İqtisadçı: “Qərarlar enerji sərfiyatına qənaətlə yanaşmaya müsbət təsir edəcək” 

“Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ceyhun Xəlilzadə deyib.

"Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ceyhun Xəlilzadə deyib.

O qeyd edib ki, vətəndaşların gündəlik istifadəsi üçün qaz və elektrik enerjisinin qiymətinin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinə əməl olunmasından irəli gəlir: "Tarif Şurasının qərarları kommersiya şirkətləri ilə sadə vətəndaşların ödənişində fərq yaradacaq. Bu da sosial ədalət prinsipini təmin edəcək. Hər bir ailə üçün 1500 kubmetr qaz bəs edir. Ancaq ticarət və istehsalat müəssisələrində daha çox qaz sərf edilə bilər. Hazırda "kombi" sistemləri quraşdırılıb ki, bu da az təzyiqlə işləyir və az sərifiyyat olur. Qərarda isə bildirilir ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisinin pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Tarif Şurasının qərarları elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Bu qərarlar, eyni zamanda elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmaya və izafi istehlakın qarşısının alınmasına müsbət təsir göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31