İqtisadiyyat

Nəqdsiz hesablaşmalara keçid alqışlanmalıdır

26 Aprel 2017 14:14

Maliyyə Bazarlarına Nəzarət Palatısının sədri Rüfət Aslanlının bu günlərdə QHT-lərin aldığı qrantların xərclənməsinin bank vasitəsilə həyata keçirməsilə barədə verdiyi qərar vətəndaş cəmiyyətində haqlı narazılıq yaradıb.

Nazir: "Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir"

26 Aprel 2017 13:16

Azərbaycan dünyada mühüm tranzit daşımalarda əsas tərəfdaşlardan biri kimi qəbul edilir. Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat "Road & Traffic 2017" beynəlxalq sərgisinin açılışında deyib.

Daha bir dövlət xidməti ləğv edildi

26 Aprel 2017 12:41

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti ləğv edilib. Vergilər Nazirliyindən verilən xəbərə görə, ləğvetmə Prezidentin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən həyata keçirilib.

Qaytarılan ƏDV-nin statistikası açıqlandı

25 Aprel 2017 15:26

Ticarət festivalının başlanmasından ötən iki həftə ərzində, yəni 2017-ci il aprel ayının 10-23 tarixlərində ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

"Exchange"lər bərpa edilir - Bəzi neqativlər yox olacaq

25 Aprel 2017 13:23

Valyutadəyişmə məntəqələrinin yenidən fəaliyyəti imkan verəcək ki, insanlar asan, sərbəst şəkildə - şənbə, bazar, bayram günlərinə baxmadan gedib pullarını dəyişə bilsinlər. Bu baxımdan, əslində, bir il öncə ləğvinə ehtiyac olmayan məntəqələrin daha tez fəaliyyətə başlamasına ehtiyac var idi.

"Hotellər öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər"

25 Aprel 2017 11:44

Azərbaycanda 4, 5 ulduzlu hotellər könüllü olaraq, öz mərtəbələrini ayrı-ayrılıqda qadınlar və kişilər üçün bölə bilərlər. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiriMahir Qəhrəmanov "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.

Azərbaycanın ixrac missiyası Qazaxıstanın Almata şəhərindədir

24 Aprel 2017 18:51

İxrac missiyaysına ölkəmizdə meyvə-tərəvəz məhsulları, meyvə şirələri, təbii mineral sular, şərab və spirtli içkilər, tikinti materialları, maşınqayırma sənayesi və səhiyyə sahəsində fəaliyyət göstərən 19 şirkətin nümayəndəsi daxildir.

İqtisadiyyat Nazirliyində müşavirə keçirilib

24 Aprel 2017 18:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Azərbaycan ABŞ-da keçiriləcək neft və qaz sərgisində təmsil olunacaq

24 Aprel 2017 17:56

Energetika naziri Natiq Əliyev Amerika Birləşmiş Ştatlarına səfər edəcək.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən 1-4 may 2017-ci il tarixində ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçiriləcək neft və qaz sənayesi üzrə ən böyük sərgi və konfrans sayılan “Dənizdə Texnologiyalar Konfransı” nda Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.

Səudiyyə Ərəbistanının energetika naziri Azərbaycana gəlir

24 Aprel 2017 16:34

Energetika naziri Natiq ƏliyevSəudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Messad İbrahim Əl-Sulaimi qəbul edib. Nazirlikdən verilən məlumata görə, SOCAR nümayəndələrinin də iştirakı ilə baş tutan görüşdə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid Əl Falihinin aprelin 25-27-də Azərbaycana səfəri ilə bağlı müzakirələr aparılıb.

Manatın dollar üzərində dəyərinin yüksəlməsi nə ilə bağlıdır?

24 Aprel 2017 13:33

Manatın Birləşmiş Ştatlar dolları üzərində möhkəmliyinin qorunması və artıq bir aydan çoxdur ki, milli valyutanın dəyərinin yüksəlməsi bəzi maraqlı fikirlərin gündəmə gəlməsinə səbəb olub. Bəziləri bunun müvəqqəti xarakter daşıdığını iddia edir, bir çoxları isə planlı şəkildə manatın məzənnəsinin dollardan üstün tutulduğu ehtimalını irəli sürür. Və o da iddia edilir ki, manatın bir müddət sonra yenidən ucuzlaşacağı gözləniləndir.

Azərbaycanda çörək istehsalında ciddi azalma - Əhali daha az yeməyə başlayıb?

24 Aprel 2017 12:08

Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə çörək istehsalında ciddi geriləmə qeydə alıb. Komitənin açıqladığı statistikaya görə bu ilin birinci rübündə Azərbaycanda 13 min 755 ton çörək və çörək-bulka məmulatı istehsal olunub. Bir il əvvəlki dövrlə müqayisədə istehsal 2 min 192 ton - 13,8 faiz geriləyib. Dövlət Statistika Komitəsinin məlumatında o da deyilir ki, bu göstəricilərə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti daxil deyil.

Dövlət istehsal olunan məhsulların ixracını daha səmərəli təşkil ermək üçün konkret addımlar atır

21 Aprel 2017 15:08

Azərbaycanın yeni iqtisadi tələblər və günümüzün reallıqlarına uyğun qeyri-neft sektorunu inkişaf etdirməkdə maraqlı olması və bu sahəni prioritet hesab etməsi dövlət başçısının bir neçə gün əvvəl Yevlax rayonunda qeyri-neft ixracatçıları ilə keçirdiyi müşavirədən də bir daha aydın oldu.

Korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib

20 Aprel 2017 18:43

Aprelin 20-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı "Daxili nəzarət. Risklərin idarəolunması. Məsuliyyət" mövzusunda təlim keçirilib.

Mal-qara, televizor, kompüter girov qoyaraq kredit götürmək mümkün olacaq

20 Aprel 2017 18:12

Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırıla bilər. Bu, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsində əksini tapıb.