Maliyyə əməliyyatı ilə bağlı qərar hüquqi şəxslərin fəaliyyətində problem yaradıb?
Maliyə Bazarına Nəzarət Palatasının (MBNP) təşəbbüsü ilə bank hesabı olan istənilən qurumun maliyyə əməliyyatını ancaq bank köçürmə yolu ilə həyata keçirmə qərarı ciddi etiraza səbəb olub. Yalnız köçürmə yolu ilə fəaliyyət göstərmək hüquqi şəxsləri, xüsusın qeyri-hökumət təşkilatlarını razı salmayıb. Məsələnin ciddiliyi o həddə çatıb ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası prosesə müdaxilə etmək məcburiyyətində qalıb.
17 Aprel 2017 14:57 İqtisadiyyatYalnız köçürmə yolu ilə fəaliyyət göstərmək QHT sektoruna da təsirsiz ötüşməyib
Maliyə Bazarına Nəzarət Palatasının (MBNP) təşəbbüsü ilə bank hesabı olan istənilən qurumun maliyyə əməliyyatını ancaq bank köçürmə yolu ilə həyata keçirmə qərarı ciddi etiraza səbəb olub. Yalnız köçürmə yolu ilə fəaliyyət göstərmək hüquqi şəxsləri, xüsusın qeyri-hökumət təşkilatlarını razı salmayıb. Məsələnin ciddiliyi o həddə çatıb ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası prosesə müdaxilə etmək məcburiyyətində qalıb.
Millət vəkili, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev MBNP-nin normativ hüquqi aktlara dəyişikliyinin ciddi narazıçılığa yol açdığını dilə gətirib. AHİK sədri bildirib ki, MBNP-nin bank əməliyyatları ilə bağlı qaydaları dəyişməsindən sonra vətəndaşların onlara maddi yardımla bağlı etdiyi müraciətlər ciddi problemlərə yol açır. S. Mehbalıyev bildirib ki, onlara müraciət edən müharibə veteranına və ya uzaq rayondan onlara xəstəsindən, yaxud özünün müalicəsindən ötəri maddi yardım üçün etdiyi müraciətə vaxtında müsbət cavab verə bilmirlər. Buna səbəb isə MBNP-nın bütün maliyyə əməliyyatlarının ancaq bankdan köçürmə yolu ilə həyata keçirilməsidir. S. Mehbalıyev deyib ki, ciddi problem əsasən müraciət edən şəxsin çox vaxt bank hesabının olmaması, həmən hesabın Həmkarlar İttifaqında olmaması ilə bağlıdır.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib ki, Maliyyə Bazarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərarın QHT sektorunda yaratdığı ciddi narahatlıqdan xəbərdarıq və bununla bağlı artıq QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertlərinə vəziyyətlə bağlı arayış hazırlamasını tapşırılıb.Onun sözlərinə görə, vəziyyət araşdırıldıqdan sonra məsələ ilə bağlı konkret mövqe bildiriləcək: "Hesab edirəm ki, əgər belə bir məhdudiyyət yaradılıbsa, bu, mütləq aradan qaldırılmalıdır. Ümumiyyətlə, bu gün bizim fəaliyyətimizə adekvat olmayan çərçivənin yaradılması bütövlükdə sektorun işinə çox ciddi problem yaradacaq. Ona görə də düşünürəm ki, məsələyə yenidən baxmalıyıq. Ancaq yenə deyirəm, məsələnin detallarını öyrənməliyik". A.Quliyev bildirib ki, nağdsız əməliyyatların aparılması ilə bağlı minimum həddin aradan qaldırılması heç vaxt qəbul edilə bilməz və bu, onların fəaliyyətinə ciddi təsir göstərəcək. Odur ki, adekvat olmayan məhdudiyyət aradan qaldırlmalıdır. Şura sədri əlavə edib ki, heç dünyada da belə bir praktika mövcud deyil: "3-5 manatlıq maliyyə əməliyyatı bank vasitəsi ilə həyata keçirilsin. Biz bununla bank vasitəsi ilə nağdsız əməliyyatların keçirilməsinə qarşı çıxmırıq. Biz sadəcə, kiçik həcmli nağdsız bank əməliyatlarının aparılmasını düzgün hesab etmirik. Təbii ki, maliyyə şəffaflığının təmin edilməsi üşün iri həcmli maliyyə vəsaitlərinin bank vasitəsi ilə həyata keçirilməsi vacidbdir və bunu dəstəkləyirik. Ancaq kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız həyata keçrilməsi məsələsinə yenidən baxılmalıdır və burada müəyyən bir ortaq mövqeyə gəlinməlidir". MBNP-nin bu qərarı siyasi partiyalar tərəfindənd cidd etirazla qarşılanıb. Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli MBNP-nin bütün maliyyə əmliyatlarının bank vasitəsi ilə həyata keçirilməsini günün reallığından uzaq hərəkət adlandırıb. Onun sözlərinə görə, ən adi xırda maliyyə əməliyyatı ümün bank hesabının açılamsı tələb olunur: "Bu isə Azərbaycanın bu günkü reallağına uyğun deyil və belə bir qaydaya birdən-birə keçmək yanlışdlıqdır. Çünki bu ciddi brokratik nəgəlliklərlə yanaşı, vaxt itkisinə səbəb olur. Ona görə də burada xirda əməliyyatların nağd qayada aparılması üçün müəyyən limitin tətəbqi işin xeyrinə olardı".
Zəka