Komitə sədri: Azərbaycanda daxili buğda tələbatını ödəyəcək

“Ölkəmiz bu il də ötən il olduğu kimi taxılla bağlı daxili tələbata cavab verə biləcək. Ümumiyyətlə taxıl deyəndə  biz həm  buğda, yəni çörək, un məmulatlarını, həm də yem, qarğıdalı və bunun kimi digər məhsulları nəzərdə tuturuq. Deyə bilərəm ki, bizim istehsalımız daxili tələbatlara cavab verir”.

"Ölkəmiz bu il də ötən il olduğu kimi taxılla bağlı daxili tələbata cavab verə biləcək. Ümumiyyətlə taxıl deyəndə  biz həm  buğda, yəni çörək, un məmulatlarını, həm də yem, qarğıdalı və bunun kimi digər məhsulları nəzərdə tuturuq. Deyə bilərəm ki, bizim istehsalımız daxili tələbatlara cavab verir". Bunu deyən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, sadəcə, bir müddətdir ki,  buğda məsələsində çətinlik  müşahidə edilir. O da bu il öz həllini tapacaq: "Beləki, artıq yeni buğda sortları  alınıb və səpilib.  Düzdür, bununla buğda təminatı problemi tamamilə aradan qalxacaq, demirəm.  Hər halda bu, ərzaq təhlükəsizliyini  təmin edəcək və inkişaf olacaq. Keçən  il taxıl tələbatının  60-65 faizini təmin edə bilirdiksə, bu il və gələcəkdə  həmin rəqəmlər 75-80 faiz olacaq.  Bununla əlaqədar Kənd Təsərrüfatı Nazilliyi tərəfindən işlər görülür. Ümid edirəm ki, bu sahədə yüksəliş olacaq. O cümlədən Azərbaycan  digər kənd təsərrüfatı məhsulları ilə də özünü təmin edə bilir. Təmin olunma dərəcəsi 80-85 faizdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31