İqtisadiyyat

Halal turizm standartları ölkəmizə nə vəd edir?

11 May 2017 15:08

Son zamanlar müsəlman ölkələrindən, eləcə də  Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları öncəsi ölkəmizə  çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. Məsələ orasındadır ki, ölkəmiz üçün yeni olan halal turizm standartları cəmiyyətdə birmənalı qarşılanmır. Reallıq isə ondan ibarətdir ki, sözügedən standartlar artıq müsəlman ölkələrində xeyli müddətdir ki, tətbiq olunmaqdadır. Maraqlıdır, halal turizm standartları dedikdə nə nəzərdə tutulur və ölkəmizdə onun tətbiqi hansı səviyyədədir?

Ekspert: “Pul bazasının kiçilməsi manat qıtlığı yaradır”

11 May 2017 15:02

“Azərbaycanda manat bazasının Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 11.4 faizdir. Bu ilin ilk rübündə Mərkəzi Bankın təşkli etdiyi depozit hərracları vasitəsi ilə pul bazası daha 600 milyon manat azalaraq 6.8 milyard manata düşüb.

Vətəndaşlarda banka inam hissi yaradılmalıdır

11 May 2017 14:11

Vətəndaş və bank bir-birinə sıx bağlı olan subyektlərdir. İstənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini ölçmək üçün məhz, bu iki subyekt arasında münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir.

Müflis banklarda pulu qalan vətəndaşlar nə etməlidir?

11 May 2017 14:09

Dünya bazarlarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda ölkənin maliyyə bazarlarında yaranan xoşagəlməz situsiya banklara da təsirsiz ötüşmədi. Yaranmış yeni vəziyyətə uyğun olaraq öz fəaliyyətini qura bilməyən bir çox banklar nəticə etibarilə ya ləğv olundu, ya da digər maliyyə qurumları ilə birləşmək məcburiyyətində qaldı. Belə olan halda isə ortaya çıxan ciddi problemlərdən biri də özünü müflis elan etmiş banklarda əmanəti qalan vətəndaşlarla bağlı idi. Daha doğrusu ortaya maraqlı bir sual çıxırdı. Müflis banklarda pulu qalan vətəndaşlar nə etməlidir?

Valyutadəyişmə məntəqələri yeni qaydalarla fəaliyyət göstərəcək

10 May 2017 15:23

Məlum devalvasiya prosesi və ondan sonra maliyyə bazarlarında yaranan ajiotajı aradan qaldırmaq üçün atılan mühüm addımlardan biri də valyutadəyişmə məntəqələrinin ləğvi oldu. Hər nə qədər doğru və səhv addım olduğunu şərh etmədən hazırkı vəziyyətə nəzər yetirdikdə aydın olur ki, bir müddət əvvəl valyutadəyişmə məntəqələri ilə bağlı qəbul edilmiş qərara yenidən baxmaq zərurəti meydana çıxıb.

Azərbaycanda kənd yaşıl turizmi inkişaf etdirilir

10 May 2017 15:16

Ölkə parlamenti “Turizm haqqında” yeni qanunu birinci oxunuşda qəbul etdi. Qanun Azərbaycan Respublikasında turizm sahəsində dövlət tənzimləməsi, turizmin dövlət idarəetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və bu sahənin digər üsullarla stimullaşdırılması, sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyir. Maraqlıdır, qanunda turizm sahəsində hansı yeniliklər nəzərdə tutulur?

Bəzi banklar ya birləşəcək, ya da bazarı tərk edəcək

10 May 2017 13:57

Ölkənin bank sektorunda yaranan qeyri-müəyyənlikdən sonra bu sahəni tənzimləyən qanunvericilik aktlarında bir sıra dəyşikliklərin edilməsi zərurəti yaranmışdı. Əslində, zamanın tələbi olan bu dəyişikliklər həm bank-kredit sisteminin inkişafı, həm də müştərilərin bankla əlaqələrinin daha sadləşdirilməsinə hədflənib.

Nazir müavini: "Lisenziya varsa, Çində istehsal olunan dərmanların idxalına icazə verilir”

10 May 2017 13:25

“Azərbaycana gətirilən bütün dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən diqqətlə yanaşılır”. Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Nazir müavini Milli Məclisdə bəzi millət vəkillərinin Çin istehsalı olan dərmanların ölkəyə Avropa istehsalı olan dərmanlar adı altında gətirilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib ki, nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir: “Ümumiyyətlə, dünyanın qəbul etdiyi qaydalar var ki, hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər. Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir”.

Şahin Mustafayev Gürcüstan səfiri ilə görüşüb

10 May 2017 13:11

İqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni qəbul edib.

Maliyyə Nazirliyinin səlahiyyətləri artırılıb

8 May 2017 18:38

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Daha 5 mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti dövlət qeydiyyatına alınıb

8 May 2017 18:27

İqtisadiyyat Nazirliyi tərəfindən ölkənin mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin təbliği, eləcə də çoxmənzilli binalarda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni idarəetmə üsullarına keçid istiqamətində maarifləndirmə işləri davam etdirilir. Belə ki, mütəmadi olaraq respublikanın ayrı-ayrı şəhər və rayonlarında mənzil mülkiyyətçiləri ilə görüşlər keçirilir, müvafiq qanunvericiliyin müddəaları izah olunur, maarifləndirici broşurlar və materiallar təqdim edilir, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin (MMMC) yaradılması istiqamətində dəstək göstərilir.

Forumda miqrant problemləri müzakirə edilib

5 May 2017 18:24

Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Bələdiyyə orqanlarında miqrant və qaçqınları qarşılama mədəniyyətinin təşviqi" mövzusunda panel keçirilib.  Panelin moderatoru YUNESKO Harare ofisinin proqram mütəxəssisi Şərəf Ahmimed olub.

'Neft Daşları”nda 1887 saylı özüldə yenidənqurma işləri həyata keçirilib

5 May 2017 15:43

''Neft Daşları” yatağındakı 1887 saylı Stasionar Dəniz Özülündə əlavə 4 quyunun qazılması məqsədilə yenidənqurma işləri həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulub, sementləmə işləri yerinə yetirilmiş, quyular üçün yeni monifold bloku yığılıb.

BVF: Azərbaycan qeyri-effektiv xərclərini azaldacaq

5 May 2017 15:40

Azərbaycan hökuməti 2018-ci ildə məhsuldar olmayan dövlət investisiyalarını ixtisara salacaq. Beynəlxalq Valyuta Fonduna (IMF) istinadən xəbər verir ki, dövlət xərclərinin azaldılması sayəsində qeyri-neft fiskal kəsir ÜDM-in 13,5%-nə qədər azaldılması planlaşdırılır.

Azərbaycanda bu işlər yalnız gecələr yerinə yetiriləcək

5 May 2017 15:34

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinə müraciət edib. Nazirlikdən  verilən məlumata görə, Nazirlər Kabinetinin 12 aprel 2017-ci il tarixli sərəncamına əsasən, IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi idman obyektlərinin, yarış iştirakçılarının və qonaqların yerləşdirildiyi ərazilərdə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, istehsal, ticarət, xidmət, tikinti, iaşə, yanacaqdoldurma və s. obyektlərin təchizat işləri, məişət tullantılarının və digər yüklərin daşınması 2017-ci ilin may ayının 5-dən 25-dək saat 22:00-dan 07:00-dək həyata keçirilməlidir.