İqtisadiyyat
Samir Şərifovun Qazaxıstan Milli Bankının başçısı ilə mübahisəsi
Ötən gün Böyük Britaniyanın paytaxtı Londonda Qazaxıstan Milli Bankının sədri Daniyar Akişev və Azərbaycanın maliyyə naziri Samir Şərifov arasında danışıqlar olub.
Ermənilər dünya ictimaiyyətini çaşdırmaq yolu tutublar
Ermənistan mətbuatı son vaxtlar erməni soyadlı şəxslərin Bakı Beynəlxalq Hava Limanından geri deportasiya olunması ilə bağlı məlumatlar yaymaqdadır. Erməni KİV-ləri iddia edir ki, Bakıya gələnlər Ermənistan vətəndaşları olmadıqları halda soyadlarının sonundakı “yan” şəkilçisinə görə ölkəyə buraxılmayıblar. Hətta bu cür hallarla bağlı heç bir dəlilə-sübuta söykənməyən bəzi nümunələr də gətirirlər. Belə ki, guya Rusiya vətəndaşı olan Viktoriya Aqoyanın bir müddət əvvəl soyadına görə Bakı Hava Limanından ölkəyə girişinə icazə verilməyib.
İqtisadi vəziyyət sabitdir
Artıq cari ilin ilk yarısının başa çatmasına az qalıb. İstər keçən ilin sosial-iqtisadi göstəriciləri, istərsə də bu ilin ilk 3 ayının nəticələri onu deməyə əsas verir ki, ölkədə iqtisadi inkişaf tempi davam etməkdədir. Düzdür, bu inkişaf tempi məlum böhran dövründən əvvəlki illərlə müqayisədə bir qədər qaneedici olmasa da, amma ümumilikdə müsbət dəyərləndirilməlidir.
2016-cı ilin büdcəsində 147,3 milyon manat artıq vəsait yaranıb
2016-cı ilin icmal büdcəsində proqnozlaşdırılmış 8827,8 milyon manat kəsirlə proqnozlaşdırılsa da, faktiki olaraq 147,3 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Bu barədə məlumat “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub. Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 9262,9 milyon manat kəsir qeydə alınıb. Bu da 2016-cı ildə istehsal olunmuş ÜDM-in 15,3 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 6,0 faiz-bənd, 2015-ci ilə nisbətən isə 3,6 faiz-bənd azdır.
Beynəlxalq Bankın sağlamlaşdırılması üçün buraxılan 10 mlrd. manatlıq istiqrazın bir hissəsi uçota alınmayıb
"Aqrarkredit" QSC tərəfindən təqdim olunmuş emissiya edilmiş istiqrazlar barədə məlumata əsasən 2016-cı il ərzində emissiya edilmiş istiqrazların nominal dəyəri 7 mlrd. manata qarşı istiqrazların satışından 7,5 mlrd. manat vəsait daxil olub.
Kimlər valyuta dəyişmə məntəqəsinə sahib ola biləcək?
Bir müddət öncə Azərbaycanda yeni lisenziyalaşdırılan fəaliyyət növü - valyuta mübadiləsi fəaliyyətinin yaradılması məqsədi ilə "Valyuta tənzimi haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclis tərəfindən təsdiq olundu. Bununla da istənilən hüquqi və fiziki şəxs 500 manat girov qoymaqla valyuta dəyişmə məntəqəsi aça biləcək.
Fərdi sahibkarın hesabına gələn pul niyə məhdudlaşdırılmalıdır?
Cari il ərzində maliyyə sektorunda atılan müsbət addımlardan biri də nağdsız hesablaşmalarla bağlı qanunun qüvvəyə minməsi idi. Qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Qanunda qeyd olunurdu ki, məqsəd ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən tələbələrin kimliyi müəyyənləşdi
Rusiya sərhədə tərəzi qoydu, Bakıda pomidor 3 dəfə ucuzlaşdı - VİDEO
Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan keçib bu ölkəyə gedən ağırtonnajlı yük avtomobilləri üçün daşınan yüklərin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.
Nazirlik İctimai Şura üzvlüyünə namizədlərini elan edəcəyi vaxtı açıqlayıb
Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanıb.
Nazir: "Əsas məqsəd "Cənub Qaz Dəhlizi" üzrə işləri vaxtında başa çatdırmaqdır"
Energetika naziri Natiq Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib. Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin birgə iştirakı ilə Vyanada keçiriləcək Nazirlər Şurasının 172-ci iclası ərəfəsində dünya enerji bazarında son vəziyyət müzakirə edilib. Neftin qiymətinə iqtisadi və siyasi faktorların təsiri, İran, İraq, Liviya, Səudiyyə Ərəbistanı, Rusiya və Qazaxıstan kimi ölkələrin neft hasilatı ilə bağlı mümkün addımları ətrafında fikir mübadiləsi aparılıb. Neft hasilatının azaldılması üzrə sazişin müddətinin gələn ilin mart ayının sonuna kimi uzadılması barədə Rusiya və Səudiyyə Ərəbistanı anlaşmasından da bəhs edilərək, bildirilib ki, sazişin ilin sonuna kimi uzadılması daha məqsədəuyğundur.
Tikintidə çalışanlar nə qədər əmək haqqı alırlar?
2017-ci ilin yanvar-mart aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 87,9 min nəfər təşkil edib. Dövlət Statistika Komitəsindən “Olaylar” verilən məlumata görə, onların 40,4 min nəfəri binaların tikintisində, 24,1 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23,4 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
Nazir Goranboyda vətəndaşları qəbul edəcək
Mayın 20-də İqtisadiyyat naziri Şahin Mustafayev Goranboyda Gəncə, Naftalan, Xocalı şəhərlərindən və Goranboy rayonundan olan vətəndaşları qəbul edəcək.Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (ünvan: Dədə Qorqud küç., 27) keçiriləcək.
Vətəndaş özünü müflis elan edə bilərmi?
Hüquqi şəxslərin, şirkətlərin özünü müflis elan edə bilməsindən hamı xəbərdardır. Əmlakı borcundan azdırsa, özünü məhkəmə qaydasında müflis elan edir. Həmin şirkətin borcu olduğu kreditorlar isə əlacsız qalır. O cümlədən banklar da əmanətləri və digər borclarını qaytara bilməyəndə belə edir.
Komitə sədri: Azərbaycanda daxili buğda tələbatını ödəyəcək
“Ölkəmiz bu il də ötən il olduğu kimi taxılla bağlı daxili tələbata cavab verə biləcək. Ümumiyyətlə taxıl deyəndə biz həm buğda, yəni çörək, un məmulatlarını, həm də yem, qarğıdalı və bunun kimi digər məhsulları nəzərdə tuturuq. Deyə bilərəm ki, bizim istehsalımız daxili tələbatlara cavab verir”.














