Gələn il maliyyə sektorunu nələr gözləyir?
Geridə qoymağa hazırlaşdığımız il ölkəmizin maliyyə sektoru üçün çox ağır bir il oldu. Dünya iqtisadiyyatında baş verən geriləmələr Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Manat dəyərini kəskin itirdi, bir tərəfdən problemli kreditlər, başqa tərəfdən əmanətlərin geri çəkilməsi bankların müflisləməsinə gətirib çıxardı. Bu səbəbdən bir ildə 10-dan çox bank bu sektoru tərk etməli oldu, xeyli sayda şirkət fəaliyyətini dayandırdı. Artıq ili başa vurmağımıza sayılı günlər qalıb. Hazırda hər kəsi düşündürən məqam mövcud çatışmazlığın gələn ildə də davam edib-etməyəcəyidir. Maraqlıdır, 2017-ci ildə ölkənin maliyyə sektorunu nələr gözləyir?
28 Dekabr 2016 14:48 İqtisadiyyatEkspert: "Strateji Yol Xəritəsi"ndən istifadə etməklə iqtisadi tənəzzüldən xilas olmaq mümkündür"
Geridə qoymağa hazırlaşdığımız il ölkəmizin maliyyə sektoru üçün çox ağır bir il oldu. Dünya iqtisadiyyatında baş verən geriləmələr Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Manat dəyərini kəskin itirdi, bir tərəfdən problemli kreditlər, başqa tərəfdən əmanətlərin geri çəkilməsi bankların müflisləməsinə gətirib çıxardı. Bu səbəbdən bir ildə 10-dan çox bank bu sektoru tərk etməli oldu, xeyli sayda şirkət fəaliyyətini dayandırdı. Artıq ili başa vurmağımıza sayılı günlər qalıb. Hazırda hər kəsi düşündürən məqam mövcud çatışmazlığın gələn ildə də davam edib-etməyəcəyidir. Maraqlıdır, 2017-ci ildə ölkənin maliyyə sektorunu nələr gözləyir? İqtisadçı alim Vüqar Bayramov deyib ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün heç də asan il olmayacaq: "Ancaq hökumət bu yaxınlarda qəbul etdiyi "Strateji Yol Xəritəsi"ndən istifadə etməklə, kompleks iqtisadi islahatlar həyata keçirməklə iqtisadi tənəzüldən xilas ola bilər. Kompleks iqtisadi islahatların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatındakı xoşagəlməz halları aradan qalrımaq və iqtisadiyyatın diversifikasiyasına nail olmaqla yaranmış böhranlı durumdan çıxamaq olar". V.Bayramovun fikrincə, hökumətin "Strateji Yol Xəritəsi"nin əsas hədəfi ölkədə iqtisadiyyatı liberallaşdırmaq, iqtisadiyyatı şaxələndirilməkdir ki, bunun da nəticəsində monopoliyanı aradan qaldırmaq olar: "Əgər Azərbaycan iqtisadiyyatı liberallaşdırılarsa, inhisarçılıqdərhal aradan qalxacaq. Yəni, iqtisadi islahatlarla monopoliyanı aradan qaldırmaq mümkündür. Bunun da yeganə yolu iqtisadiyyatın şaxələnidrməklə liberallaşdırılmasıdır. Əgər bu "Strateji Yol Xəritəsi" nəzərdə tutulduğu kimi həyata keçirilərsə, o zaman həm ölkə iqtisadiyyatının neftdən asılılığı tezliklə aradan qalxaraq, davamlı iqtisadi inkişaf yoluna qədəm qoyacaq, həm də monopoliya aradan qalxacaq". 2017-ci ildə manatın taleyinə gəldikdə isə V. Bayramov bildirib ki, gələn il manatı ciddi sınaqlar gözləyir: "Manatın taleyi Mərkəzi Bankın həyata keçirəcəyi siyasətdən asılı olacaq. Əgər Mərkəzi Bank düzgün siyasi kurs götürüb qısa zamanda manatın bazarda real qiymətini alması istiqamətində addımlar atacaqsa, o zaman manatın liberallaşması ağrısız keçəcək. Əks təqdirdə, manatın sıçrayışla dəyərini itirməsi mərhələsinə qədəm qoyulacaq. Ona görə də Mərkəzi Bank manatı qorumaq üçün liberal məzənnəyə keçməlidir və bunun digər alternativi yoxdur. Mərkəzi Bank digər yola əl atacaqsa, o zaman bu siyasət uğur qazana bilməyəcək və manat sürətlə dəyərdən düşməyə başlayacaq". Ekspert hesab edir ki, Mərkəzi Bank həm ölkə iqtisadiyyatını, həm də milli valyutanı qorumaq üçün manatın çevik liberallaşdırılması siyasətini həyata keçriməklə bazarda real dəyərini almasına nail olmalıdır: "Çevik siyasət həyata keçirilərsə, yəni, bazarda pul kütləsini məhdudlaşdırmadan həyata keçirərsə, o zaman manat real qiymətini alacaq və bundan da ölkə iqtisadiyyatı udacaq. Yox, bu siyasətin əksi olacaqsa, bir daha təkrar edirəm ki, biz manatın sıçrayışlı dəyərsizləşməsinin şahidi olacağıq". 