İqtisadiyyat

2017-ci  ilin ilk ixrac missiyaları

29 Dekabr 2016 17:55

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ixrac missiyaları təşkili 2017-ci ildə də davam etdirələcək.

Vergilər Nazirliyində kollegiya iclası keçirilib

29 Dekabr 2016 17:11

Dekabr ayının 28-də "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2016-cı il tarixli nömrəli Qanunun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr edilmiş kollegiya iclası keçirilib.

ARDNF-in əməkdaşları sığortalanıb

29 Dekabr 2016 16:04

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortasını həyata keçirəcək sığortaçını müəyyən edib. “OLAYLAR”-ın xəbərinə görə, ““AtaSığorta” şirkəti ARDNF-in əməkdalarının könüllü tibbi sığortası üzrə sığortaçı seçilib. Dekabrın 23-də şirkətlə sığorta xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanıb. Qeyd edək ki, “AtaSığorta” 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.

Vergilər Nazirliyi gələn il üçün hesablamalarında dolların məzənnəsini 1,75 manatdan götürüb

29 Dekabr 2016 14:33

"ABŞ dollarının məzənnəsindəki dəyişiklik az qala bütün sahələrə təsir edir". Bunu bu gün keçirilən mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

2017-ci ilin büdcəsi nə vəd edir?

29 Dekabr 2016 13:28

2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalandı. Beləliklə, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri isə 16 milyard 900 milyon manat müəyyənləşdirilib. O cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286 min manat, yerli xərcləri isə 688 milyon 714 min manat məbləğində təsdiq edilib. 2016-cı ilin dövlət büdcəsinə nisbətən qarşıdan gələn ilin dövlət büdcəsində gəlirlər və xərclərdə nəzərə çarpacaq dərəcədə fərqlər olsa da, ancaq ümumilikdə gtürəndə qlobal iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan 2017-ci il dövlət büdcəsinin göstəriciləri məqbul sayıla bilər. Elə büdcə layihələrində aktiv iştirak edən millət vəkilləri də bu qənaətdədirlər.

Bank sistemində inqilabi dönüş edə biləcək kəskin addımlar atmaq lazımdır

29 Dekabr 2016 13:26

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov təəssüf hissi ilə qeyd edir ki, yola salmağa hazırlaşdığımız 2016-cı il iqtisadi geriləmələrlə başa çatır. 

Xarici neft şirkəti Azərbaycanı tərk edir

29 Dekabr 2016 12:38

Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərindən biri ölkəni tərk edir.  Vergilər Nazirliyindən verilən məlumata görə, "Commonwealth Oil and Gaz Company LTD" şirkətinin ölkəmizdəki nümayəndəliyi ləğv olunub. Şirkətin kreditorları öz tələblərini bildirə bilərlər. Bunun üçün onlar Səbail rayonu, Asəf Zeynallı küçəsi ev 14 ünvanına müraciət edə bilərlər. Fins.az

Qənaət edilmiş qaz TAP və TANAP vasitəsilə Avropaya ixrac olunacaq

29 Dekabr 2016 12:37

Qaz təchizatında Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulub. Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb.

Dollar 1.77-ni ötdü - Hərrac

29 Dekabr 2016 12:35

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. AMB-dən  verilən məlumata görə, hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb. Qeyd edək ki, AMB USD/AZN rəsmi məzənnəsini bu gün üçün 1,7662 səciyyəsində müəyyənləşdirib. Axar.az

Nazirlik: Bankların faiz və maliyyə sanksiyalarına görə 8 mln. manat borcu var

29 Dekabr 2016 12:18

2017-ci ilin yanvarın 1-nə bankların faiz və maliyyə sanksiyalarına görə təxminən 8 mln. manatlıq borcu var. Bunu bu gün keçirilən mətbuat konfransında Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov deyib. Onun sözlərinə görə, 2017-ci ilin yanvarın 1-nə bankların 2 mln. 190  min manat faiz borcu, maliyyə sanksiyasına görə 4,8 mln. manat borcu yaranıb: "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi qəbul olunarsa, bankların faiz və maliyyə sanksiyasına görə, təxminən 8 milyon manat borcu silinəcək".

Qənaət edilmiş qaz TAP və TANAP vasitəsilə Avropaya ixrac olunacaq

29 Dekabr 2016 11:46

Qaz təchizatında Bakı şəhərində itkilərin azaldılaraq Avropanın qazpaylamadakı müqayisəli itki səviyyələrinə çatdırılması nəzərdə tutulur. Bu, Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb. Sənəddə qeyd edilib ki, qazın paylanması zamanı baş verən itkilərdən əlavə, mövcud qazpaylama sistemində həmin dövrdə bütün istifadəçilərin sayğaclardan istifadə etməsi ilə səmərəli fəaliyyət tam təmin ediləcək.

Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil

28 Dekabr 2016 15:44

“Belarusun Azərbaycandan neft almasında siyasi çalarlar axtarmaq lazım deyil”. Məlumata görə, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç keçirdiyi mətbuat konfransında deyib.

Gələn il maliyyə sektorunu nələr gözləyir?

28 Dekabr 2016 14:48

Geridə qoymağa hazırlaşdığımız il ölkəmizin maliyyə sektoru üçün çox ağır bir il oldu. Dünya iqtisadiyyatında baş verən geriləmələr Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Manat dəyərini kəskin itirdi, bir tərəfdən problemli kreditlər, başqa tərəfdən əmanətlərin geri çəkilməsi bankların müflisləməsinə gətirib çıxardı. Bu səbəbdən bir ildə 10-dan çox bank bu sektoru tərk etməli oldu, xeyli sayda şirkət fəaliyyətini dayandırdı. Artıq ili başa vurmağımıza sayılı günlər qalıb. Hazırda hər kəsi düşündürən məqam mövcud çatışmazlığın gələn ildə də davam edib-etməyəcəyidir. Maraqlıdır, 2017-ci ildə ölkənin maliyyə  sektorunu nələr gözləyir?

Özəlləşdirilməyə çıxarılan "Daşkəsən Filizsaflaşdırma"nın maliyyə göstəriciləri açıqlanıb

27 Dekabr 2016 18:18

Əmlak Məsələləri Dövlət Komitəsi"Daşkəsən Filizsaflaşdırma" ASC-nin nizamnamə kapitalının 99,22%-nin satışı üzrə (səhmlərin 0,78%-i əmək kollektivi üzvləri tərəfindən güzəştli satış vasitəsilə alınıb) investisiya müsabiqəsi elan edir.