İqtisadiyyat

İqtisadiyyat naziri Ukraynanın Azərbaycandakı səfiri ilə müzakirələr aparıb

8 İyun 2017 11:45

İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyi qeyd edilib.

Azərbaycanın 3-cü xarici ölkədə ticarət nümayəndəsi təyin olunub

8 İyun 2017 11:44

Elnur Əliyev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi təyin edilib. Bu, Azərbaycanın ticarət nümayəndəsi təyin olunduğu 3-cü xarici ölkədir. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Fərmanı ilə verilmiş tapşırıqların icrası olaraq, Rusiya Federasiyasında və Çin Xalq Respublikasında Azərbaycanın ticarət nümayəndəsi təyin edilib.

Bərdə və Masallıda sahibkarlar üçün treninq keçirilib

7 İyun 2017 16:06

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə iyunun 6-da Bərdədə, iyunun 7-də isə Masallıda sahibkarlar üçün treninqlər keçirilib.İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, "Made in Azerbaijan" brendinin yaradılması və inkişafı", "İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" mövzularını əhatə edən treninqərdə istehsal sahələrində biznesin səmərəli təşkili, brendləşmənin xüsusiyyətləri, investisiya təşviqi sənədinin alınması üçün biznes planın tərtibinə dair metodiki tövsiyələr, təsdiqedici sənədin verilməsi qaydaları və s. barədə geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Ttreninqlərdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, həmçinin sahibkarların şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

May ayında SOCAR istiqrazları ilə 3,82 milyon dollarlıq əməliyyat aparılıb

7 İyun 2017 15:55

Cari ilin may ayında təkrar bazarda SOCAR istiqrazları ilə 3 milyon 819 min 552 dollarlıq əməliyyat aparılıb. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR istiqrazları üzrə market meyker olan «PSG Kapital» şirkətinin məlumatına görə, bu dövrdə 3 799 istiqraz alınıb və satılıb.İstiqrazların 1 790 ədədi fiziki şəxs, 2 009 ədədi isə hüquqi şəxs tərəfindən alınıb. May ayında SOCAR istiqrazlarının satış qiyməti 4 dollar bahalaşaraq 1004 dollardan 1008 dollara yüksəlib. Xatırladaq ki, Dövlət Neft Şirkətinın daxili bazar üçün nəzərdə tutulmuş SOCAR istiqrazları 2016-cı ilin sentyabr ayında buraxılıb. İstiqrazlar 100 milyon dollar həcmində, 5 illik müddətə və illik 5% gəlirlə emissiya edilib. İstiqrazlar üzrə faiz ödənişləri ildə 4 dəfə həyata keçirilir. İndiyədək faiz ödənişləri 17 yanvar və 17 aprel tarixlərində həyata keçirilib. Növbəti faiz ödənişi iyulun 17-də olacaq.

Ekspert: “Gələn ildən iqtisadi artım baş verəcək”

7 İyun 2017 14:47

"2017- ci il Azərbaycanda ümumdaxili məhsulda azalma qeydə alınsada qeyri-neft sektorunda ümumi daxili məhsulunda artımlar vardı”. Bunu deyən iqtisadçı-ekspert  Vüqar Bayramovun sözlərinə görə, eyni zamanda ümumi daxili məhsuldakı azalma Azərbaycanda neft sektorundakı azalma ilə bağlıdır: “Belə ki, Azərbaycanın OPEK qarşısında öhdəliyi neft hasilatına təsir göstərir. 2017- ci il iqtisadiyyatın stabilləşdirilməsi kimi yadda qala bilər.

