İqtisadiyyat
Niyə özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik?
Hazırda bütün dünya ölkələri ərzaq təhlükəsizliyi məsələsini prioritet hesab edir. Məsələ orasındadır ki, dünyada baş verən iqtisadi böhran, yaşanan miqrasiya problemləri dövlətlərin iqtisadi potensialına ciddi zərbə vurub. Məhz bu səbədən vaxtilə iqtisadi baxımdan geridə qalmış ölkələrə humanitar yardım edən dövlətlərin özləri indi ərzaq təhlükəsizliyi ilə üzləşiblər.
Pambıqçılığın inkişaf perspektivləri
Azərbaycandakeçənildənbaşlayaraqpambıqçılığın inkişaf etdirilməsinə xüsusi diqqət ayrılıb. Ötən müddət ərzində əlverişli iqlimi və torpağı olan rayonlarda pambıq əkinlərini genişləndirmək üçün intensiv işlər görülüb. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin Saatlı rayonuna səfəri çərçivəsində pambıqçılığın inkişafına dair müşavirə keçirməsi də dövətin bu sahəyə nə qədər ciddi diqqət ayırmış olduğunu ortaya qoydu.
“Banklar haqqında” Qanuna edilmiş dəyişiklik ziddiyət yaradıb
Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət göstərdiyi bir ildən atıq müddətdə demək olar ki, ona göstərilən etimadı doğrulda, maliyyə bazarı sahəsində hər hansı uğurlu addımlar ata bilmədi. Əksinə Palatanın atmış olduğu hər bir addım, qəbul etdiyi qərar əks effekt doğurdu, etirazla qarşılandı. Elə bir neçə gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifi ilə Mülki Məcəlləyə edilmiş dəyişikliklər də bunlardan biri hesab edilə bilər. Palatanın təklifi ilə “Banklar haqqında” Qanuna edilmiş dəyişiklik də maliyyə sektorunda heç də müsbət qarşılanmayıb. Birmənalı olaraq vurğulanır ki, Palatanın təklifi ilə edilən dəyişikliklərin mahiyyəti başadüşülən deyil və bu birbaşa bankların ziyanına işləyən bir addımdır.
Sui-istifadə hallarına son qoyulur
Azərbaycanda sahibkarlığın inkişafına dövlət qayğısı daima müşahidə olunmaqdadır. Maddi-texniki dəstəkdən tutmuş güzəştli kreditlərin verilməsinə qədər bütün mümkün imkanlardan istuifadə edilir ki, ölkədə sahibkarlığın inkişafı təmin olunsun. Hətta sahibkarlığın inkişafı məqsədilə bu sahəni tənzimləyin normativ aktlarda da sahibkarların mənafeyini qorumağa hesablanmış dəyişikliklər həyata keçirilir, yeni qanunlar qəbul edilir.
Azərbaycanın yeni iqtisadi modelində hədəf istiqamətlər
Artıq bir neçə ildir ki, Azərbaycan yeni iqtisadi modelə qədəm qoyub desək yanılmarıq. Dünyanın yeni iqtisadi mənzərəsinə, mövcud reallıqlar və günün tələblərinə uyğun qurulan bu iqtisadi model ilk növbədə ölkə iqtisadiyyatının daha da dirçəldilməsi, iqtisadi artımın əldə olunmasına hesablanıb.
Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir
Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə iqtisadiyyatının inkişafı ilə bağlı proqram xarakterli tövsiyyələr verib. Ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayıran dövlər başçısı turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi siyasətinin yürüdülməsi iqtisadi prioritetlər kimi müəyyən edib. Dövlət başçısı xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparılmalı olduğunu, burada dövlət orqanları ilə yanaşı, yerli icra orqanlarının da çalışmasının zəruriliyi barədə müvafiq tapşırıqlar verib.
Yeni fındıq və badam bağları salınıb, təsərrüfat inkişaf etdirilir"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 aprel 2017-ci il tarixində Yevlax şəhərində bir sıra iqtisadi məsələlərə dair keçirdiyi müşavirə böyük önəm daşıyır. Bu sözləri millət vəkili Eldəniz Səlimov deyib.
