İqtisadiyyat
"Azərbaycan-Meksika ticarət dövriyyəsi stabil xarakter daşıyır"- Səfir
Azərbaycanla Meksika arasında ikitərəfli əlaqələr inkişaf edir. Bu il iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib, qarşılıqlı səfərlər olub. SİA-nın məlumatına görə, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, xüsusilə idman, ticarət sahəsində də əlaqələr inkişaf edir:
İqtisadçı: “Qərarlar enerji sərfiyatına qənaətlə yanaşmaya müsbət təsir edəcək”
“Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ceyhun Xəlilzadə deyib.
"2017-ci ildə neftin qiyməti 45-50 dollar səviyyəsində olacaq"
"Mənə elə gəlir ki, 2017-ci ildə neftin dünya bazarında qiyməti orta hesabla 45-50 dollar səviyyəsində olacaq. Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsində neftin qiyməti 40 dollar səviyyəsində götürülüb". Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib
“Son iki ilə qədərki zaman kəsiyində xarici dövlət borcumuzun həcmində elə ciddi bir artım baş verməyib. Belə ki, 01 yanvar 2015-ci il tarixədən 01 oktyabr 2016-cı il tarixə qədər ötən bir il doqquz ay ərzində Azərbaycanın xarici dövlət borcu cəmisi 1,1 milyard dollar artaraq, 6,5 milyard dollarardan, 7,6 milyard dollara çatıb”.
“Maliyyə savadlılığı” adlı təlimlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birgə Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı” layihəsi çərçivəsində “Maliyyə savadlılığı” adlı təlimlər həyata keçirib.
Qızıl bazarının “qızıl dövrü” bitdi
Satıcılar ümidlərini toy mövsümünə bağlayıblar Son günlər dünya və Avropa fond birjalarında keçirilən hərraclarda qızılın qiymətinin kəskin bahalaşması müşahidə edilir. Belə ki, son iki gündə qızılın bir unsiyası 12 dollaradək bahalaşaraq 1235 dollara yaxınlaşıb. Hələlik qiymətli metalın qiymətindəki bahalaşmanın səbəbləri açıqlanmır. Buna baxmayaraq, qızılın quymətinin kəskin şəkildə bahalaşmasının səbəbi kimi dünya bazarında neftin qiymətinin dəyişməsi göstərilir. İqtisadçşı-ekspert Pərviz Heydərovun fikrincə, qızılın bahalaşmasının əsas səbəbi həmişə olduğu kimi, yenə də neftin qiymətiylə bağlıdır
“Günəşli” yatağında daha bir quyu istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6 saylı dərin dəniz özülündə 45 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilİib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu Fasilə Lay Dəstəsindən qazlift üsulu ilə məhsul verib, 3088-3075 metr intervaldan sutkalıq 71 ton neft və 5000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.
Abid Şərifov: “Son illər nəqliyyat infrastrukturuna 25 mlrd. dollar investisiya yatırılıb”
Azərbaycan prezidenti ölkədə nəqliyyat infrastrukturunun inkişafına xüsusi diqqət ayırır. “APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.
Natiq Əliyev: “Gələn ildən dünyada neftə tələbatın artması ilə qiyməti də artmağa başlayacaq”
“Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq”. Bu fikri energetika naziri Natiq Əliyev deyib. N.Əliyev bildirib ki, 2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 mln. 300 min barel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Onun sözlərinə görə, proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq: “Enerji istehsalının artımını tələb edən faktorların əhalinin artması və dünyada qlobal iqtisadi aktivliklə şərtləndiyini nəzərə alsaq, növbəti onilliklərdə neftə tələbatın - nəticədə isə qiymətin də yüksələcəyini proqnozlaşdırmaq olar. Əhali sayının artması prosesi 2035-2040-cı illərdə neftə olan tələbatı maksimum səviyyəyə qaldıracaq. 2010-cu ildən 2040-cı ilədək dünya əhalisinin sayının təqribən 30% artması isə qlobal ÜDM-in də, təxminən, 140% yüksələcəyini vəd edir”.
“Made in Azerbaijan” brendinin yaradılmasına nə mane olur?
Komitə sədri: “Sahibkarlar beynəxalq sertifikatların və patentlərin alınmasında problemlərlə qarşılaşırlar” Bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” fərman imzalayıb.
Banklar hesabatlılıq öhdəliklərinə əməl etməkdən necə yayınırlar?
Samir Əliyev: “Bu həmin bankların maliyyə vəziyyəti barədə əhalidə, o cümlədən ekspertlərdə şübhələr yaradırdı” Keçən ilin sonlarında baş verən devalvasiyadan sonra ölkədə fəaliyyət göstərən bir sıra banklar yaranmış vəziyyətə adekvat fəaliyyət göstərə bilməyərək işini dayandırdı. Həmin ərəfədə istər-istəməz cəmiyyətdə belə bir sual meydana çıxdı ki, banklar nə üçün rentabelli fəaliyyət göstərə bilmədilər. Eləcə də müştəri hesabına milyonlar əldə edən bu maliyyə qurumları hansı səbəbdən ən adi məsələləri belə öz müştərisindən gizlədərək onu maliyyə sirri kimi cəmiyyətə ötürməkdən yayınır. Bu günlərdə isə bu maliyyə qurumlarında cəmiyyətə açıqlıq prosesi müşahidə edilməyə başladı. Məlum oldu ki, bu da səbəbsiz deyil. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Banklarda korporativ idarəetmə standartları”nın tələblərinə müvafiq məlumatların açıqlanması ilə bağlı banklara xəbərdarlıq məktubu göndərib və hətta bu tələblərə əməl etməyən 10-dan çox banka qarşı maliyyə sanksiyasının tətbiq edib.
Rüfət Aslanlı: "Kredit portfeli azalmaqda davam edir"
"Maliyyə sektorunda restrukturizasiyanın tamamlanmasına hədəflənmişik, ilin sonu-növbəti ilin əvvəlinə tamamlamağı düşünürük".
Vüqar Bayramov: "Mənfəət əldə edən kiçik bankların hesabatları yoxlanılmalıdır"
Maliyyə hesabatlarında mənfəət əldə etdiyini göstərən kiçik bankların hesabatlarının yoxlanılmasına ehtiyac var. Bunu "APA-Economics"ə açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Bank rəhbərlərinə sərt XƏBƏRDARLIQ
Azərbaycanda bank rəhbərləri səriştəsiz fəaliyyətə görə məsuliyyət, hətta cinayət məsuliyyəti daşıyacaqlar.
Dolların ən çox bahalaşacağı dövr açıqlandı EKSPERT RƏYİ
Dollarda bahalaşma məhz toplantıya qədər olan dövrdə daha çox müşahidə olunacaq “Hazırda yeni gözləntilər fonunda dünya bazarında ABŞ dollarının möhkəmlənməsi prosesi müşahidə olunur. Xüsusilə də dollar inkişaf etmiş ölkələrin məzənnələri avro, funt sterlinqə qarşı möhkəmlənməkdədir. Bu əsasən dekabrın 13-14-də baş tutacaq ABŞ Mərkəzi Bank toplantısına hesablanan investor davranışlarının nəticəsidir”. Bunu SİA-ya iqtisadçı-ekspert Rəşad Həsənov Federal Ehtiyatlar Sisteminin (FED) rəhbər müavini Stenli Fişerin dolların faiz dərəcələrinin aşağı olması ilə bağlı fikirlərini şərh edərkən deyib.














