifədən ibarətdir və onlarla tanış olmaq istəyir.

"Ermənistanla biznes quran Muradovun yüksək vəzifəli qardaşı..."

19 Aprel 2017 13:32

Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Moskvada azərbaycanlının olduğu avtomobil güllələndi

19 Aprel 2017 12:59

Moskvada azərbaycanlı soydaşının avtomobilinə atəş açıb. Hadisə paytaxtın Şimali Butovo rayonunda baş verib. Moskva Dairəvi Avtomobil Yolunun 35-ci km-də "Audi A8" avtomobilində olan naməlum şəxs travmatik silahdan "Toyota Camry" markalı avtomobilə bir neçə dəfə atəş açıb. Hadisə yerindən qaçan şəxs bir müddət sonra saxlanılıb. Atəş açan şəxsin Moskvada yaşayan 35 yaşlı azərbaycanlı olduğu bildirilir.

"Rabitə işi" yenidən təxirə düşdü

19 Aprel 2017 12:49

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə aparılan prosesdə hakim bildirib ki, məhkəmə tərkibində olan hakimlərdən Fikrət Qəribov ürəyindən əməliyyat olunub. Ona görə də F.Qəribovun prosesdə iştirak etməsi mümkün deyil.

Ölkəyə qanunsuz mobil telefon gətitirlməsinin qarşısı alınıb

19 Aprel 2017 11:59

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı nəqliyyat vasityəsinə gömrük baxışı keçirilib.

Azərbaycanda 9 qadın narkotik satışına görə həbs edilib

19 Aprel 2017 11:14

2017-ci ilin 3 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan verilən məlumata görə,  cari ilin 3 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 910 fakt aşkar edilib. 

Maşallah Əhmədovun vəsatəti TƏMİN EDİLDİ

18 Aprel 2017 18:53

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayətinə baxılıb.

6 nəfərin ölümü səbəb olan sürücüyə HÖKM OXUNDU

18 Aprel 2017 18:45

6 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən Elyar Bayramovun cinayət işi üzrə məhkəmə isintaqı başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə  əsasən, E. Bayramov 10 il müddətə azadlıqdan məhrum edilib.

Bakıda şirkət işçiləri "Bandotdel"in əməliyyatı ilə tutuldu

18 Aprel 2017 18:17

Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyi şirkət əməkdaşlarını saxlayıb. Saat 17 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçıları Nərimanov rayonunda yerləşən "Azpilot" LLC-nin hələlik adı açıqlanmayan 3 əməkdaşını saxlayıblar. İlkin məlumata görə, həmin şəxslər saxta sənəd düzəltmədə və dələduzluqda ittiham edilirlər.