Beynəlxalq Bankı sağlamlaşdırmaq mümkün olacaqmı?
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nın xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yoluyla ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanılmışdır. Bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.
12 May 2017 14:43 İqtisadiyyat"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nın xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yoluyla ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanılmışdır. Bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.
Maliyyə Nazirliyindən bildirib ki, ABB-nın sağlamlaşdırılması istiqamətində, o cümlədən kapital və likvidlik səviyyəsinin qorunması məqsədiylə hökumət tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, bir sıra tədbirlər isə hazırda icra olunmaqdadır. O cümlədən, bankın toksik aktivlərinin balans dəyəri ödənilməklə dövlətə məxsus qurum tərəfindən alınmış, bankın nizamnamə kapitalına əlavə kapital yerləşdirilmiş, əmanətçilərə əmanətləri üzrə dövlət tərəfindən zəmanət verilmişdir. Bununla belə, bankın xarici valyutada ifadə olunmuş böyük həcmdə öhdəliklərinin mövcudluğu, 2016-cı ildə manatın məzənəsinin əsas xarici valyutalara nisbətən ucuzlaşması bankın zərərini bir qədər də artıraraq kapital mövqeyinə mənfi təsir göstərmişdir. Bununla əlaqədar bank tərəfindən xarici kreditorlar qarşısında xarici valyutada olan öhdəliklərinin Maliyyə Nazirliyinə ötürülməsinə dair restruktizasiya proqramı hazırlanmışdır. Təklif olunan restruktizasiya proqramı bankın cəlb edilmiş borc səviyyəsinin əhəmiyətli dərəcədə azaldılmasına imkan verməklə ABB-nın sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlərə əlavə təkan olacaq, bankın etibarlılığının, uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunmasına və gələcəkdə özəlləşdirilməsinin asanlaşdırılmasına müsbət töhfə verəcəkdir.
Maliyyə Nazirliyi bəyan edir ki, atılacaq restruktizasiya addımları, kreditorlar qarşısında ABB-nın öhdəliklərinin dövlət öhdəliklərlə əvəz edilməsi (Bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur) planına Azərbaycan Hökuməti tərəfindən razılıq verilməsi ABB-nın sağlamlaşdırılmasına yönəlmiş vacib adımlar olmaqla yanaşı, bankın kreditorlarına əlavə əminlik və dəstək verilməsinə hesablanmışdır. Müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya, İrlandiya və digər dövlətlərdə də bank sektoruna dəstək məqsədilə tətbiq olunmuş bu təcrübə bankın ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılmasını, maliyyə durumunun sağlamlaşdırılmasını, fəaliyyətinin səmərəliliyinin artırılmasını, ölkə iqtisadiyyatını dəstəkləyən güclü maliyyə insitituna çevrilməsini təmin edəcəkdir. Bəyan edilən addımlar ABB-nın bütün digər öhdəlikləri üzrə, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada əmanətləri və bank hesabları üzrə əməliyyatları cari rejimdə davam edəcəkdir. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir. İqtisadçı ekspert Rövşən Ağayev deyib ki, hökumət Beynəlxalq Bankın əvəzindən nə qədər borc qaytaracağı məlum deyil: "2015-ci ilin yekunlarına görə, Bankın 25-dək xarici banka və beynəlxalq maliyyə institutlaırndan cəlb etdiyi kreditlərin həcmi 1.1 mlrd. dollara yaxın olub. Əlavə olaraq, 500 mln. dollar dəyərində avroistiqraz buraxılışını da nəzərə alsaq, Beynəlxalq Bankın hökumətə ötürülən xarici borclarının məbləğinin 1.6 mırd. dollardan az olmadığı üzə çıxır. Bir məqamə da deyim: rəsmilər tez-tez vurğulayır ki, bu cür sağlamlaşdırma dünyada bir çox ölkələrdə olub. Doğrudur olub, amma 2 mühüm fərqlə: Birincisi, bəzi təcrübələrdə hökumət özəl bankların problemli aktivlərini alıb, amma böhrandan çıxandan və banklar özünə gələndən sonra dövlətdən həmin aktivlərin hamısını və ya bir hissəsini geri qalmaq şərtilə. Bizim nümunədə dövlət bankından söhbət gedir, ona görə hökumətin büdcədən xərclədiyi pullar geri qayıtmayacaq; İkincisi, hətta hökumətin geri qayıtmayan dəstəyi şəratində hökumət prosesi tam şəffaf aparıb, cəmiyyətə gərəyindən artıq informasiya verib. Və ən əsası sağlamlaşdırmadan sonra bankın normal ayaqda qalacağı üçün dəqiq hesablamalar olub. Əminlik olub ki, iqtisadiyyatın imkanları bu bankın puldan pul qazanmasına təminat verəcək. Obyektiv təhlillər göstərir ki, neftin qiymətinin yüksəlməyəcəyi tədqirdə indiki idarəetmə ilə Azərbaycanda iqtisadi fəallığın yaxın illərdə bərpa olunacağı real görünmür. Həmçinin, bank sektorunda oliqarxiya kapitalının xeyrinə yüksək təmərküzələşmənin mövcudluğu Beynəlxalq Bankı xarici kapital üçün nə dərəcədə cəlbedici ola bilər? Cəlbedici olsa belə, hökumətin az qala 10 mlrd. dollar xərcləyərək sağlamlaşdırdığı banka xarici sərmayədar nə qədər ödəyər? Ən azı bu sulların cavabı hökumətdə varsa, cəmiyyətə açıqlamaq çox önəmlidir".
Zəka