İqtisadiyyat
Liman rəhbərləri Azərbaycanda toplaşacaq
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin nümayəndə heyəti 90-a yaxın ölkədən 300-dən çox liman nümayəndələrini özündə birləşdirən Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) İndoneziyanın Bali şəhərində keçirilən illik konfransında iştirak edib.
İqtisadiyyata yatırlıan sərmayənin həcmi azalıb
2017-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatına bütün maliyyə mənbələrindən 4,5 milyard manatlıq investisiya yönəldilib. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə əsas kapitala yönələn vəsaitlərin həcmi 3,5 faiz azalıb. Vəsaitin 2,9 milyard manatı neft sektoruna, 1,5 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Ümumi sərmayənin 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 72,8 faiz, bank kreditləri 10,8 faiz, büdcə vəsaitləri 10,3 faiz, əhalinin şəxsi vəsaitləri 4,4 faiz, büdcədənkənar fondların vəsaitləri 1,2 faiz təşkil edib.
Biləsuvarda sahibkarlar üçün treninq keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən "Biləsuvar Aqro" MMC-də sahibkarlar üçün treninq keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları”, “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı” mövzularını əhatə edən treninqdə iştirakçılara ixrac bazarları, ixrac sahəsində mövcud qanunvericilik, ixracın stimullaşdırılması tədbirləri və tətbiq edilən güzəştlər, ixracyönümlü məhsulların istehsalı, brendləşmənin məhsul ixracının artırılmasında rolu, “Made in Azerbaijan” brendinin yaradılması və s. barədə məlumat verilib. Bununla yanaşı, tədbir iştirakçıları Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərlə bağlı məlumatlandırılıb. Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ekspert: Bakı-Tbilisi-Qars dəmir yolu iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edəcək
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması iştirakçı ölkələrin iqtisadiyyatının artımına xidmət edir.
SOCAR-ın ekologiya üzrə vitse-prezindenti Dünya Bankının Rəhbər Komitəsinin iclasında iştirak edib
Parisdə Dünya Bankı Qrupunun “Qlobal Qaz Yandırılmalarının Azaldılması üzrə Tərəfdaşlığı”nın (GGFR) Rəhbər Komitəsinin iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda SOCAR-ı ekologiya üzrə vitse-prezindent Rəfiqə Hüseynzadə təmsil edib.
Pekində ''SOCAR GPC'' layihəsinə dair mühüm sənədlər imzalanıb
Pekində işə başlamış “Bir kəmər- bir yol” strategiyası çərçivəsində beynəlxalq forumda Azərbaycanın nümayəndə heyəti də iştirak edir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, forumda 29 ölkə dövlət və hökumət başçıları səviyyəsində təmsil olunur, 110 ölkədən dövlət və özəl sektor təmsilçiləri, sərmayədarlar, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Bu istiqamətdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırıldı
Beynəlxalq Bankı sağlamlaşdırmaq mümkün olacaqmı?
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nın xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yoluyla ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanılmışdır. Bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyəti Çinə gedəcək
Mayın 14-də Çinin paytaxtı Pekin şəhərində "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Yüksək Səviyyəli Forum keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, tədbirdə 28 ölkədən dövlət və hökumət başçılarının, 110 ölkədən dövlət və özəl sektor nümayəndələrinin, sərmayədarların, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsinin iştirak edəcəyi gözlənilir.Forumda Azərbaycanı İqtisadiyyat naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.
Qızıl ehtiyatlarına görə Azərbaycan dünyada 62-cidir
Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yerdə qərarlaşıb. Bu barədə məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatında yer alıb. Hesabata əsasən, Azərbaycanda qızıl ehtiyatı 20 tona bərabərdir. Bu, qızıl valyuta ehtiyatlarının 12,1%-ni təşkil edir.
Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu yenidən qurulur
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən ölkə boyu yenidən qurulan kənd və qəsəbələrarası avtomobil yolları layihələri siyahısında Şəmkir - Yeni Göyçə - Dağ Cəyir avtomobil yolu da yer alır. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, ümumi uzunluğu 31 km olan yolda aparılan torpaq işləri artıq yekunlaşmaq üzrədir. 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi eni 10 metrdən 12 metrə qədər genişləndirilib. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib. Layihə çərçivəsində yol boyu 29 ədəd 0.5 və 1.25 metr diametrində dəmir-beton suötürücü borular tikiləcək, zəruri olan yerlərdə 270 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, daha sonra yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Astarada işgüzar form keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda işgüzar forum keçirib. Bu barədə bazirlikdən “Olaylar”a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir: İxtisaslaşdırılmış “yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
SOCAR tərəfindən dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödənilib.. "OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat və ya 111,5 faiz çoxdur.
İqtisadiyyat naziri Macarıstan səfiri ilə müzakirələr aparıb
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskinı qəbul edib. Nazirlidən verilən məlumata görə, Azərbaycan-Macarıstan iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə növbəti Azərbaycan-Macarıstan biznes forumunun keçirilməsi müzakirə edilib, bir sıra Macarıstan şirkətlərinin Azərbaycanda həyata keçirməkdə maraqlı olduğu layihələr diqqətə çatdırılıb.
Halal turizm standartları ölkəmizə nə vəd edir?
Son zamanlar müsəlman ölkələrindən, eləcə də Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları öncəsi ölkəmizə çoxsaylı turist axını Azərbaycanda halal turizm standartlarının tətbiqini zəruri edir. Məsələ orasındadır ki, ölkəmiz üçün yeni olan halal turizm standartları cəmiyyətdə birmənalı qarşılanmır. Reallıq isə ondan ibarətdir ki, sözügedən standartlar artıq müsəlman ölkələrində xeyli müddətdir ki, tətbiq olunmaqdadır. Maraqlıdır, halal turizm standartları dedikdə nə nəzərdə tutulur və ölkəmizdə onun tətbiqi hansı səviyyədədir?














