İqtisadiyyat
Azərbaycanın meyvə-tərəvəz istehsalçıları üçün əlverişli bazarlar yaranır
Ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində ardıcıl addımlar atılır, sistemli tədbirlər görülür. Bu sahənin dövlətin xüsusi diqqət mərkəzində olması Prezident İlham Əliyevin son vaxtlar regionlarda keçirdiyi bir neçə regional müşavirələrlə də təsdiqini tapır.
Deputat: "Azərbaycan ixracyönümlü məhsulların istehsalına çox böyük diqqət yetirir"
Azərbaycan iqtisadiyyatında ixracyönümlü məhsulların istehsalına çox böyük diqqət yetirilir. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, bu məsələ dövlətin, ilk növbədə, Prezident İlham Əliyevin diqqətindədir: "Bu gün Prezidentin iştirakı ilə qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində bu qəbildən olan bütün məsələlər kompleks şəkildə nəzərdən keçirildi. Dövlət başçısı və iştirakçıların bir qrupunun çıxışları göstərdi ki, Azərbaycan bu istiqamətdə düzgün yol götürüb. Artıq "Made in Azerbaijan" brendi xaricdə tanınmağa başlayıb, Azərbaycanın həm sənaye, həm də kənd təsərrüfatı məhsullarına xaricdə böyük maraq var".
Dolların məzənnəsində dəyişiklik ola bilər
Dolların məzənnəsinin dəyişməsi müşahidə edilir. Bunu deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi bankın depozit hərracları manat bazasını qısamüddətli olsa belə azaldır və bu da dövriyyədə pul kütləsinin həcminə təsir göstərir: “Yalnız son 3 ayda manat bazası 600 milyon manata yaxın azalıb və nağdlaşdırmada olan qadağaları da nəzərə alsaq, o zaman dövriyyədəki milli pul əskinaslarının payı xeyli aşağı düşüb.
Bələdiyyə turizminin inkişafı və perspektivləri
Yerli özünü idarəetmə orqanlarının çəkdikləri maliyyə sıxıntılarının kökündə bələdiyyələrin davamlı maliyyəsinin və iqtisadi əsaslarının tam formalaşmadığı səbəbi durmaqdadır. Təəssüf ki, hələ də əksər bələdiyyələrin büdcə gəlirləri torpaq alqı-satqısı və vergilər əsasında formalaşır və yaxud bir çox bələdiyyə nümayəndələri tərəfindən bələdiyyə orqanlarının inkişafının yalnız torpaq alqı-satqısı əsasında mümkün olacağı düşünülür. Halbuki iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edən yerli özünü idarəetmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramları və layihələrin həyata keçirilməsi kimi geniş resurs və imkanlara malikdirlər.
Maliyyə Monitorinqi Xidməti bir nəfərin adını "terrorçuların siyahı"sından çıxarıb
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMTTəhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin aprelin 8-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.
Deputat: “Aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir”
“Son illər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Ölkə başçısının tapşırığı ilə 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icrası Azərbaycanda müasir infrastruktur formalaşdırıb, özəl sektorun inkişafı üçün optimal şərait yaradıb”. Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.
“Atlet-24” gəmisinin təmiri yekunlaşır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisinin “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmiri yekunlaşır. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklər, nasoslar, seperatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub.
Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb
Heydər Əliyev adına Neft Emalı Zavodunda “Azfen” şirkəti ilə yeni bitum istehsalı qurğusunda tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə dair müqavilənin rəsmi imzalanma mərasimi keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, mərasimdə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, emal üzrə vitse-prezidenti Davud Məmmədov, H.Əliyev adına NEZ-in direktoru Elman İsmayilov, “Azfen” şirkətinin baş direktoru Həmid Həsənov, eləcə də hər iki qurumun rəhbər nümayəndələri iştirak ediblər. Sonda Yeni bitum qurğusunun tikintisi ilə əlaqədar müqavilə imzalanıb.
Azərbaycan və Özbəkistan turizm assosiasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb
Özbəkistanda keçirilən “İstirahət dünyası” V Daşkənd Beynəlxalq Turizm Sərgisi başa çatıb. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin (MTN) tapşırığı ilə sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib. Tədbir çərçivəsində Azərbaycan və Özbəkistanın turizm assosiasiyaları arasında əlaqələrin inkişafına dair əməkdaşlıq memorandumu imzalanıb. Ölkəmiz tərəfdən memorandumu Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Özbəkistan tərəfdən bu ölkənin Turizm Assosiasiyasının rəhbəri Nəbican Kasimov imzalayıblar.
Süni qiymət artımının qarşısını almaq niyə mümkün olmur?
Ölkədə həyata keçirilən anti-inhisar tədbirlərinə baxmayaraq süni qiymət artımının qarşısını almaq mümkün olmayıb. Müvafiq üuürmlar tərəfindən aparılan monitorinqlər deməyə əsas verir ki, baş verən qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Nəticə ondan ibarətdir ki, ölkədə qiymət artımı süni şəkildə baş verir. Məhz bu səbəbdən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev vurğulayıb ki, süni qiymət artımına yol verilməməlidir.
Prezidentin köməkçisi: “Şirkətlərin saytları qeyri-işləkdir”
Yevlaxda keçirilən “Qeyri-neft ixracatçılarının respublika müşavirəsi”ndə bəzi sahibkarlar qablaşdırma sahəsindəki problemlərə toxunub. İş adamlarının əksəriyyəti şüşə məmulatlarının idxaldan asılılığına diqqət çəkib.
Nazir: “121 min hektar sahənin təyinatının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışıq”
"Azərtoxum" ASC ölkədə toxumçuluğun təchizatında çox mühüm rol oynayan şirkətdir. Bizim maddi-texniki bazamız imkan verir ki, 30 min hektar ərazidə səpin işləri aparaq". Bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə şirkətin ictaçı direktoru Məzahir Qasımov deyib.
Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib
“Azərbaycanın iqtisadi potensialının böyük hissəsi aqrar sektorda cəmləşib”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səsləndirib.
Qanun pozuntusuna yol verən qurumlar niyə sərt cəzalandırılmır?
Hesablama Palatasının parlamentə təqdim etdiyi son hesabatı məzmun baxımından bir sıra yeniliklərlə müşahidə olunsa da bəzi qurumlarda eyni nöqsanın illərlə davam etməsi də açıq şəkildə sezilirdi. Belə ki, sənəddə göstərilən bəzi qurumların nöqsanları illərlədir ki, hesabata salınsa onların aradan qaldırılması müşkül məsələyə çevrilib. Millət vəkilləri belə vəziyyətin illərlə davam etməsinə səbəb kimi HP tərəfindən görülən tədbirlərin kifayət qədər sərt olmamasını göstəriblər.
Maliyyə əməliyyatı ilə bağlı qərar hüquqi şəxslərin fəaliyyətində problem yaradıb?
Maliyə Bazarına Nəzarət Palatasının (MBNP) təşəbbüsü ilə bank hesabı olan istənilən qurumun maliyyə əməliyyatını ancaq bank köçürmə yolu ilə həyata keçirmə qərarı ciddi etiraza səbəb olub. Yalnız köçürmə yolu ilə fəaliyyət göstərmək hüquqi şəxsləri, xüsusın qeyri-hökumət təşkilatlarını razı salmayıb. Məsələnin ciddiliyi o həddə çatıb ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası prosesə müdaxilə etmək məcburiyyətində qalıb.














