İqtisadiyyat

"Bakı Forumu qlobal problemlərin həllinin axtarışında mühüm rol oynayır"

5 May 2017 15:22

"İstənilən münaqişəli situasiya və anlaşılmazlıqların həllində ən yaxşı vasitə danışıqlar və müzakirələrdir". Bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının turizm üzrə baş katibinin müşaviri, Orta Şərq üzrə regional direktor Amr Abdel Qaffar Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.

"Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib

5 May 2017 14:41

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Gənc Elçilər” Proqramı çərçivəsində "Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib.

Rusiyanın sanksiyaları qaldırması Azərbaycana ixracata təsir etməyəcək

5 May 2017 13:10

Rusiyanın türk məhsullarına qarşı sanksiyaları qaldırması Azərbaycana ixracata təsir etməyəcək. Bunu Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədri Ahmet Hamdi Gürdoğan bu gün Azərbaycan-Türkiyə biznes-forumunda deyib. O bildirib ki, Türkiyə-Rusiya münasibətlərində yaşanan böhran müsbət nəticələr də verdi: "Böhran sonrası Rusiyanın aldığı sanksiya qərarları bizim Azərbaycan ərazisini istifadə etməklə Orta Asiyaya ixracat etməyimizin önünü açdı. Əslində, bu marşrut Rusiyadan Orta Asiyaya gedən marşrutdan çox qısa və sərfəlidir. Türk məhsullarına sanksiyaların götürülməsi bu marşrutun istifadəsinə təsir etməyəcək".

Qlobal neft bazarı yenidən çalxalanır

5 May 2017 12:57

Qlobal neft bazarı yenidən çalxalandı. Bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü. Əslində, son 2 ayda dünya neft bazarındakı balans “qara qızılın” qiymətinin azalacağına işarə verirdi. OPEC-in hasilatın azaldılması ilə bağlı razılaşması artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.

Astara rayonunda çayçılıq və arıçılığın inkişafı təşviq olunur

4 May 2017 18:18

Mayın 4-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Astara rayonunda keçirib.

Azərbaycandan 40 min nəfər Türkiyəyə mühacirət edib, 7300-ü daimi məskunlaşıb

4 May 2017 15:16

Ötən il ərzində Azərbaycandan Türkiyəyə mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Bu barədə Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir.

Aqrar sahənin inkişafı qarşıda duran əsas vəzifədir

4 May 2017 14:10

Son illərdə ölkədə əksər sahələr kimi aqrar sahənin də inkişafında müsbət dinamika müşahidə edilir. Xüsusilə, 2014-cü ildən dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi fonunda bu sahənin inkişafı zərurəti ortaya çıxdı. Təqdirəlayiq hal ondan ibarətdir ki, ölkədə bu zərurət kifayət qədər ciddi nəzərə alınaraq qeyd edilən istiqamətdə sistemli və davamlı tədbirlər görülür, islahatlar həyata keçirilir.

“Halal otel” standartları nədən ibarətdir?

4 May 2017 14:07

Son vaxtlar Azərbaycanda “halal brendlər” adı altında müxtəlif növ məhsul və xidmətlər təqdim olunmaqdadır.  Vəziyyət o həddə çatıb ki, müsəlman aləminə qətiyyən aidiyyatı  olmayan, İslam mədəniyyətinə yad, hətta peyğəmbərin haram buyurduğu müsəlmanların qida  rasionuna yad ərzaq məhsullarına “halal” sertifikatı verilir. Kolbasa, sosis, süd və ət məhsullarının halal təqdimatı artıq xidmət sferasına da sirayət edib. Belə ki, Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması, ardınca 4-cü İslam Həmrəylik Oyunlarının keçirilməsi  “halal brendi”ni daha da aktuallaşdırıb. Artıq ölkədə “halal otel” xidmətlərinin təklifi gündəmi zəbt edib. Lakin   mahiyyəti  məlum olmasa da, bu termonologiyanın geniş yayılması birmənalı qarşılanmır.

Bu dəmiryolu Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirir AÇIQLAMA

4 May 2017 13:30

"Azərbaycan  və İran arasında əlaqələr qədim zamanlardan mövcuddur". Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri leqallaşdırılacaq

3 May 2017 13:20

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə Azərbaycan Respublikasının Auditorlar Palatası arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Könüllü vergi ödəyiciləri necə stimullaşdırılır?

3 May 2017 12:53

Vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin daha da inkişaf etdirilməsi, vergi orqanları tərəfindən belə vergi ödəyicilərinə çevik və şəffaf xidmətlərin göstərilməsi, onların fəaliyyətinin uçotda olduqları vergi orqanlarında vahid struktur tərəfindən əlaqələndirilməsi, bununla da digər vergi ödəyicilərində könüllü əməletmənin təşviqinə nail olunması istiqamətində islahatlar aparılır.

Parlamentarilərin pul qıtlığı xəbərdarlığı

3 May 2017 12:51

Dünya bazarlarında neftin qiymətlərinin aşağı enməsindən sonra dünyanın. eləcə də Azərbaycanın maliyyə bazarında müşahidə edilən qeyri-müəyyənlik hələ də davam etməkdədir. Milli valyutanın Amerika dollarına nisbətən dəyərinin tez-tez dəyişməsi və vətəndaşların panik şəkildə əllərində olan valyutaları gah manat gah da dollara çevirib əlində saxlaması əsas etibarilə ölkədə pul qıtlığına gətirib çıxarır. Təsadüfi deyil ki. müvafiq qurumlar, eləcə də parlamentarilər bu vəziyyətdən narahatçılıq keçirdiklərini açıq şəkildə etiraf edirlər. Məlumat üçün qeyd edək ki, keçən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Ziyad Səmədzadə qeyd edib ki, ölkədə pul qıtlığı yaranıb və bu problem bizi ciddi narahat edir.

Baş nazirin müavini: "Dövlət idarəçiliyi sahəsində optimallaşdırma addımları qaçılmazdır"

3 May 2017 12:37

"Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur. Statistik məlumatlar Azərbaycanda bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu göstərir".

Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi

2 May 2017 17:33

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Sahib Ələkbərov: "Beynəlxalq yarışlara görə alternativsiz yolları bağlamaq olmaz!"

2 May 2017 14:26

Bu gün “Tour d’Azerbaidjan-2017” veloturu ilə bağlı Respublika Velotrekində mətbuat konfransı keçirilib. Tədbirdə veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov və yarışın texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer iştirak ediblər.