İqtisadiyyat

Xarici şirkətlər böyük bonuslar hesabına 1994-cü ildə imzalanmış müqavilənin uzadılmasında maraqlı olardılar

2 May 2017 13:50

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edib. Dövlət başçısı şəhərciyin açılışında çıxışı zamanı ölkənin neft sənayesinin hazırkı durumu və gələcək perspektivləri ilə bağlı da mühüm fikirlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq: “Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır. “Əsrin kontraktı” artıq 20 ildən çoxdur ki, icra edilir.

Fiziki şəxslərin bankdakı vəsaiti niyə sığortalanmır?

2 May 2017 11:27

Nağdlaşdırma ilə bağlı tətbiq edilən qadağalardan sonra sahibkarlar vəsaitlərinin əhəmiyyətli hissəsini bank hesablarında saxlamaq məcburiyyətindədirlər. Sahibkarların prosesə hansı səviyyədə hazır olması və eləcə də mövcud infrastrukturun bu prosesi necə dəstəkləməsi məsələlələri artıq müzakirə edilib.

BMT-dən Azərbaycanla bağlı PROQNOZ: "İnflyasiya zəifləyəcək"

1 May 2017 17:20

BMT-nin İqtisadi-sosial komissiyası ortamüddətli dövrdə Azərbaycanda iqtisadi artımın müsbət dinamika nümayiş etdirəcəyini proqnozlaşdırır. BMT 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının 0,2%, 2018-ci ildə isə 1,2% artacağını güman edir. Komissiyanın ekspertləri hesab edir ki, iqtisadi artım inflyasiyanın azalması ilə müşahidə olunacaq: "Lakin 2017 və 2018-ci illər üçün müvafiq olaraq proqnozlaşdırılan 7,9% və 5,8% göstəriciləri sonuncu dəfə proqnozlaşdırılan rəqəmdən daha yüksəkdir".

İran Azərbaycan istiqamətində reyslərə yeni təyyarələr cəlb edəcək

1 May 2017 16:46

İran bu yaxınlarda aldığı İtaliya-Fransa istehsalı olan yeni "ATR" təyyarələrini Bakıya yerinə yetirilən aviauçuşlarda da istifadə edə bilər. Bunu "İran Air" aviaşirkətinin icraçı direktoru Fərhad Pərvareş bildirib. "ATR" şirkətindən aldığımız yeni təyyarələr İrana bir neçə ay ərzində çatacaq. Yeni təyyarələrin idarə edilməsini öyrənmək üçün pilotlarımız Fransada təlimlərdə iştirak edirlər. Bu təyyarələr İranın əyalət paytaxtlarına, ölkənin Fars körfəzindəki adalarına, habelə Azərbaycanın paytaxtı Bakı və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçuşların həyata keçirilməsində istifadə edilə bilər", - deyə F.Pərvareş əlavə edib.

Daşkənd Dövlət İqtisadiyyat Universitetindəki konfransda Azərbaycan da təmsil olunub

1 May 2017 12:49

Daşkənd Dövlət İqtisadiyyat Universitetində (DDİU) “Turizm təhsili: problemlər və perspektivlər” adlı konfrans keçirilib. Tədbirdə Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin nümayəndələri, ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), Özbəkistan Aşpazlar Birliyinin, həmçinin aparıcı turizm şirkətlərinin nümayəndələri, mütəxəssislər, tələbələr iştirak edib. DDİU-nin prorektoru Muxiddin Pulatov ölkədə son illər turizm təhsili sahəsində əldə edilən nailiyyətlər, problemlər və perspektivlər barədə danışıb, konfransda maraqlı məruzələrin, təqdimatların, habelə tələbələrin iştirakı ilə turizm şirkətləri ilə birbaşa debatların olacağını bildirib.

Keçən il xarici turistlərin Azərbaycanda xərclədiyi vəsait 2,7 milyard dollar olub

1 May 2017 11:46

2016-cı ildə xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitərin həcmi əvvəlki ilə nisbətən 400 mln. dollar artaraq 2.7 mlrd. dollar təşkil edib. Xarici turistlərin Azərbaycanda xərclədiyi vəsaitlərdən tutulan vergilər dövlət büdcəsindən beynəlxalq tədbirlərə xərclənən vəsaitləri bir neçə dəfə üstələyir”.

"Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirilib

28 Aprel 2017 14:40

İxracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarların maarifləndirilməsi məqsədilə aprelin 28-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən "Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda tədbir keçirilib.

