İqtisadiyyat
Nazirlik bəzi normativ sənədlərə dəyişiklik etdi
Vergilər nazirinin əmrilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin və “Dövlət rüsumu haqqında” Qanunun tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə bir neçə normativ sənəddə dəyişikliklər təsdiq edilib.
Cəbhə bölgəsində sahikarlara güzəştli kreditlər verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forumda Ağdam rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda prioritet hesab olunan taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Ölkədə vergi mədəniyyəti formalaşmaqdadır
Artıq uzun illərdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet istiqamət hesab edilir. Xüsusilə, 2014-cü ildən bəri dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra bu sahəyə diqqət daha da artırılıb. Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, qeyri-neft sektorunun inkişaf etdirilməsində 2004-cü ildən indiyə qədər mərhələli şəkildə həyata keçirilən Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının müstəsna əhəmiyyəti var.
Hansı MTK-lar vətəndaşları aldadır? - Araşdırma
Azərbaycanda mənzil tikintisi azalıb. Belə ki, əksər ölkələrdə iqtisadi artımın lokomotivi hesab edilən tikinti sektoru ildən-ilə bazardakı payını itirir. Yaranmış vəziyyətdə şirkətlərin payı daha böyükdür. Bura zaman-zaman vətəndaşların aldadılması - eyni mənzilin bir neçə vətəndaşa satılması, kommunal haqların yüksək olması, binanın ilkin layihəsi ilə təhvil verildikdən sonrakı vəziyyəti arasındakı fərqlər və sair daxildir. Nəticədə 12 il əvvəl 926 tikinti şirkəti fəaliyyət göstərirdisə, bu gün onların sayı 40-a qədər düşüb. Adekvat olaraq yaşayış evlərinin tikintisinə qoyulan investisiyaların həcmi də beş faiz azalaraq 1,030,608,6 min manat olub.
SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb
SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb. Daşkənddə keçirilən “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov arasında görüş keçirilib.
Daşkənddə “Özbəkistanın neft və qazı-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransın açılışı olub
“Özbəkneftqaz” Milli Holdinq Şirkəti, Özbəkistan Xarici İqtisadi Əlaqələr, İnvestisiya və Ticarət Nazirliyi və ölkənin Ticarət-Sənaye Palatasının dəstəyi ilə Daşkənddə “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransın açılışı olub.
Dollar bahalaşmaqda davam edir
Hərraclarda və eləcə də Mərkəzi Bankın rəsmi məzənnələrində manat dollara nisbətən dəyər qazansa da valyuta bazarında ABŞ pulunun bahalaşması müşahidə edilir. Belə ki, son 10 gündə rəsmi məzənnədə hər 100 dollarda 40 qəpik bahalaşan milli valyutamız bu müddətdə vayuta bazarında 3 manatdan çox ucuzlaşıb.
Apreldə 195-2 Çağrı Mərkəzinə 1070 müraciət daxil olub
2017-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 1070 müraciət daxil olub. Bu müraciətlərin 840-dan çoxunun canlı rejimdə, 220-dən çoxunun isə səsli menyu vasitəsilə cavablandırılması təmin edilib. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Mərkəzə 66 mindən çox müraciət daxil olub.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, həmçinin investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, "Made in Azerbaijan" brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
38 mindən çox vergi ödəyicisinin 107 mln. manat borcu silindi
Azərbaycanda sahibkarlığın inkişafının stimullaşdırılması, vergi yükünün optimallaşdırılması məqsədilə ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin həcminin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.
Bank sektorunda rəqabət yoxdur
Azərbaycan Beynəlxalq Bankı ətrafında qeyri-müəyyən vəziyyət davam edir. Bu gün hər kəsi düşündürən məsələ bankın borclarının taleyinin necə olması ilə bağlıdır. Bu arada Beynəlxalq Bankın İdarə Heyətinin sədri mediaya açıqlamasında bildirib ki, bankın borclarının restrukturizasiyasının müştərilərə təsiri yoxdu
Millət vəkili: "Konqresin ləğvi hər iki ölkənin maraqlarına xidmət etmir"
"Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub". Bu sözləri millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə bütün sahələrdə bərabər hüquqlara əsaslanan yüksək əməkdaşlıq münasibətləri var və bu münasibətlərin yaranmasında və möhkəmlənməsində Ümumrusiya Azərbaycanlılar Konqresinin əhəmiyyəti böyükdür: "Bu konqres öz işini çoxtərəfli və hər iki ölkənin maraqlarını nəzərə alaraq qurub.
OPEC-in qərarı nə olacaq?
Ötən il noyabrın 30-da Neft İxrac edən Ölkələr Təşkilatı, OPEC-in Vyanada keçirilən görüşündə neft hasil edən ölkələr tərəfindən hasilatı azaltmaq razılığına gəlinmişdi. Həmin qərarın müddəti bu ilin iyun ayında başa çatır.
Deputat çağırış etdi: “Rəsmilər vəziyyətə aydınlıq gətirməlidir”
“Son zamanlar Azərbaycan Beynəlxalq Bankı ilə mətbuatda çoxlu məlumatlar yer alır. Bu, bankda vaxtı ilə baş verən proseslər çox ciddi problemlərə gətirib çıxarıb”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov bildirib. O qeyd edib ki, Azərbaycan rəsmiləri yaranmış vəziyyətlə bağlı dövlət televiziyasında vəziyyətə aydınlıq gətirməlidir.
''Günəşli” yatağında əlavə 4 quyu qazılacaq
''Günəşli” yatağında əlavə 4 quyunun qazılması üçün 11 saylı Dərin Dəniz Özülündə aparılan yenidənqurma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə.
Plastik kartlardan nağdlaşdırmanın dayandırılması qanuna ziddirmi?
Banklar sahibkarlar üçün nəzərdə tutulmuş plastik kartlardan nağdlaşdırmanı dayandırıb. Banklar bunu “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulan nağdsız hesablaşmalara tətbiq edilən limitlər ilə əlaqələndirirlər.














