2017-ci ilin büdcəsi nə vəd edir?
2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalandı. Beləliklə, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri isə 16 milyard 900 milyon manat müəyyənləşdirilib. O cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286 min manat, yerli xərcləri isə 688 milyon 714 min manat məbləğində təsdiq edilib. 2016-cı ilin dövlət büdcəsinə nisbətən qarşıdan gələn ilin dövlət büdcəsində gəlirlər və xərclərdə nəzərə çarpacaq dərəcədə fərqlər olsa da, ancaq ümumilikdə gtürəndə qlobal iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan 2017-ci il dövlət büdcəsinin göstəriciləri məqbul sayıla bilər. Elə büdcə layihələrində aktiv iştirak edən millət vəkilləri də bu qənaətdədirlər.
29 Dekabr 2016 13:28 İqtisadiyyatTahir Mirkişili: "Yeni ilin büdcəsi daha yığcam və qənaətcil olacaq"
"2020-ci ildən başlayaraq isə büdcənin cari xərclərini tamamilə qeyri-neft sektoru gəlirləri hesabına formalaşması planlaşdırılır"
2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu dövlət başçısı tərəfindən imzalandı. Beləliklə, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat, xərcləri isə 16 milyard 900 milyon manat müəyyənləşdirilib. O cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 634 milyon 706 min manat, yerli gəlirləri 620 milyon 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 milyard 211 milyon 286 min manat, yerli xərcləri isə 688 milyon 714 min manat məbləğində təsdiq edilib. 2016-cı ilin dövlət büdcəsinə nisbətən qarşıdan gələn ilin dövlət büdcəsində gəlirlər və xərclərdə nəzərə çarpacaq dərəcədə fərqlər olsa da, ancaq ümumilikdə gtürəndə qlobal iqtisadi və maliyyə böhranı fonunda Azərbaycan 2017-ci il dövlət büdcəsinin göstəriciləri məqbul sayıla bilər. Elə büdcə layihələrində aktiv iştirak edən millət vəkilləri də bu qənaətdədirlər.
Millət vəkili Tahir Mirkişili deyir ki, gələn ilin büdcəsini xarakterizə edən maraqlı nüanslar var. Onun sözlərinə görə, ümumi olaraq qeyd etmək lazımdır ki, 2017-ci ilin büdcəsi 2016-cı ildə dünya iqtisadiyyatında baş verən dəyişikliləri (neftin qiymətinin kəskin azalması, neft qiymətlərinin qeyri sabitliyi, Avropada Brexit prosesinin təsiri, bütün bunların beynəlxalq maliyyə bazarlarına təsiri və s) dərin təhlil edilərək, həmçinin, 2017-ci ildə Azərbaycanı gözləyən iqtisadi təhdidləri və imkanları proqnoz edərək hazırlanmışdır: "Yeni ilin büdcəsi daha yığcam və qənaətcil olacaqdır. 2017-ci ildə büdcə xərcləri 2016-cı ilə nisbətən 1.595 milyard manat azaldılıb. Azalmalara baxmayaraq büdcənin sosial xərcləri 2016-cı ilə nisbətən 6 faizə qədər artırılıb, sosial xərclər bütün büdcə xərclərinin 40 faizinə qədərini təşkil edəcəkdir". Millət vəkili bildirib ki, büdcə kəsiri 2016-cı ilə nisbətən 1.028 milyard manat azalaraq 645 milyon manat təşkil edəcəkdir ki, bu da 2017-ci ildə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun 10 faizini təşkil edəcək: " Bu isə beynəlxaq norma sayılır.Neft fondundan büdcəyə transferlərin həcmi 1.5 milyard manat azaldılaraq 6.1 milyard manata çatıdırılması planlaşdırlır ki, bu da növbəti illərdə büdcə gəlirlərinin formalaşmasına qeyri-neft sektorunun rolunun artacağını göstərir. 2017-ci il büdcəsində ilk dəfə olaraq büdcə gəlirlərinin 50 faizdən çoxu qeyri-neft sektoru gəlirləri hesabına formalaşacaqdır. Neft fondundan olan transferləri nəzərə almasaq 2017-ci ildə büdcə gəlirləri 2016-cı ilə nisbətən 0.9 milyard manat artacaqdır. İlk dəfə olaraq 2017-ci ilin büdcəsində yerli gəlirlərlə yerli xərclərin nisbəti minimuma endirilib. Əgər 2016-cı ildə bu fərq xərclərin xeyrinə 775 milyon manat idisə, 2017-ci ildə 68 milyon olması planlaşdırılır. Büdcə xərclərinin Ümumi Daxili Məhsula nisbəti 27 faiz olacaqdır ki, bu da orta dünya göstəricilərinə yaxındır. Yəni 29 faiz". Tahir Mirkişili qeyd
edib ki, vergi gəlirlərinin ÜDM-ə nisbəti 12 faiz planlaşdırılır ki, bu da orta dünya göstəricilərindən aşağıdır. Təxminən 15 faiz. Bu əslində Azərbaycanda vergi yükünün digər ölkələrə nisbətdə daha aşağı olmasından xəbər verir". Millət vəkilinin sözlərinə görə, 2018-ci ildən başlayaraq büdcə kəsirinin profisitə çıxması, 2020-ci ildən başlayaraq isə büdcənin cari xərclərini tamamilə qeyri-neft sektoru gəlirləri hesabına formalaşması planlaşdırılır".
Millət vəkili Azər Badamov isə bildirib ki, 2017-ci ilin dövlət büdcəsi ölkəmizin mövcud iqtisadi reallıqlarını nəzərə alınaraq ölkənin gələcək inkişafına hesablanıb. Onun sözlərinə gör, 2017-ci ilin dövlət büdcəsində müəyyən sahələrdə qənaət tədbirləri nəzərə alınsa da, sosial proqramların icrasının davam etdirilməsi nəzərdə tutulur: "Qeyd edim ki, 2017-ci ilin dövlət büdcəsinin gəlirlər və xərclərin strukturunda köklü dəyişiklik aparılıb. Amma ümumilikdə götürdükdə, 2017-ci ilin dövlət büdcəsini müsbət qiymətləndirmək olar. Çünki büdcədə hər il olduğu kimi yenə də Azərbaycanın bütün sahələri tam şəkildə əhatə olunub".
Süleyman İsmayılbəyli