”Çox ciddi şəkildə pul qıtlığı yaranıb”

28 Aprel 2017 14:31

“Girov məsələsinin qiymətləndirilməsinə ciddi yanaşmaq lazımdır. Bu məsələdə qayda-qanun yaradılmasına ehtiyac var”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Komitə sədri bildirib ki, bu məsələdə insanların qayğısına qalınmalıdır: “Biz monitorinqlər aparmalıyıq, həmçinin, bankla əlaqədar sağlamlaşdırma işləri aparmalıyıq. Pul qıtlığı yaranıb, bu, çox ciddi ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Bu olmasa, yəni, pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”. 

Nağdlaşdırma ilə bağlı limitin tətbiqi hansı çətinliklər yaradır?

27 Aprel 2017 13:39

Banklarda vəsaitin nağdlaşdırılması ilə bağlı tətbiq edilən limitlər son günlər ən çox müzakirə edilən məsələlərdəndir. Mövcud qaydalara əsasən, ƏDV məqsədləri ucun qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dovrun istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi odəyicilər 30 min, digər vergi odəyiciləri 15 min manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər. Bəs, bu qadağalar iqtisadi proseslərdə, eləcə də maliyyə əməliyyatlarında hansı çətinliklər yaradır? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, təbii ki, nağdsız hesablaşmaların genişləndirilməsinə ehtiyac var və əslində biz də nağdlı ödənişlərin optimallaşdırılmasının tərəfdarıyıq. Amma problem ondadır ki, bu qadağalar iqtisadiyyatın mövcud strukturuna uyğunlaşdırılmayıb. Çətinliklər nədir və niyə bu qadağalar birmənalı qarşılanmır?

Sədaqət Vəliyeva: "“Made in Azerbaijan” brendi dünya bazarlarında layiqli yerini tutacaq"

27 Aprel 2017 11:22

“Bu gün Azərbaycan iqtisadiyyatı dünyadakı böhranlı vəziyyətə baxmayaraq, inkişaf edir, hətta, şaxələnir". Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.  

"Sahibkarlığa göstərilən dövlət qayğısı müxtəlif sahələrdə özünü büruzə verir"

26 Aprel 2017 15:47

Tarixi təcrübə sübut edib ki, xüsusi mülkiyyətə, özəl təşəbbüslərə, işgüzarlığa, azad biznes fəaliyyətinə və rəqabətə əsaslanmayan hər hansı iqtisadi model səmərəli ola bilməz.

Azərbaycan-Latviya hüquqi əlaqələri genişlənir

26 Aprel 2017 15:08

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində genişmiqyaslı islahatların həyata keçirildiyi və nəticələrin əldə olunduğu nəzərə alınaraq Latviya Respublikası Ədliyyə Nazirliyinin dövlət katibi Rayvis Kronberqsin başçılıq etdiyi nümayəndə heyəti hüquqi əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə ölkəmizə səfərə gəlib.

Azərbaycanın ixrac missiyası Qazaxıstanda

26 Aprel 2017 15:07

Qazaxıstanda olan Azərbaycanın 19 yerli şirkətinin daxil olduğu ixrac missiyası bu gün Astanada aparıcı şirkətlərin nümayəndələri ilə görüşüb. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac potensialı və bu sahədə həyata keçirilən islahatlar, ixracın stimullaşdırılması tədbirləri, rəqabətqabiliyyətli və keyfiyyətli yerli məhsullarımız barədə məlumat verib.

Əməyin mühafizəsinə görə məsuliyyəti kim daşıyır?

26 Aprel 2017 14:16

Beynəlxalq Əmək Təşkilatının (BƏT) təşəbbüsü ilə 2003-cü ildən etibarən 28 Aprel Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir. BƏT-in məlumatına görə, dünyada hər il istehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində təxminən 2,34 milyon nəfər həlak olur və 160 milyondan çox insan peşə xəstəliyindən əziyyət çəkir. Eyni zamanda, istehsalat qəzaları dünya üzrə ümumi daxili məhsulun 4%-nin və ya 2,8 trln. ABŞ dollarının itirilməsinə səbəb olur. Ümumdünya Əməyin Mühafizəsi Gününün təsis olunması da işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına, əməyin təhlükəsizliyi və sağlamlaşdırılması məsələlərinə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədinə xidmət edir.