"Kənd təsərrüfatı məhsullarının tədarükü üçün məntəqələr yaradılmalıdır"
“Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı Azərbaycan prezidenti tərəfindən 11 istiqamət üzrə Strateji Yol Xəritəsini təsdiq edilib. Strateji Yol Xəritəsi neftdən kənar sənaye, xidmət və iqtisadi fəaliyyət sahələrinin inkişafı ilə əlaqədardır. Təbii ki, biz neftdən asılılığımızı minimuma endirmək üçün qeyri- neft sektorunu inkişaf etdirməliyik. Azərbaycan prezidentinin də uğurlu siyasəti bütünlükdə ayrı-ayrı sənaye sahələrinin canlanmasına, nəticə etibarilə isə bu sektorun inkişafı hesabına idxalı əvəzə edən və ixracyönümlü məhsul istehsalının artmasına təminat yaratmış olacaq”. Bunu AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad elmlər doktoru, professor Tərbiz Əliyev deyib.
"İstehsal sektorlarının inkişafı dövlətin əsas prioritetlərindəndir"
Bu gün Azərbaycanda kənd təsərrüfatı sahələrinin, istehsal sektorlarının inkişaf etdirilməsi dövlətin əsas prioritetlərindəndir. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, qeyri-neft sektoruna yatırılan sərmayələr Azərbaycanın perspektiv inkişafı üçün karbohidrogen gəlirlərindən asılı olmayan tərəqqi platforması formalaşdırır. "Eyni zamanda, qeyri-neft sektorunda canlanmanın yaradılması, istehsal sahələrinin işə düşməsi zəncirvari reaksiya verərək, həm yerli istehsalı genişləndirəcək, həm çoxsaylı yeni iş yerləri yaradılacaq, həm insanların maddi rifah halı, gəlirləri artacaq, həm də geniş ixracat sistemi əsasında ölkəmizə əlavə valyuta daxil olacaq”.
İqtisadiyyat naziri Dubaya səfər edəcək
İqtisadiyyat naziri, Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
"Bir ildən sonra kənd təsərrüfatı ilə bağlı nəticələri görə biləcəyik"
"Azərbaycan Prezidenti İlham Əliyevin Yevlaxda keçirilən müşavirədə söylədiyi fikirlərin hər biri bir daha sübut etdi ki, ölkəmizdə qeyri-neft inkişafı dövlət başçısının diqqət mərkəzindədir”. Bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyib.
Azərbaycanda ətin bahalaşma səbəbi açıqlandı: 13 min mal-qara, 42.5 min qoyun...
Azərbaycan Dövlət Statistika Komitəsi son illərdə ilk dəfə ölkədə heyvandarlıq sahəsində tənəzzülün yaşandığını təsdiqləyən rəqəmlər açıqlayıb. Komitənin təqdim etdiyi rəqəmlərə görə bu ilin 3 ayında əvvəlki ilin eyni dövrünə nisbətən iribuynuzlu mal-qara 12.8 min baş, qoyun və keçilər isə 42.5 min baş azalıb. Ekspertlər isə azalmanın daha çox olduğunu deyirlər.
"İslahatlar qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək"
"Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının bilavasitə inkişafı üçün mühüm məsələlərə toxundu və qarşıda duran hədəfləri müəyyən etdi". Bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.
Maliyyə Sabitliyi Şurası: Valyuta bazarındakı sabitləşmə manata adekvat təsir göstərib
Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 14 aprel tarixində baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş iclası keçirilib.
Azərbaycanın iqtisadiyyatının bütün sahələrində inkişaf templəri daha da artacaq
İstər xari ilin birinci rübünün sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin iclasında açıqlanan statistik rəqəmlər, istərsə də dövlət başçısının sədrliyi ilə bu günlərdə Yevlaxda keçirilən respublika müşavirəsində açıqlanan iqtisadi göstəricilər onu deməyə əsas verir ki, cari il də Azərbaycan iqtisadiyyatı üçün uğurlu olacaq. Çünki ölkə iqtisadiyyatı düzgün istiqamətdə qurulub. Elə millət vəkili Kamran Nəbizadə də bu qənaətdədir. O, bildirib ki, Azərbaycanda 2015-2016-cı illərdə bütün sahələrdə başlayan dərin islahatlar dünyada baş verən böhran xarakterli proseslərə cavab idi. Onun sözlərinə görə, artıq qısa müddətdə bu islahatların nə qədər səmərəli olduğunun şahidi olduq: “Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında qeyd olunan iqtisadiyyat sahəsində cari nəticələr və bu sahədə gələcək prioritetlərə nəzər yetirmək çox vacibdir.














