Metroda cibgir saxlanıb
Bakı Metropoliteninin “28 May” stansiyasının platformasında Sumqayıt sakini olan qadın sərnişinin çantasından oğurluq edən şəxs yaxalanıb. “Olaylar” xəbər verir ki, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə ittiham edilən Bakı şəhər sakini Cümşüd Qocayev tutulub. C.Qocayev metronun “28 May” stansiyasının platformasında Sumqayıtdan olan bir qadının çantasından içərisində 122 AZN, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinib. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər də məhkum olunduğu müəyyən edilib.
17 Aprel 2017 16:04 KriminalBakı Metropoliteninin "28 May" stansiyasının platformasında Sumqayıt sakini olan qadın sərnişinin çantasından oğurluq edən şəxs yaxalanıb. "Olaylar" xəbər verir ki, Metropolitendə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə ittiham edilən Bakı şəhər sakini Cümşüd Qocayev tutulub. C.Qocayev metronun "28 May" stansiyasının platformasında Sumqayıtdan olan bir qadının çantasından içərisində 122 AZN, sənəd və açarlar olan pul qabını oğurlamaqda şübhəli bilinib. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər də məhkum olunduğu müəyyən edilib.