Bank sektorunda problemlər həll olunmamış qalır

7 İyun 2017 14:12

Məlum maliyyə böhranından sonra ölkənin bank sektorunda tam sabitlik və normal vəziyyət yaratmaq hələ də mümkün olmayıb. Ötən müddət ərzində bazarın tələbləri ilə bacara bilməyən bəzi banklar bağlanıb, bəziləri ilə bağlanmaq təhlükəsi qarşısındadırlar. Səbəd isə onların aktivlərinin getdikcə azalmasıdır. İqtisadçı ekspert Pərviz Heydərov deyir ki, ölkədə hazırda fəaliyyət göstərən 32 kommersiya bankının mayın 1-i 2017-ci il tarixinə aktivlərinin ümumi məbləği 30 milyard 779,2 milyon manat təşkil edib.

“Valyuta tənzimi haqqında” qanun dəyişdirilir

6 İyun 2017 18:04

İyunun 6-da  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. “Olaylar” xəbər verir ki,  komitə sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib. Z.Səmədzadə bildirib ki,  ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara  dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 98-ci sessiyası keçiriləcək

6 İyun 2017 16:15

İyunun 7 – 16-da Beynəlxalq Dəniz Təşkilatının (IMO) London şəhərində yerləşən baş qərargahında Təşkilatın Dəniz Təhlükəsizliyi Komitəsinin 98 – ci sessiyası işə başlayacaq.

Vüqar Bayramov: “Azərbaycanın beynəlxalq hesabatlarda mövqeyini daha da yaxşılaşacaq”

6 İyun 2017 15:53

"Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi  “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Tədbirlər Planınının həyata keçirilməsi beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyini daha da yaxşılaşdıracaq”.

Tbilisidə üçtərəfli görüş keçirilib

6 İyun 2017 15:37

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a daxil olan məlumata görə, səmimi dostluq şəraitində keçən görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təkər arabacıqlarının dəyişdirilərək (1520 mm standartlı izdən 1435 mm standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub. Bildirilib ki, hazırda böyük həcmli yük Fars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir.

Azərbaycan may ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib

6 İyun 2017 14:22

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan cari ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Şəkidə qadınlar üçün treninq keçirilib

6 İyun 2017 13:52

İyunun 5-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki şəhərində Sənətkarlar Evində qadın sahibkarlar üçün treninq keçirilib.

Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində münbit şərait yaradılıb

5 İyun 2017 15:16

Bütün beynəlxalq risklər və təhdidlərə baxmayaraq Azərbaycan öz inkişaf yolunu davam etdirir. İstər ötən ilin yekunları, istərsə də cari ilin birinci rübünün göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan düzgün yoldadır və bu yol ölkəmizə yalnız uğurlar gətirir. Bunu şərtləndirən başlıca amil isə ölkədə düzgün həyata keçirilən siyasətdir.

“Bəziləri ölkədə müsəlmanlar arasında bölücülüyə davam edirlər”

5 İyun 2017 14:10

Azərbaycan hər zaman öz tolerantlığı, multikulturalizmi, dini dəyərlərə, inanclara hörmət və ehtiram hissi olan bir ölkə kimi tanınıb. Günümüzdə də ölkəmiz məhz bu qeyd edilən məqamlara görə, dünyaya nümunə olaraq göstərilir. Elə ölkəmizdə müntəzəm olaraq mədəniyyətlərarası və dinlərarası dialoqa həsr olunmuş beynəlxalq konfrans və forumların keçirilməsi, istər paytaxt Bakıda, istərsə də bölgələrdə İslam dini ilə yanaşı, qeyri-İslam dinindən olan inanclı insanlara ibadətləri üçün istənilən şəraitin yaradılması, kilsə və digər qeyri-İslami ibadət yerlərinin hökumət hesabına təmir edilərək inanclı insanların ixtiyarına verilməsi deyilənləri təsdiqləyir. Bu baxımından bu gün dünyanın heç bir ölkəsində olmayan dini tolerantlığın məhz Azərbaycanda mövcud olduğunu birmənalı şəkildə söyləmək mümkündür. Ən son mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun əyani sübutu idi.

Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

5 İyun 2017 12:08

2017-ci ilin may ayı ərzində 2 milyon 236 min 93 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 322 min 980 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.