Vergi amnistiyasının tətbiqi təqdirediləndir
Başa vurmaqda olduğumuz 2016-cı ilin ən yadda qalan hadisələrindən biri də vergi amnistiyası aktının qəbulu olacaq. Məlumat üçün qeyd edək ki, qanun layihəsi vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğini deyil, faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Sözügedən qanun layihəsinin gündəmə gəlməsi və onun qəbulu inqilabi islahat kimi xarakterizə edilib. Elə bu səbəbdəndir ki, vergi amnistiyası aktının qəbulu birməanlı olaraq dəstək qazanıb. Amma, bəzən hansı vergi borclarının silinəcəyi barədə mübahisəli məqamlar ortaya çıxır ki, bu da bir sıra vergi ödəyicilərinin qanunvericilikdən az məlumatlı olması ilə əlaqədardır.
30 Dekabr 2016 14:33 İqtisadiyyatBu tədbir 600 milyon manatdan çox borcun büdcəyə qayıtmasına imkan yaradır
Başa vurmaqda olduğumuz 2016-cı ilin ən yadda qalan hadisələrindən biri də vergi amnistiyası aktının qəbulu olacaq. Məlumat üçün qeyd edək ki, qanun layihəsi vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğini deyil, faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Sözügedən qanun layihəsinin gündəmə gəlməsi və onun qəbulu inqilabi islahat kimi xarakterizə edilib. Elə bu səbəbdəndir ki, vergi amnistiyası aktının qəbulu birməanlı olaraq dəstək qazanıb. Amma, bəzən hansı vergi borclarının silinəcəyi barədə mübahisəli məqamlar ortaya çıxır ki, bu da bir sıra vergi ödəyicilərinin qanunvericilikdən az məlumatlı olması ilə əlaqədardır.
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Asif Abdullayev deyir ki, qanuna əsasən yalnız gecikdirilmiş vergi borcları üzrə hesablanmış faizlər və maliyyə sanksiyaları silinəcək. Yəni, dövlət büdcəsinə ödənilməli olan verginin özü deyil, həmin verginin gecikdirilməsinə görə hesablanmış faizlər və maliyyə sanksiyaları silinəcək: "Faizlər dedikdə, ödənilməli olan verginin ödəniş tarixindən sonra gecikdirilmiş hər gün üçün 0,1 faiz miqdarında məbləğ nəzərdə tutulur. Vergi məcəlləsinə əsasən, gecikdirilmiş vergi borcuna görə faizlər ən çoxu bir il müddətində hesablana bilər. Maliyyə sanksiyası dedikdə isə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında cərimə nəzərdə tutulur". Hüquqşünas deyib ki, Vergilər məcəlləsinin 58-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə fərqli məbləğdə maliyyə sanksiyası da tətbiq edilə bilər: "Beləliklə, 01 yanvar 2017-ci il tarixinədək mövcud olan gecikdirilmiş vergiyə görə hesablanmış faiz borcları qeyd-şərtsiz silinəcək. 01 yanvar 2017-ci il tarixinə mövcud olan və Vergilər məcəlləsinin 58.7-ci maddəsinə (əsasən nəğdsiz hesablaşma qaydalarının pozulmasına görə) maliyyə sanksiyaları da qeyd-şərtsiz silinəcək. Amma qanun layihəsinə əsasən, digər maliyyə sanksiyaları mərhələli şəkildə və müəyyən şərtlərdən asılı olaraq faiz nisbətində silinəcək. Belə ki, 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə
sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30%-i ödənildikdə qalan borcların 70 faizi, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50 faizi ödənildikdə qalan borcların 50 faizi, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70 faizii ödənildikdə qalan borcların 30 faizi silinəcək". Asif Abdullayev bildirib ki, bu qanun vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək: "Yəni, faizlərin və maliyyə sanksiyasının ödənilməsi barədə məhkəmə qərarı olduğu halda da, 2017-ci ilin yanvar ayına olan bu cür borclar da silinəcək".
İqtisadçı Qubad İbadoğlu isə bildirib ki, cari ilin əvvəlində büdcə mədaxilinin formalaşmasına gərginliyin gözləndiyi müddətdə maliyyə sanksiyaları üzrə borclara və vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlərə amnitsiyasının verilməsini təqdir olunmalıdır: "Hesablamalara görə, bu tədbir 600 milyon manatdan çox borcun büdcəyə qayıtmasına imkan yaradır. Odur ki, bu tip borclular kateqoriyasına düşən vergi ödəyiciləri gələn ilin ilk 3 ayında onlara verilmiş belə fürsətdən yararlanmaya çalışmalıdırlar. Bununla yanaşı hesab edirəm ki, əsassız maliyyə sanksiyalarına məruz qalan vergi ödəyiciləri mübarizəsini məhkəmə müstəvisində davam etdirməlidir. Fikrimcə, hazırda məhkəmə və hüquq sistemində islahatların aparılması və məhkəmlələrin qərar qəbulunda müstəqilliyinin təmin edilməsi vergi ödəyiciləri üçün amnistiya qərarından da önəmlidir". İqtisadçı bildirib ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada - bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur.
Füzuli