İqtisadiyyat

Vahid Əhmədov: “32 bank  Azərbaycan üçün çoxdur”

30 May 2017 17:24

“Bankların bu gün veridiyi kreditlər özlərinə məxsus sərbəst kapital deyil, daha çox əhalinin depozitləridir. Ona görə də, bankların bu gün əsas problemləri öz kapitalı ilə bağlı deyil, götürdüyü öhdəliklərdir”. “Olaylar” xəbər verir ki, bu sözləri bu gün Tərəfsiz Jurnalistlər Birliyinin keçirdiyi tədbirdə bank mütəxəssisi Ramin Bayramov qeyd edib.

Qazaxıstan hökuməti ABB-nin restrukturizasiya planını dəstəkləyəcəyinə işarə edib

30 May 2017 16:46

Qazaxıstanın "Vahid Pensiya Yığımı Fondu" SC-nin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) istiqrazlarına yatırdığı investisiyanın geri qaytarılması məsələsi payızda həllini tapa bilər. "APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın maliyyə naziri Bakıt Sultanov hökumətin iclasında bildirib. "Cari ilin iyul ayının ortalarında keçiriləcək iclasda kreditorlar ABB-nin xarici öhdəliklərinin restrukturizasiyası planını müzakirə edəcəklər.

Ermənistan şirkətinin rəhbəri: “Ekvador bananını Azərbaycan üzərindən İrana idxal edəcəyik”

30 May 2017 16:41

Ermənistanın Ekvadordan banan idxalı ilə məşğul olan “ArmExc Trading” şirkəti Azərbaycan üzərindən İrana banan idxal etməyə hazırlaşır. Bu barədə şirkətin prezidenti Vardan Arutyunyan açıqlayıb.

Bəzi axundlar məzhəblərarası gərginlik yaradacaq çıxışlar edirlər

30 May 2017 15:50

“Bu günlərdə QMİ-nin sədri Hacı Allahşükür Paşazadə bildirdi ki, hər hansı bir məsciddə axundlar moizə zamanı məzhəblərarası gərginlik salacaq mövzular açmasınlar. Ancaq mənə müraciətlər daxil olur ki, bəzi məscidlərin axundları məscidlərdə moziələrində məzhəblərarası gərginlik yaradacaq çıxışlar edirlər”.

"Beynəlxalq Bank ətrafında baş verənlər manata təsir etməyəcək"

30 May 2017 12:03

Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası planının baş tutub-tutmaması manatın məzənnəsinə təsir etməyəcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. "Bu prosesin manatın məzənnəsinə heç bir təsiri olmayacaq.

Astarada REYD: 30 sürücü məsuliyyətə cəlb olundu

29 May 2017 20:06

Astarada rayon Polis şöbəsinin Dövlət Yol Polisi əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib. Şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib.

"Beş mərtəbə" dairəsi ləğv edildi - XƏRİTƏ

27 May 2017 22:23

Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairə artıq ləğv edilib. Azəravtoyol ASC-dən  verilən məlumata görə, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti dairədə tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamətlər üzrə yönəldilib.

Nazir: "Ruhaninin prezident seçilməsi ölkəyə investisiya axınını sürətləndirəcək"

26 May 2017 16:30

İran bu il bir sıra iri beynəlxalq neft şirkətləri, o cümlədən "Total" və "Lukoil" ilə müqavilələr imzalamaq niyyətindədir. Bu barədə "Reuters" agentliyinə müsahibəsində İranın neft naziri Bijan Zəngane deyib. 

Sədr: "ABB-nin reytinqlərinin düşməsi müvəqqəti haldır"

26 May 2017 16:23

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə "Fitch", ardınca bu gün "Moody’s" beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.

Vyana sazişinin daha 9 ay uzadılması qərarına Azərbaycan da razılıq verib

26 May 2017 15:16

Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub. Energetika Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə,  naziri Natiq Əliyev deyib ki, iclasda Vyana sazişinin nəticələri təhlil edilərək, neftin qiymətinin 50-55 dollar arasında qərarlaşmasi razılaşmanın bazara müsbət təsirinin göstəricisi kimi qeyd olunub.Sazişin icrasına nəzarət edən qurum kimi Monitorinq Komitəsinin fəaliyyəti xüsusilə yüksək qiymətləndirilib.

Vüqar Bayramov Böyük İyirmiliyin Beyin Sammitinə qatılacaq

26 May 2017 11:38

Böyük İyirmiliyin (G20) Beyin Sammiti mayin 28-də Berlində öz işinə başlayacaq. Bu barədə məlumat verən iqtisadçı alim Vüqar Bayramovun sözlərinə görə, sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı George Akerlof, Edmund Strother Phelps, Michael Spence kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər.

"Vyana sazişinin müddətinin uzadılması nefti bahalaşdıracaq"

26 May 2017 11:28

“Ötən gün OPEC-ə üzv və qeyri-üzv dövlətlər neft hasilatının azaldılmasına dair sazişin müddətinin doqquz ay uzadılmasına dair qərarı gözlənilən idi. Çünki, OPEC daxili ölkələrdən Səudiyyə Ərəbistanının və kartel xaricində Rusiyanın bir müddət öncə sazişin müddətinin 2018-ci ilin mart ayının sonuna qədər uzadılmasını təklif etməkləri bu istiqamətdə razılıq əldə olunması ehtimalının daha yüksək olduğunu deməyə əsas verirdi”.

"Moody's": Azərbaycan ABB-nin xilası üçün qızıl-valyuta ehtiyatlarından xərcləməlidir

25 May 2017 13:56

"Azərbaycan Beynəlxalq Bankının xilas edilməsi üçün ölkənin qızıl-valyuta ehtiyatlarının xərcləməsinə ehtiyac var". Bunu "Moody"s" beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə analitiki Pyotr Paklin deyib. P.Paklinin sözlərinə görə, bu səbəbdən hökumət ABB ilə bağlı siyasətini dəyişib: "ABB-nin borclarının restrukturizasiyası büdcə yükünü artıracaq". 

Azərbaycan Beynəlxalq Bankın reytinqlərinə yenidən baxıla bilər

25 May 2017 13:26

Məlum olduğu kimi, maliyyə naziri Samir Şərifovun başçılığı ilə nümayəndə heyəti Azərbaycan Beynəlxalq Bankın üzləşdiyi çətinlik və problemli kreditlər məsələsi ilə bağlı Londonda səfərdə olub. Səfərdə əsas məqsəd Beynəlxalq Bankın üzləşdiyi problemi xarici investorlarla müzakirə etmək və bu məsələdə ortaq bir məxrəcə gəlib, məsələnin həllinə nail olmaqdır. Maraqlıdır, Londonda bankın xarici kreditorları ilə keçirilən görüşdən hansı nəticələr əldə etmək mümkündür?  Azərbaycan Beynəlxalq Bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimov görüşün gözlənildiyindən də konstruktiv keçdiyini deyib.

Sədaqət Vəliyeva: "Azərbaycan artıq dünyanın qabaqcıl idman ölkələrindəndir"

24 May 2017 15:23

“Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib". Bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.