İqtisadiyyat
Şabranda güzəştli kreditlərdən istifadə etməklə aqroparkın yaradılmasına başlanılıb
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu aprelin 6-da Şabran rayonunun Gəndov kəndində keçirib.
Azərbaycanda istehsal olunan pomidorun 25 faizi Rusiyaya ixrac edilib
Azərbaycanda ötən il ərzində istehsal olunan pomidorun təqribən 20-25 faizi Rusiyaya ixrac edilib. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayevmeyvə-tərəvəz məhsullarının Azərbaycandan Rusiyaya keçirilməsi məsələləri ilə bağlı danışıqlarda deyib.
Banklarla müştəriləri arasındakı məhkəmə çəkişməsindən udan kimdir?
2015-ci ilin sonlarından etibarən dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda Amerika dollarının milli valyutalara, o cümlədən Azərbaycan manatına nisbətdə dəyərinin yüksəlməsi maliyyə sektorunda bir sıra problemlərə yol açdı.
Məgər daxili turizm varlılar üçün nəzərdə tutulub?
Milli Məclisdə “Turizm haqqında” qanun layihəsi yeni verisyada müzakirəyə çıxarılıb. Qeyd edək ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir. Belə ki, mövcud qanun ixtisar edilərək 88 maddədən 70-ə endirilib. Yeni qanunda turizm sektorunun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar nəzərdə tutulub. Daha dəqiq, turizm sektoruna sərmayə qoyan sahibkarlara müxtəlif güzəştlərin tətbiqi planlaşdırılır. Ümumilikdə sənəddə turzimin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası öz əksini tapıb. Lakin hələ bu da tam yetkin qanun layihəsi deyil və bir sıra maddələr ixrisar oluna bilər. Maraqlıdır, qanunda əksini tapmış yeniliklər nədən ibarətdir və sözügedən dəyişikliklər ölkədə turizmin inkişafına hansı töhvəni verə bilər?
Qazaxıstan Prezidenti Azərbaycanın Aktaudakı Logistika Mərkəzi ilə tanış olub
Aprelin 4-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Aktau şəhərində “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Azərsun Holdinq”in birgə layihəsi olan “Azərsun İstehsal və Logistika Mərkəzi” ilə tanış olub.
Mənzil bazarında qiymət artımları gözlənilmir
“Bəzi internet portallarında son 3 ildə davamlı olaraq qiymət artımlarının olduğunun bəyan edilməsinə baxmayaraq bu ilin ilk aylarında qiymət artımlarının olduğunu söyləmək mümkün deyil. Əksinə, son 3 ildə qiymətlərin xüsusən də dollar ifadəsində azalması müşahidə edilib.
Azərbaycan neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin mart ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Neft qiymətlər i nə vəd edir?
Neftin dünya bazar qiymətlərinə getdikcə, müxtəlif yöndə təzyiqlər artır. Bu təzyiqlər isə heç də müsbət nəticələr vəd etmir. Bəs görəsən bundan sonrakı proseslər dünya bazarlarındakı neft qiymətlərinə necə təsir göstərəcək? Ümumiyyətlə, hazırkı durum iqtisadçılar tərəfindən necə xarakterizə edilir?
İqtisadi inkişafın Heydər Əliyev zirvəsi
Hər bir dövlətin təbii ehtiyatları, iqlim şəraiti və coğrafi mövqeyindən səmərəli istifadə edilməsi, mövcud iqtisadi potensialın dövlətin inkişafı, xalqın rifah halının yüksəlişinə yönəldilməsi üçün bacarıqlı siyasi rəhbərə ehtiyac duyulur. Bu baxımdan ölkəmizə 30 ildən çox rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev nəinki ictimai, siyasi, həm də iqtisadi sahədə kifayət qədər həlledici addımlar atmışdır.
Pambıqçılığın xeyiri daha çoxdur
Azərbaycan Respublikasının Preziddnti İlham Əliyev tərəfindən bugünlərdə ölkədə pambıqçılığın inkişafına dair Saatlı rayonunda geniş müşavirə keçirildi. İstər Saatlı müşavirəsi, istərsə də keçən il Sabirabad rayonunda keçirilən anoloji müşavirə və hər iki müşavirədə dövlət başçısının bu sahənin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd etməsi Azərbaycanda pambıqçılığın inkişafının əsas priiritetlərdən biri olduğunu ortaya qoydu. Düzdür, bu sahənin inkişafının vacibliyini qeyd edənlərlə yanaşı, əks fikir söyləyənlər də tapıldı. Amma iqtisadçılar, bu sahənin ekspertləri Azərbaycan prezidentinin düzgün addım atdığı qənaətindədirlər və bu sahənin inkişafını səmərəli hesab edirlər. Elə iqtisadçı ekspert Pərviz Heydərov da bu qənaətdədir.
Tanap layihəsi vaxtından əvvəl yekunlaşacaq
“Ümid edirik ki, TANAP layihəsi vaxtından tez başa çatacaq”. Bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib. S.Düzyolun sözlərinə görə, hal-hazırda layihə üzrə işlər tam sürətlə davam edir. “Sıfır faza olaraq dəyərləndirdiyimiz Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan və BOTAŞ-a ilk qaz nəql edəcəyimiz hissədə işlərin 77%-i tamamlanıb. Ümumilikdə isə layihə üzrə işlərin 67%-i yekunlaşmaq üzrədir”, - deyə S.Düzyol qeyd edib.
Dolların məzənnəsi enir, qiymətlər isə artmaqda davam edir
Mərkəzi Bankın açıqladığı rəsmi məlumata görə, bu gün 1 manat 1,7201 dollar səviyyəsində müəyyən olunub. Artıq 1 aya yaxındır ki, mili valyuta dollar qarşısında dayanıqlılıq göstərir. Amma devalvasiyadan sonra və bayramqabağı artan qiymətlər enmək bilmir.
Cəlilabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Martın 30-da bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Cəlilabad rayonunda keçirilib. 100-ə yaxın sahibkarın iştirak etdiyi forumda Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Banklar 65 yaşdan yuxarı insana kredit vermir
“Biz manatın bu gün müvəqqəti sabitləşdirilməsinin əziyyətini 2-3 aydan sonra çəkəcəyik”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Nazir müavini Gürcüstan sədiri ilə görüşüb
Mart ayının 30-da kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Gürcüstan Respublikasının Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşüb. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, görüşdə Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində iki tərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub.