2017-ci ildə qiymətlərə gəlincə, ekspert bildirib ki, qiymət artımı müşahidə olunacaq və real inflyasiya ikirəqəmli olacaq: "Qiymətlərin artması qaçılmazdır və proqnozlar əsasən inflaysiya ikirəqəmli olacaq. Baxmayaraq ki, Dövlət Statistika Komitəsi bunu birrəqəmli olacağını bildirir. Ancaq real inflaysiya ikirəqəmli olacaq. Elə biz Statistika Komitəsinin rəsmi məlumatlarına istinad etsək arqumentimizi əsaslandıra bilərik. Ölkəyə istehlak məhsulunun 74 faizi idaxl olunur. Bu da istər-istəməz manatın məzənnəsinə təsir edən amildir. İdxalat manatın məzənnəsinə təsir etdiyindən də inflyasiyanın artması qaçılmaz prosesdir". Ekspert vəziyyətdən çıxış yolu kimi Azərbaycan hökumətinin təcili və təxirəsalmadan 2017-ci ildə "Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan fəaliyyət planlarını tədricən real olaraq həyata keçirməkdə görür. O, hesab edir ki, "Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan planlar olduğu kimi həyata keçirilərsə, yaxın gələcəkdə ölkə iqtisadiyyatında ciddi dönüş olacaq: "Çünki yol xəritəsində nəzərdə tutulan planlar konkret illər ərzində həyata keçirilməsini, həmçinin, bu planları qiymətləndirmək üçün qiymətləndirmə indikatorlarını da nəzərdə tutur. Məhz bu indikator qiymətləndirmə ümid verir ki, nəzərdə tutulan fəaliyyət planları uğurla və zamanında həyata keçiriləcək. Biz bu yolla həm iqtisadiyyatın inkişafına, həm monopoliyanın aradan qalxmasına, həm də liberallaşmaya nail ola bilərik". İqtisadi Təşəbbüslərə Yardım İB-nin eksperti Samir Əliyev bildirib ki, 2017-ci ildə də cari ilin maliyyə sektorunda baş verən proseslər davam edəcək: "Gələn il hökumətin qarşısında duran əsas problem inflyasiya olacaq. Bu inflyasıyaya təsir göstərən əsas amil milli valyutanın ucuzlaşmasıdır. Bank sektorunda çalxalanma gələn il də davam edəcək. Xüsusilə, bankların bağlanma prosesinin bitdiyini söyləmək düzgün deyil. 2017-ci ildə də bu sektoru tərk edən banklar olacaq. Əhalinin bu bazara inamını, təəssüf ki, gələn il də bərpa etmək mümkün olmayacaq. O cümlədən əmanət və kredit qoyuluşları azalacaq. Sahibkarların kredit resurslarına əlçatanlığı 2016-ci ildəki kimi qalacaq. Bu isə bankların gəlirliliyini, mənfəətinin azaldacaq". S.Əliyevə görə, əgər hökumət dollarla olar kredit problemini həll etməsə, bazarı tərk edən bankların sayı çox ola bilər: "Təəssüf ki, indi görünən odur ki, belə bir ehtimal getdikcə azalır. Manatin məzənnəsinin aşağı düşməsi bankların vəziyyətini daha da gərginləşdirəcək. Çünki dollarlaşma səviyyəsi çox yüksəkdir. Əgər manatın kursu dollarla müqayisədə 2.20-2.50 manatı ötərsə, sözügedən sektorun vəziyyətini ağırlaşdıracaq". İqtisadçının sözlərinə görə, iqtisadiyyatda olan çətinliyi yalnız neftin qiymətinin 60-70 dollar\bareldən yuxarı olması minimuma endirə bilər: "Amma bununla bərabər paralel addımlar da atılmalıdır. Hökumət ciddi islahatlar aparmazsa, ölkə gələn il çətin dövrünü yaşayacaq. Həm özəl, həm də dövlət sektorunda işçilərin ixtisarları artacaq, bəzi dövlət qurumlarının birləşdirilməsi baş verəcək". S.Əliyevin gələn il üçün bir sıra sektorlarda qiymət artımını gözləyir: "Xüsusilə, nəqliyyat ximətlərinin və yanacağın qiyməti bahalaşa bilər. İnflyasiya səviyyəsinin yüksək olması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına mənfi təsir göstərəcək. 2016-ci ildə çox böyük gərginlik oldu. 2017-ci ilin birinci yarısında bu gərginlik nisbətən səngiyəcək, amma ilin ikinci yarısından sonra vəziyyət dəyişəcək. Hökumət dollar kreditlərində müəyyən güzəştlər etsə, pensiya və maaşları artırsa, bu zərər müəyyən qədər azala bilər. Gələn il yarana biləcək ən böyük problemlərdən biri büdcədən verilən maaş və pensiyaların ləngidilməsi ola bilər".
Alim