Qazaxda sürücülük vəsiqəsi düzəltmək üçün vətəndaşlardan pul alan şəxs tutulub
Qazax rayonunda dələduzluq edən şəxs saxlanıb. Rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov həmyerlilərini aldadaraq onlardan sürücülük vəsiqəsi düzəltmək adıyla pul alıb. İlkin məlumatlara görə, beş nəfərdən 5 000 manat pul alan M.Cəfərov bir müddət kənddə görünməyib.
12 Aprel 2017 12:20 KriminalQazax rayonunda dələduzluq edən şəxs saxlanıb. Rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov həmyerlilərini aldadaraq onlardan sürücülük vəsiqəsi düzəltmək adıyla pul alıb. İlkin məlumatlara görə, beş nəfərdən 5 000 manat pul alan M.Cəfərov bir müddət kənddə görünməyib. Aldadıldıqlarını hiss edən vətəndaşlar Qazax Rayon Polis Şöbəsinə müraciət ediblər. Qazax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində M.Cəfərov Bakı şəhərində saxlanılıb. Əməlini etiraf edən M.Cəfərov peşman olduğunu bildirib. Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb. Report.az