Azərbaycanda bankların sayı 20-dək azaldılacaq

Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var. Bəs, vəziyyətin bu cür davam etməsi nə ilə nəticələnə bilər? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq: “Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.

Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var. Bəs, vəziyyətin bu cür davam etməsi nə ilə nəticələnə bilər? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq: "Təbii ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər qalmaqdadır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur. Amma, sığortalanmayan əmanətlərin verilməsi və eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31