Kriminal
Axtarışda olan Azərbaycan vətəndaşı tutuldu
Gürcüstanın paytaxtı Tbilisidə 2015-ci ilin noyabr ayından İnterpolun qırmızı xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı, 1961-ci ildə anadan olmuş Q.İ. saxlanılıb.
Qadını rüsvay edəcəyi ilə hədələyən şəxs tutulub
Mingəçevir şəhər sakini bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan pul alarkən tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 17-də Nərimanov rayonu ərazisində Mingəçevir şəhər sakini Pünhan Abdullayev Bakı şəhər sakini olan bir qadın barədə rüsvayedici məlumat yayacağı ilə hədə-qorxu gəlib ondan 1500 manat pul alarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərfindən tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.
Külli miqdarda siqaret və mobil telefon aşkarlanıb
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “CM8 G2K” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin salonundan, oturacaqlarının altından və içindən gömrük nəzarətindən gizlədilən 4800 ədəd “Pirveli” markalı siqaretlər aşkar edilərək götürülüb.
Azərbaycan yüklərinin Ukraynada oğurlanması ilə bağlı yeni məlumat
Ukraynanın Milli Polisi Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması faktını ciddi nəzarətə götürüb. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, son vaxtlar içərisində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu maşınların Ukraynada oğurlanması faktını ciddi nəzarətə götürən Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin aidiyyəti qurumlarına yazılı müraciət edərək, baş vermiş cinayət hadisəsinin araşdırılmasını tələb edib.
Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verildi
Daha bir azərbaycanlı İnterpol vasitəsilə axtarışa verilib. 1982-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan Ruslan Abdullazadə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilir. İstintaqdan yayınan R.Abdullazadə barəsində Azərbaycan məhkəmə orqanı tərəfindən həbs qətimkan tədbiri seçilib. O, İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.
13 manata görə qətl törədən gəncə höküm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İlham Aslanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dostunun arvadını qaçıran mollanın həyat yoldaşı evi tərk etdi
Türkiyənin Bursa şəhərində dostunun həyat yoldaşıyla qaçan molla barədə Dini İşlər İdarəsində qərar qəbul edilib. Bursanın İznik mahalındakı Elbeyli kəndində mollalıq edərkən dostunun həyat yoldaşı olan 2 uşaq anası Funda Ş. ilə qaçan 43 yaşlı Mustafa T.-nı İdarə işindən azad edib. 2 uşaq atası Mustafa T. iddiaya görə, keçən ilin sentyabr ayında dostu Mehmet Ş.-nın həyat yoldaşı Funda Ş.-nı qaçırıb. Bunu öyrənən 2 uşaq atası Mehmet Ş. Ailə Məhkəməsində iddia qaldıraraq həyat yoldaşından boşanıb.
Rusiyada azərbaycanlılar arasında kütləvi bıçaqlaşma: Ölən və yaralılar var - YENİLƏNİB
Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub. Hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb. Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.
Hədələnərək 720 minlik sənədə imza atdı - Bakıda İLGİNC OLAY
Bakı sakini hədə-qorxu ilə borc sənədinə imza atdığını idda edir. 1989-cu il təvəllüdlü Abbas Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Nərimanov rayonunda Arif adlı şəxs ona hədə-qorxu gələrək notariat kontorunda 720 000 ABŞ dolları borcu olması barədə sənəd imzalamağı tələb edib.
2 dönər, 1 araq üçün gənc qadını kor qoyan şəxsə HÖKM OXUNDU
Keçmiş arvadının üzünə "kislota" atdıran Tural Hüseynov və icra edən Vüqar Kərimovun məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Tural Hüseynov 10 il və Vüqar Kərimov isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror çıxışında hər iki şəxsin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
"30 nəfərin adına 6 milyon kredit götürüb" - Sabiq deputatın məhkəməsi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
1 milyon 200 minlik dələduzluq edən qadın MƏHKƏMƏ QARŞISINDA
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində təyin edilmiş stasionar məhkəmə-psixatrik ekspertizasının rəyi açıqlanıb.
Natiq Kərimovun məhkəməsi yenidən təxirə düşdü
Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi yenidən təxirə salınıb.
Ölkəyə qanunsuz siqarət keçirmək cəhdinin qarşısı alınıb
Ölkəyə qanunsuz olaraq siqaret gətirən şəxslər saxlanılıb. Bu haqda Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.
"MTN işi" üzrə məhkəmə təxirə salınıb
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə Sabunçu rayon Məhkəməsində bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.














