Sürücüdən 32 manat alan şəxs tutulub

Aprelin 9-da saat 3 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Zəka Salmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində əyləşən naməlum şəxs düşərkən sürücünün əlindəki 32 manat pulu açıq talama yolu ilə alıb. 

Aprelin 9-da saat 3 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Zəka Salmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində əyləşən naməlum şəxs düşərkən sürücünün əlindəki 32 manat pulu açıq talama yolu ilə alıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Qurbanov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31