İqtisadiyyat naziri Ukraynanın Azərbaycandakı səfiri ilə müzakirələr aparıb

İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyi qeyd edilib.

İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyi qeyd edilib. Nazir Şahin Mustafayev bildirib ki, Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır ki, bu, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaqdır. Vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit imkanlarından, o cümlədən Bakı Dəniz Ticarət Limanının potensialından istifadə edə bilər. Son zamanlar Azərbaycanın əczaçılıq sənayesinin yaradılması sahəsində gördüyü işlər, ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradılması, kimya sahəsində ölkəmizin zəngin təcrübəsi Ukrayna ilə bu sahədə də əməkdaşlığa geniş imkan yaradır. Bir sıra Ukrayna şirkətlərinin ölkəmizdə əczaçılıq sahəsinə maraq göstərdiyini və bu istiqamətdə görüşlərin keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev Ukrayna şirkətlərinin Azərbaycanın sənaye parklarında investorlar üçün yaradılmış imkanlardan istifadə edə biləcəyini vurğulayıb. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Azərbaycandan turistlərin müalicə məqsədilə Truskavesə səfər etdiklərini, ukraynalıların da Naftalanın müalicə imkanlarına maraq göstərdiklərini diqqətə çatdırıb. Artıq bu barədə Ukraynanın turizm şirkətlərinə müvafiq məlumat verilib. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndiyini, ixracın qarşılıqlı şəkildə artdığını qeyd edən səfir Mişenko SOCAR-ın Ukraynada kifayət qədər tanındığını və Azərbaycan şirkətinin yanacaqdoldurma məntəqələrindən Azərbaycan məhsullarının tanıdılması və təbliği üçün istifadə oluna biləcəyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31