İqtisadiyyat
Bakıda qatar relsləri ləğv edilir
Azərbaycanda daha bir OLİMPİADA KEÇİRİLƏCƏK
Dünya Bankı: Azərbaycanda inflyasiya əhəmiyyətli dərəcədə azalacaq
“Türk axını” layihəsinin tikintisinə 310 milyon avro kredit ayrıldı
Lizinq haqqında yeni qanun hazırlanacaq
2017-ci ildə bizi nə gözləyir - Kimin cibi boşalacaq, kim varlanacaq? - PROQNOZ
Səngəçalda daha bir PARTLAYIŞ - Eyni yerdə
İtkin düşmüş neftçilərin videoaxtarış əməliyyatları davam etdirilir
Yeni ilin ilk iş gününə olan dolların məzənnəsi açıqlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 5-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə dəyişməyərək 1,7707 səviyyəsində müəyyən olunub. Apa.az
Büdcənin xəzinə qalıqlarının xərclənməsi qaydaları dəyişir
Milli Məclisin payız sessiyasının sonuncu plenar iclasında "Büdcə sistemi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib.
Gürcüstandan Azərbaycana gətirilən avtomobillərə görə gömrük depoziti ləğv olunacaq
"Gürcüstandan Azərbaycana gələn avtomobillərə görə tələb olunan gömrük depozitlərinin aradan qaldırılması istiqamətində müzakirələr aparılır". Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. DGK sədrinin sözlərinə görə, bu məsələ ölkə başçısı İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində bu ölkədə yaşayan azərbaycanlılar tərəfindən qaldırılıb. "Bu, məcburi atılan bir addım idi. Bu sahədə artıq Sərhəd Qoşunlarının komandanlığı ilə razılaşmalar əldə olunub. Ümid edirik ki, 15-20 gündən gec olmayaraq depozit məsələsinin aradan qaldırılması istiqamətində razılıq əldə olunacaq", - deyə A.Əliyev bildirib.
“Sumqayıtda etiraz edənlər Neft Şirkətinin əməkdaşları deyil”
Bu gün səhər saatlarında Sumqayıtda, Karbamid zavodunun ərazisində əmək haqqlarının gecikməsinə görə etiraz edən işçilər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçiləri deyil. Həmin işçilər Cənubi Koreyanın "Samsung Engineering Co. Ltd." şirkətinin podratçılarından birinin işçiləridir.
Vergi amnistiyasının tətbiqi təqdirediləndir
Başa vurmaqda olduğumuz 2016-cı ilin ən yadda qalan hadisələrindən biri də vergi amnistiyası aktının qəbulu olacaq. Məlumat üçün qeyd edək ki, qanun layihəsi vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğini deyil, faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Sözügedən qanun layihəsinin gündəmə gəlməsi və onun qəbulu inqilabi islahat kimi xarakterizə edilib. Elə bu səbəbdəndir ki, vergi amnistiyası aktının qəbulu birməanlı olaraq dəstək qazanıb. Amma, bəzən hansı vergi borclarının silinəcəyi barədə mübahisəli məqamlar ortaya çıxır ki, bu da bir sıra vergi ödəyicilərinin qanunvericilikdən az məlumatlı olması ilə əlaqədardır.
"Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2684 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu Qırmakıaltı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1591-1587 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.
Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq
Azərbaycanda “Mobil hökumət” konsepsiyası hazırlanacaq. Məlumata görə, bu barədə Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində deyilir. Konsepsiya “Elektron hökumət”in növbəti inkişaf mərhələsi olacaq. “Hökumət bulud”un (G-cloud) yaradılması vasitəsilə isə dövlət orqanlarının informasiya sistemlərinin istismarı, infrastrukturun qurulması və standartların formalaşdırılması üzrə tədbirlər əlaqələndiriləcək. Apa.az






.jpg)






