Kriminal
Külli miqdarda narkotik vasitə müsadirə edilib
Külli miqdarda narkotik vasitə və güclü təsiredici həblər qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotiklərə qarşı qətiyyətli tədbirlər davam etdirilir. Ötən gün bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 12 kiloqrama yaxın yüksək təsiredici xüsusiyyətə malik olan narkotik vasitə, həmçinin güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Avtomobil yolu keçən kişini vurub öldürüb
Binəqədi rayonunun Biləcəri qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 31-də saat 20 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Bakı şəhər sakini İbrahim Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtomobil qaçıran saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 31-də şəhər ərazisindən rayon sakini Lətafət Abbasovaya məxsus “VAZ-21011” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Faiq Qasımov saxlanılmışdır.
Peterburqda 60 milyon dəyərində qızıl oğurlyan dəstə ilə polis atışdı VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərində yanvarın 31-də axşam saatlarında üç nəfər "Adamas" zərgərlik mağazasını yarıb. Hadisə yerinə gələn polislə soyğunçular arasında atışma yaşanıb.
Keçmiş MTN-in qadın generalı məhkəmədən barəsindəki cinayət işinə xitam verilməsini istəyib
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda qadın evindən 58 min dollar oğurlayıb sevgilisinə verdi
Yanvarın 30-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və ötən il noyabrın 16-dan cari ilin yanvar ayının 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlanması məlum olub.
Narkotik keçirmək istədi, gömrükdə yaxalandı
Gömrük əməkdaşları psixotrop maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Bakıda ŞOK HADİSƏ
Bakıda yol polisinə tabe olmayan sürücü silaha əl atıb. Paytaxtın Nərimanov rayonu ərazisində yol hərəkəti qaydalarını pozduğuna görə, “Volkswagen” markalı “90 UU 793” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1983-cü il təvəllüdlü Təyyar Əliyevin maşını saxlanılıb. T.Əliyev yol polisi serjantı Orxan Həsənova tabe olmayaraq avtomobilində olan pnevmatik tapança ilə ona hədə qorxu-gələrək buraxmasını tələb edib.
Şabranda yanmış kişi meyitinin tapılması ilə bağlı cinayət işi başlanıb
Penitensiar Xidmətin keçmiş qarovul rəisi müğənni Fədayə Laçınla üzləşdirilib
Vəkil xüsusi təyinatlı vaqondan qaçan məhbuslara görə saxlanılan Ədliyyə NazirliyiPenitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədovla görüşüb. Vəkil Vilayət Nadirov qeyd edib ki, C. Səmədovun səhhəti normaldır və saxlanılma şəraitindən narazı deyil. O bildirib ki, C. Səmədovla bağlı istintaq yaxın müddətdə yekunlaşdırılaraq məhkəməyə göndərilə bilər. Vəkil onu da deyib ki, C. Səmədov əvvəllər aparılmış istintaq hərəkətləri ilə bağlı iş üzrə həbsdə olan müğənni Fədayə Laçınla üzləşdirilib.
Keçmiş məhkumdan 2 kq heroin götürülüb
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, keçirilən əməliyyat nəticəsində Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Həmidov tutularaq polis bölməsinə gətirilib.
Əsgər yoldaşına aşiq oldu, 2 il sonra görüşüb qeyri-təbii yolla əlaqə təklif etdi və...
Bakıda əsgərlik yoldaşını öldürməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Rəsmi sənədlərə görə, Zamin Məcidli 2012-ci ilin iyul ayından 2014-cü ilin yanvar ayına kimi hərbi xidmətdə olduğu müddət ərzində eyni hərbi hissədə qulluq etdiyi Nurlan Xudiyevlə tanış olub. O, həmin vaxtdan Nurlan Xudiyevlə dostluq münasibətlərini saxlayıb, mütəmadi olaraq görüşüb.
Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il iyunun 5-dən dekabrın 31-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən akkumulyator, habelə 3 evdən geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arzu Rəhimov saxlanılıb.
Oğrunun digər əməlləri də ifşa olunub
Oğurluq etdiyinə görə tutulmuş şəxsin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Əskər Əkbərovun ətrafında Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il mayın 29-dan dekabrın 23-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədən məişət əşyaları, qaz sayğacı və su mühərriki oğurlaması da müəyyən edilib.
Xeyli silah-sursat polisə təhvil verilib
Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. DİN-dən “Olaylar”a verilən məlumata görə, belə tədbirlərin nəticəsidir ki, ötən gün də vətəndaşlar tərəfindən xeyli silah-sursat polis orqanlarına təhvil verilib. Belə ki, yanvarın 30-da ümumilikdə 5 silah - 1 ədəd “Karabin”, 1 ədəd “TOZ-8” 3 ədəd “İJ” markalı ov tüfəngləri vətəndaşlar tərəfindən könüllü olaraq Ordubad, Biləsuvar və Salyan rayon polis şöbələrinə təhvil verilib. Həmçinin Pirallahı qəsəbə sakini Təbib Mirzəyev 2 ədəd “F-1” markalı qumbaranı, 2 ədəd qumbara alışdırıcısını və 20 ədəd patronu könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.














