İqtisadiyyat
Tovuzda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu aprelin 20-də Tovuz rayonunun Düz Qırıqlı kəndində keçirib. Forumda 90-a yaxın sahibkar iştirak edib.
Göyçay və Lənkəranda treninqlər keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən ölkə regionlarında gənclərin və sahibkarların maarifləndirilməsi üçün treninqlər davam etdirilir. Aprelin 19-da Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin və “Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Göyçayda “Aznar” müəssisəsində gənclər üçün, aprelin 20-də isə Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində sahibkarlar üçün treninqlər keçirilib.
Azərbaycanda bankların sayı 20-dək azaldılacaq
Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var. Bəs, vəziyyətin bu cür davam etməsi nə ilə nəticələnə bilər? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq: “Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.
Azərbaycan brendi keyfiyyəti ilə seçiləcək
Azərbaycanın yeni iqtisadi modelinin hədəfi iqtisadi islahatlar, innovasiya və texnologiyalara əsaslanan iqtisadi inkişafdır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Azərbaycanın investisiya imkanları BƏƏ iş adamlarına təqdim edilib
İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər çərçivəsində "DP World Group" şirkətinin rəhbərliyi ilə görüşüb.
Xarici hesablarda valyutanı kimlər gizlədib?
İxrac edilən malların satışından əldə edilən gəlirləri xarici banklarda yatıraraq ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb olunacaqlar. “Olaylar”a daxil olan məlumata görə, artıq bu istiqamətdə araşdırmalara başlanılıb. Məlumata əsasən, artıq sözügedən qanunsuzluğa yol verən şəxslərin adları bəllidir və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
İxrac imkanlı məhsulların istehsalı genişlənib
Prezident İlham Əliyevin sədrliyi İlə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsində qeyd olundu ki, hökumətin fəaliyyətinin əsas istiqamətini daxili tələbatı yerli istehsal hesabına ödəmək və ixrac potensialını artırmaq təşkil edir. “Növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir.
Ölkəyə ən çox valyuta gətirən sahələrin inkişafına diqqət artırılır
Azərbaycanda bir sıra məhsul istehsalı ənənəsi var ki, həmin məhsulların idxalının ölkəyə valyuta gətirmə inkanı kifayət qədər genişdir. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən iqtisadi nizamsızlıq həmin ənənələrin arxa plana keçirilməsinı səbəb olub. Hazırda ölkədə həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət isə mövcud ənənnələrin yenidən dirçəldilməsi zərurəti yaradır.
Azərbaycan 7 ixrac missiyası həyata keçirib
Azərbaycan brendinin dünyada tanınması vacib məsələlərdən biridir. Bu sözləri millət vəkili Tahir Mirkişili deyib. Onun sözlərinə görə, brendin tanıdılması və inkişaf etdirilməsi çox mürəkkəb və xeyli vaxt tələb edən bir prosesdir: "Belə ki, alıcıların brendin xeyrinə qərar verməsində onların brendə inamı mühüm yer tutur.
Rusiyanın ən zəngin azərbaycanlı biznesmenləri 5 mlrd. dollar qazanıb, 300 mln. dollar itirib
"Forbes Russia" ən zəngin rusiyalı iş adamlarının reytinqini açıqlayıb. Adıçəkilən nəşrə istinadən xəbər verir ki, 2016-cı il ərzində 200 rusiyalı biznesmenin sərvəti 100 mlrd. dollar artaraq 460 mlrd. dollara çatıb.
"Müşavirə qeyri-neft sekoruna diqqətin nümunəsidir"
Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkənin qeyri-neft sektoruna göstərilən diqqətin nümunəsidir. Bu barədə millət vəkili Bəxtiyar Sadıqov deyib.
Vergi sistemində islahatlar müzakirə olunub
Azərbaycan Respublikasının vergilər nazirinin müavini İlkin Vəliyevin iştirakı ilə Caspian European Club və Caspian American Club tərəfindən bu gün (19 aprel) Bakıda təşkil olunmuş biznes-forumda vergi islahatların əsas məsələləri müzakirə olunub.
Bəhruz Quliyev: “Qeyri-neft sektorunda inqilabi dəyişikliklərə start verilib"
“Prezidenti İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində irəli sürdüyü fikirlərdən ilk olaraq belə bir nəticəyə gəlmək mümkündür ki, ölkə başçımız Azərbaycanın qeyri-neft sektorunun daha da şaxələndirilməsi istiqamətində inqilabi dəyişikliklər, yeniliklər etmək qətiyyətini ortaya qoyub”. Bu fikirləri siyasi ekspert Bəhruz Quliyev sözügedən müşavirədə Prezident İlham Əliyevin irəli sürdüyü tezisləri şərh edərkən deyib.
Şəkidə gənclər üçün treninq keçirilib
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhər 1 saylı Peşə Məktəbində gənclər üçün treninq keçirilib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, "Biznes ideyanı yarat", "Biznes planların hazırlanması" və "Marketinq" mövzularında keçirilən treninqdə gənclərə biznes-ideyanın yaradılması və həyata keçirilməsi, biznes planın tərtib olunması, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə və s. barədə ətraflı məlumat verilib.
Daxili tələbatı ödəmək, ixrac üçün əlavə imkanlar yaratmaq
Hazırda sahibkarlar qarşısında duran əsas vəzifələrdən biri yerli istehslı artırmaqla daxili tələbatı ödəmək və ixrac üçün əlavə imkanların yaratmaqdan ibarətdir. İnsafən qeyd edilməlidir ki, bunun üçün ölkəmizin kifayət qədər potensialı və iqtisadi rıçaqları mövcuddur.














