Neft qiymətlər i nə vəd edir?

Neftin dünya bazar qiymətlərinə getdikcə, müxtəlif yöndə təzyiqlər artır. Bu təzyiqlər isə heç də müsbət nəticələr vəd etmir. Bəs görəsən bundan sonrakı proseslər dünya bazarlarındakı neft qiymətlərinə necə təsir göstərəcək? Ümumiyyətlə, hazırkı durum iqtisadçılar tərəfindən necə xarakterizə edilir?

Dünya bazar qiymətlərinə getdikcə, müxtəlif yöndə təzyiqlər artır

Neftin dünya bazar qiymətlərinə getdikcə, müxtəlif yöndə təzyiqlər artır. Bu təzyiqlər isə heç də müsbət nəticələr vəd etmir. Bəs görəsən bundan sonrakı proseslər dünya bazarlarındakı neft qiymətlərinə necə təsir göstərəcək? Ümumiyyətlə, hazırkı durum iqtisadçılar tərəfindən necə xarakterizə edilir?

İqtisadçı ekspert Pərviz Heydərov deyib ki, artıq, bir müddətdir, qiymətlər sabitləşmiş vəziyyətdədir. İqtisadçının sözlərinə görə, buna səbəb isə, keçən ilin noyabrın 30-u tarixdə OPEC üzvlərinin Vyana görüşündə hasilatı azaltmaq haqda qərarı olmuşdu: "Belə ki, təşkilata daxil olan ölkələr gündəlik hasilatı bu ilin yanvarın 1-dən etibarən, 6 ay müddətinədək 1,2 milyon barel, yəni 32,5 milyon barelədək azaltmaq haqda qərar qəbul etmişdilər ki, bu da, kartel üzrə 2008-ci ildən bəri, ilk belə yekdil razılaşma idi. Yəni, düz, nə az və nə çox - 8 ildən sonra. Yeri gəlmişkən, təşkilatın ən nəhəng hasilatçı ölkəsi olan Səudiyyə Ərəbistanı bu zaman daha çox - sutkada hətta, 486 min barel öhdəlik götürülməsinə də belə razılaşdı ki, bu da başadüşülən mövqe idi. Belə ki, Ər-Riyad neftin dünya bazar qiymətlərinin 2014-cü ilin iyun ayından sonra nəhayət ki, sabitləşməli olmalı olduğunda daha çox maraqlı sayılırdı. Xatırladım ki, OPEC-in sözügedən qərarına karteldən kənar ölkələr də qoşuldular ki, onlar da sutkada ümumən 600 min barel həcmində, o cümlədən Rusiya da 300 min barel civarında olmaqla hasilatı azaltmaq qərarına gəldilər". Pərviz Heydərovun sözlərinə görə, Vyana görüşündə bu cür qərar qəbul olunmasa idi, neft bu ilin əvvəlinə 30 ABŞ dollarınadək və bəlkə də, bundan da aşağı enəsi idi: "Odur ki, bazarda dərhal sabitləşmə elementləri görünməyə başladı. Ancaq məsələ bunda idi ki, mövzuya dair açıqlamalarımızda və təhlillərimizdə də izah etdiyimiz kimi, bunda elə Amerikanın özü də maraqlı idi. Yəni, qiymətin sabitləşməsi məsələsində ABŞ özü də təsir göstərməkdə idi. O səbəbdən ki, ABŞ-da şist sənayesi tam iflas olmuş və oturmuş vəziyyətdə sayılırdı. Üstəlik, Amerikanın mərkəzi bankı olan FES də baza faiz dərəcəsini artırmağa hazırlaşırdı ki, söhbət, sözügedən qurumun 2016-cı ilin dekabr və bu ilin mart iclaslarından gedirdi. Xatırladım ki, hər ikisində faiz dərəcəsi artırıldı. Bu isə dolları bahalaşdıracağından neftin qiymətinin ucuzlaşmasına əlavə dəstək demək olacaq idi. Odur ki, OPEC-in hətta Vyanada məlum qərarı qəbul edəcəyi haqda söhbət, ortaya çıxan gündən belə, neftin 1 barelinin qiyməti 50 dolların üstünə çıxmağa başladı. Məsələ bundadır ki, indi də başqa problem ortaya çıxıb. Belə ki, ABŞ-da şist sənayesi qiymətlərin artması 4-5 ay deyil ki, dirçəlib. Belə ki, sözügedən ölkədə işlək quyuların sayı az qala gündən-günə, başqa sözlə, hər həftə artmaqdadır. Artıq, 11-ci həftədir ki, eyni tendensiya müşahidə edilir. Odur ki, bazarlara artıq həcmdə neft çıxarılmaqdadır. Bir tərəfdən OPEC və onun tərəfdaşları bazarlardan artıq neft həcmini azaltmaq yolunu tutsalar da, digər tərəfdən ABŞ-da şist hasilatının dirçəlməsi ilə əlaqədar, bazara günü-gündən əlavə həcmdə neft çıxarılması yaranan kəsiri bərpa etməkdədir. Neft bazarı üzrə ekspertlər də qeyd edirlər ki, ümumiyyətlə, Amerikada həm yeni işlək neft quyularının sayının günü-gündən artması ilə bağlı, həm də fəaliyyəti bu və ya digər səbəbə görə müvəqqəti olaraq dayandırılmış quyular da işə salındığı təqdirdə, bazara əlavə olaraq gündə 300 min barel məhsul çıxarıla bilər. Bu isə qiymətlərin bahalaşması prosesini istər-istəməz dayandırmaqla nəticələnməlidir". İqtisadçı bildirib ki, ona görə də çıxış yalnız, iki yola qalır: "Ya Səudiyyə Ərəbistanı başda olmaqla, OPEC ölkələri və o cümlədən ona daxil olmayan neft hasilatçıları iyun ayında Vyana razılaşmasını dayandırmaqla, onun vaxtını uzatmamalı, ya da ki, sözügedən razılaşmanın 6 ay vaxtı tamam olduqdan sonra müddəti yenə uzadılmaqla bazarda təklifin azaldılması prosesi davam etdirilməlidir. Birinci əlverişli deyil, ona görə ki, Amerikada şist hasilatının genişlənməsi qarşısını almaq üçün neftin dünya bazar qiymətləri gərək, 30 dolların altına düşsün və uzun müddət həmin səviyyədə qalsın. O zaman iri neft hasilatçısı olan ölkələr ABŞ ilə müqasidə lap, çox itirməli olacaqlar. Həm iqtisadi, həm də siyasi. İkincisi isə müqayisədə daha məqsədəuyğundu o mənada ki, OPEC-in keçən ilin noyabrın 30-dakı Vyana qərarı bazarlarda onsuz da artıq, neft təklifi həcmini əməlli-başlı azaltmışdır. Odur ki, sözügedən qərarın müddəti uzadılırsa, bu, qiymətlərin əlverişli səviyyədə qalması ilə nətəcələnəcək. ABŞ-da şist sənayesi nə qədər inkişaf etməkdə olsa da belə. Heç olmasa, cari ilin axırınadək... Bu isə, bütün neft hasilatçısı olan ölkələr üçün olduqca, vacib məqamdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31