Xarici şirkətlər böyük bonuslar hesabına 1994-cü ildə imzalanmış müqavilənin uzadılmasında maraqlı olardılar

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edib. Dövlət başçısı şəhərciyin açılışında çıxışı zamanı ölkənin neft sənayesinin hazırkı durumu və gələcək perspektivləri ilə bağlı da mühüm fikirlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq: “Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır. “Əsrin kontraktı” artıq 20 ildən çoxdur ki, icra edilir.

Şirkətlər üçün stabil bazarlarda işləmək səhmdarlar üçün yaxşı dividentlər deməkdir

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında iştirak edib. Dövlət başçısı şəhərciyin açılışında çıxışı zamanı ölkənin neft sənayesinin hazırkı durumu və gələcək perspektivləri ilə bağlı da mühüm fikirlər səsləndirib. Dövlət başçısı qeyd edib ki, neft sektoru bu gün ölkəmizin həyatında çox mühüm rol oynayır və gələcəkdə də oynayacaq: "Bizim təşəbbüsümüzlə icra edilən layihələr artıq çoxdan ölkə hüdudlarından çıxıb, beynəlxalq məna daşıyır. "Əsrin kontraktı" artıq 20 ildən çoxdur ki, icra edilir. Biz bütün bu nailiyyətlərə "Əsrin kontraktı"nın nəticəsində çata bilmişik. Bu gün isə XXI əsrin kontraktı - "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir. Azərbaycan bu nəhəng, meqalayihənin icrasında liderlik rolunu oynayır. Bu liderlik rolumuz artıq üçüncü dəfə Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının qətnaməsində də öz əksini tapmışdır. Bu layihədə iştirak edən bütün ölkələr, eyni zamanda, Avropa İttifaqının, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın nümayəndəlikləri qəbul edilmiş qətnamədə ölkəmizin liderlik rolunu bir daha göstərirlər, bunu təsdiq edirlər. Bu, böyük şərəfdir və böyük məsuliyyətdir. Azərbaycan nəinki ölkə daxilində enerji məsələlərinin həllində nümunə göstərir, biz regional və qlobal əməkdaşlıq baxımından da bu gün xüsusi rol oynayırıq. Bu gün icra olunan Cənub Qaz Dəhlizi Avropada ən böyük infrastruktur layihəsidir, 40 milyard dollar səviyyəsində sərmayə qoyuluşu nəzərdə tutulur. Bütün işlər qrafik üzrə gedir. Əminəm ki, gələn il biz bu layihənin ən önəmli hissəsi olan "Şahdəniz-2" və TANAP layihələrinin icrasına nail olacağıq. Ümid edirəm ki, layihənin qalan bütün seqmentləri də vaxtında icra ediləcək". Prezident bildirib ki, "Şahdəniz-2" bu gün dünyanın ən böyük qaz layihələrindən biridir: "Artıq neçə ildir ki, "Şahdəniz" qazı dünya və region bazarlarına çıxarılır. Bu gün isə biz artıq Cənub Qaz Dəhlizinin icrasına çox yaxınlaşmışıq. Bu layihə Azərbaycanı bizim üçün əsas olan xarici bazarlarla, Avropa bazarları ilə birləşdirəcək. Bundan sonra onilliklər ərzində Azərbaycan Cənub Qaz Dəhlizinin icrasından iqtisadi maraqları təmin edəcəkdir.

Dövlət başçısının Bakı Ali Neft Məktəbinin şəhərciyinin açılışında neft sektoru, xüsusilə Azəri-Çıraq-Günəşli yatağı ilə bağlı söylədiyi fikirlərə toxunan neft və qaz məsələləri üzrə ekspert İlham Şaban da deyib ki, xarici şirkətlər böyük bonuslar vermək hesabına 1994-cü ildə imzalanmış müqavilənin uzadılmasında maraqlı olardılar. Ancaq ekspert hesab edir ki, belə bir yanaşma Azərbaycanın maraqlarına indiki şəraitdə heç də məqbul deyil: "Ən azından ona görə ki, 20 il əvvəlki Azərbaycanla, indiki Azərbaycanın siyasi, iqtisadi durumu arasında böyük fərq var. Ona görə də SOCAR yeni PSA müqaviləsinin bağlanması təklifi ilə çıxış edib. Bununla bağlı 2016-cı il 23 dekabr tarixində BP və tərəfdaşları arasında Memorandum imzalanıb. Həmin memorandum Azəri-Çıraq-Günəşli yatağının

2050-ci ilədək işlənməsini nəzərdə tutur. Memorandum imzalanandan sonra tərəflər imzalanan Sazişin kommersiya şərtlərini işləməyə başlayıblar". İqtisadçı deyib ki, kommersiya baxımından Xəzərin dərin hissəsindən karbohidrogenlərin hasilatında xarici şirkətlərlə əməkdaşlıq Azərbaycan hökuməti üçün faydalı bir biznesdir: "Özü də bu təkcə biznes fəaliyyəti ilə məhdudlaşmır. İkincisi, nəzərə almaq lazımdır ki, ACG-dən indiyə qədər 423,5 mln ton neft hasil edilib. Onun çıxarıla biləcək ehtiyatları 1 milyard ton olsa da, artıq 2010-cu ildən sonra hasilat texniki quyulardan intensiv istifadə hesabına həyata keçirilir. Bu gün 100 hasilat quyusuna 50 texniki quyu düşür və getdikcə onların sayı artacaq. Ona görə ki, yataqlar adi dildə desək "yaşlaşma perioduna" qədəm qoyurlar və laylardakı təzyiqi saxlamaq üçün daha çox geoloji tədbirlərin keçirilməsinə (qaz və su vurulması, quyuların təmiri, yan lüləli quyuların qazılması və sair) ehtiyac yaranır. Bunlar isə xərclərin artması deməkdir. Belə olan halda bir var bütün xərcləri özün çəkəsən, bir də var onu partnyorlarla bölüşəsən. Daha effektli isə onda olur ki, partnyorların əlində həmçinin mütərəqqi texnologiyalar olur və çəkilən hər bir dolların qarşılıqlığında daha çox əlavə qazanc etmək imkanı əldə edilir. Məhz bu səbəbdən də Azərbaycan hökumətinin marağındadır ki, ACG üzrə bağlanılmış PSA layihəsinə növbti dəfə canlanma verilsin". Bəs onda Xarici Şirkətlərin marağı nədir? İlham Şaban deyir ki, birinci müqavilə dövründə Azərbaycan zəif bir ölkə idi və xarici şirkətlər öz şərtlərini müəyyən qədər diqtə edə bildilər: "ilk onillikdə ürəkləri istəyən şəkildə faydalandılar və mənfəətin də 70 faizə qədərini götürmək imkanı vardı. Bəs indi 20 faiz mənfəətə necə qane olacaqlar, həm də qarşılarında artıq tam başqa bir Azərbaycandır. Əgər müqavilə imzalanarsa, bu, şirkətlərin hər birinin səhmlərinə müsbət təsir edən amil olacaq. Bunda hər bir şirkət marağını gizlətmir. Şirkətlər üçün stabil bazarlarda işləmək səhmdarlar üçün yaxşı dividentlər deməkdir"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31