İqtisadiyyat

Prezident: “Büdcə xərcləri 100 faiz icra edilməlidir”

10 Aprel 2017 18:51

“Dövlət büdcəsinin icrası uğurla gedir. Həm gömrük, həm vergi orqanları rüblük planı artıqlaması ilə yerinə yetiriblər. Bu, yaxşı haldır”.

Ukraynada Azərbaycan şirkətlərinin qarşılaşdığları problemlər daim diqqət mərkəzindədir  

10 Aprel 2017 16:48

Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev “OLAYLAR”-a bildirib ki, onun ünvanına daxil olan və həmçinin ölkənin kütləvi- informasiya vasitələrində yayılan məlumatlara görə son vaxtlar Ukraynada Azərbaycan şirkətlərinə məxsus və yüklə dolu iritonajlı maşınların nəmalum şəxslər tərəfindən vaxtaşırı oğurlanması halları baş verəməkdədir.

Heydər Əliyev və iqtisadi islahatlar

10 Aprel 2017 14:55

Hər bir sahənin inkişafı kimi iqtisadi sahədə də ölkəmizin uğurlar əldə etməsi, iqtisadi nailiyyətlərin qazanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri müstəsnadır. İstər ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövrü, istərsə də müstəqillik illərində ölkə iqtisadiyyatında müşahidə edilən inkişaf, tərəqqi bunun əyani sübutudur.

Rüblük hesabatlarda yeni qaydalara start verilib

10 Aprel 2017 14:16

Aprel ayından tətbiq olunan yeni qaydalara görə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır. Məlumat üçün qeyd edək ki, hesabatların təqdimatı üçün son tarix aprelin 20-dir. Bu müddətə qədər hesabatını yeni qaydalarla verə bilməyənləri 44 manat cərimə gözləyir.

Bakı Ticarət Festivalı başlandı

10 Aprel 2017 11:33

Aprelin 10-dan Azərbaycanda ilk dəfə olaraq Bakı Ticarət Festivalı ( Şopinq Festivalı) başlanacaq. “Olaylar” xəbər verir ki,mayın 10-dək davam edəcək festival prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir.

Azərbaycan-Estoniya biznes forumu keçirilib

7 Aprel 2017 17:59

Aprelin 7-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Estoniya biznes forumu keçirilib.

Ağstafada sahibkarlar üçün treninq keçirilib

7 Aprel 2017 16:02

Aprelin 7-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Ağstafa rayonunun Düzqışlaq kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

7 Aprel 2017 14:58

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Nazir Şahin Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin strateji səviyyədə olduğunu, əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mühüm fəaliyyətini, enerji və nəqliyyat sahələrində birgə layihələr həyata keçirildiyini vurğulayıb.  

Aİ-nin Tvinninq alətinin Azərbaycanda tətbiqinin 10 illiyinə həsr olunmuş Konfrans keçirilib

7 Aprel 2017 14:55

Aprelin 7-də Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Avropa Ittifaqının Tvinninq alətinin Azərbaycanda tətbiqinin on illiyinə həsr olunmuş Konfrans keçirilib.

“Azərikimya” İB-nin istehsal etdiyi yüksək təzyiqli polietilen “Sankt-Peterburq” birjasında satışa çıxarılıb

7 Aprel 2017 12:46

Cari ilin aprel ayından etibarən “Azərikimya” İstehsalat Birliyinin istehsalı olan 15803-020 markalı yüksək təzyiqli polietilen “Sankt-Peterburq” SC birjasında satışa çıxarılıb.

Nazir: "Türkiyə və Avropaya verdiyimiz sözün üstündə duracağıq"

6 Aprel 2017 18:22

"TANAP layihəsinə başqa ölkələrin qoşulması ilə bağlı mütəmadi olaraq mətbuatda xəbərlər yer alır. Şəxsən məni bu cür xəbərlər qəti maraqlandırmır". Bunu Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib.

Natiq Əliyev: "Neftin bahalaşması manata müsbət təsir edir"

6 Aprel 2017 18:04

"Azərbaycan OPEC qarşısında neft hasilatının azaldılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə tam riayət edib. Bilirsiniz ki, biz üzərimizə götürdüyümüz öhdəliyə əsasən yanvar-mart ayları ərzində gündəlik hasilatı 35 min barel azaltdıq. Biz mütəmadi şəkildə karteli bununla bağlı məlumatlandırırıq". Bunu  açıqlamasında Türkiyədə səfərdə olan energetika naziri Natiq Əliyev bildirib.

Sankt-Peterburqla əlaqələr genişlənir

6 Aprel 2017 16:43

Sankt-Peterburqda Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar əməkdaşlıq Komissiyasının ilk iclası keçirilib.Bu barədə iqtisadiyyat nazirliyindən verilən məlumata görə,  Azərbaycan Respublikası və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında İqtisadi və Humanitar Əməkdaşlıq Komissiyasının həmsədri, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiya Federasiyası ilə əməkdaşlığın qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslandığını və strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Nazirlik: Tələbələrə verilən təqaüdlərin maliyyələşdirilməsi tam başa çatdırılıb

6 Aprel 2017 16:35

“Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərcləri, o cümlədən təqaüd xərclərinin ali məktəblərin hesabına köçürülməsi aprelin 5-də tam başa çatdırılıb”.

Ölkə iqtisadiyyatı yeni mərhələdə

6 Aprel 2017 15:46

2015-ci ilin əvvəllərindən müşahidə edilən qlobal iqtisadi və maliyyə böhranı hər bir ölkə kimi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Etiraf etmək lazımdır ki, ilk vaxtlar böhran özünü ciddi şəkildə göstərməyə başladı. Ancaq dövlətin atmış olduğu adekvat və qabaqlayıcı tədbirlər qısa zamanda böhranın aradan qaldırılmasına öz müsbət təsirini göstərdi. Artıq ölkə iqtisadiyyatında əvvəlki templə inkişaf tendensiyası müşahidə edilməkdədir. Hər halda cari ilin ilk üç ayının proqnozları belə deməyə əsas verir.