Bakıda liftdə baş vermiş dəhşətli hadisənin TƏFƏRRÜATI

Aprelin 8-də Bakı şəhərinin Xətai rayonunda gənc oğlanın liftin şaxtasına yıxılaraq ölüməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. İlkin araşdırmalar zamanı məlum olub ki, 28 yaşlı Nurlan Həsənov binanın 11-ci mərtəbəsindən şaxtaya yıxılıb.

Aprelin 8-də Bakı şəhərinin Xətai rayonunda gənc oğlanın liftin şaxtasına yıxılaraq ölüməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. İlkin araşdırmalar zamanı məlum olub ki, 28 yaşlı Nurlan Həsənov binanın 11-ci mərtəbəsindən şaxtaya yıxılıb. Belə ki, axşam saatlarında aşağı düşmək üçün liftin düyməsinə sıxan N.Həsənov qapının açıldığını, lakin liftin hələ gəlmədiyini görüb. O, başını lift şaxtasına doğru əyib və liftin harada olmasını müəyyənləşdirməyə çalışıb. Bu zaman yuxarı mərtəbədə olan lift aşağı enərək onun başına çırpılıb. Zərbənin təsirindən N.Həsənov şaxtaya yıxılıb və hadisə yerindəcə keçinib.Araşdırmalar davam etdirilir. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31