İqtisadiyyat

Rumıniyada SOCAR-ın daha bir yanacaqdoldurma məntəqəsi istifadəyə verilib

9 İyun 2017 16:32

SOCAR Rumıniyanın əsas turizm mərkəzlərindən biri olan Braşov şəhərində yanacaqdoldurma məntəqəsi istifadəyə verib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə bununla da bu ölkədə SOCAR brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 37-ə çatıb. Braşov məntəqəsində quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni zamanda yanacaqla təmin olunmasına imkan yaradır.

SOCAR keçən ay dövlət büdcəsinə 140 milyon manata yaxın vəsait ödəyib

9 İyun 2017 16:30

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin may ayında dövlət büdcəsinə 139 milyon 586 min manat vəsait ödənilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu göstərici 2016-cı ilin may ayı ilə müqayisədə 21 milyon 780 min manat və ya 118,5 faiz çoxdur.

Azərbaycan “EXPO 2017”də milli pavilyonu ilə təmsil olunacaq

8 İyun 2017 18:24

İyunun 10-da Qazaxıstanın paytaxtı Astana şəhərində “EXPO 2017-Gələcəyin enerjisi” Beynəlxalq sərgisinin təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan “EXPO 2017” də Energetika Nazirliyinin təşkilatçılığı ilə hazırlanan milli pavilyonu ilə təmsil olunacaq.

Xəstəxanaya yerləşdirilən azərbaycanlı deputatdan XƏBƏR VAR - YENİLƏNİB

8 İyun 2017 17:19

Millət vəkili Hüseynbala Mirələmov insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanadan verilən xəbərə görə, hazırda deputatın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabildir. 

Nazir müavini: "Maliyyə bazarlarına çıxış hələ də çətindir"

8 İyun 2017 16:10

Azərbaycanda maliyyə bazarlarına çıxış hələ də çətindir, buna görə də investorlar vəsaitlərini səhmlərə qoyurlar. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib. 

DGK: Gürcüstanla sərhəddə ticarətin asanlaşmasına xidmət göstərən mərkəz yaradılmalıdır

8 İyun 2017 16:03

"Azərbaycan və Gürcüstan arasında sərhəd-keçid məntəqəsində ticarətin asanlaşdırılmasına xidmət göstərən mərkəzin yaradılması vacib məsələlərdəndir". Bunu bu gün Bakıda keçirilən Azərbaycan - Avropa İttifaqıbiznes forumunda çıxış edənDövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Şahin Bağırov bildirib.

Sosial mənzil almaq istəyənlər bunları bilməlidir

8 İyun 2017 15:11

"Sosial mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın qeydiyyatdan keçməsinə ehtiyac var". Bunu deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, ikinci mərhələdə vətəndaşlar mənzilin yerini yəni, otaqların sayı, həmçinin mərtəbələri seçmək hüququna malik olacaq: "Bir sözlə birinci mərhələdən fərqli olaraq bu imkan veriləcək ki, sosial mənzil alan şəxs alacağı mənzili seçmək hüququna malik olsun.

Azərbaycanı investisiya qoyuluşu üçün cəlbedici məkana çevirib

8 İyun 2017 13:52

İyunun 8-də Bakıda 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib. İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun və Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən çox iş adamı iştirak edib. Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda müxtəlif sahələrə - kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühit texnologiyalarına dair panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, maraqlı çıxışlar edilib.

Qeyri-neft sektorunun inkişafı uğurla davam edir

8 İyun 2017 13:47

“Ölkəmizdə möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbəə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.

Ticarət evləri Azərbaycana nə vəd edir?

8 İyun 2017 13:37

Dünya bazarında neftin qiymətinin aşağı düşmçəsi nəticəsində bu sahədən gələn gəlirin azalması  Azərbaycanda qeyri-nef sektorunun inkişafını labüd edir. Etiraf edilməlidir ki, artıq ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılmaqdadır.

"Neft Daşları”nda yeni quyu qazılır

8 İyun 2017 13:26

“Neft Daşları” yatağında 2585 nömrəli stasionar dəniz özülündən 2584 nömrəli quyuda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə. “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2800 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 20 ton neft və 2000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

Anbarlara təbii qazın vurulması davam edir

8 İyun 2017 13:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində tədbirlər davam etdirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır.

Azərbaycana gələn turistlərin sayı açıqlandı

8 İyun 2017 13:23

Azərbaycana bu il ərzində gələn turistlərin sayı açıqlanıb. Milli Turizm Təbliğat Bürosunun getmə turizm sahəsində ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, keçən ilin may ayında Azərbaycana 174 min nəfər, bu ilin mayında isə 211 min turist səfər edib: "Bu, kifayət qədər böyük rəqəmdir və artım böyükdür.

“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi uğurla davam etdirilir

8 İyun 2017 12:56

Son bir neçə ildə dünyada hökm sürən qlobal maliyyə böhranı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşması qeyri-neft sektorunun inkişafını daha da sürətləndirilməsini zərurətə çevirib.

Şahin Müstafayev: “Milli valyutamız öz yerini tapmaqdadır”

8 İyun 2017 11:47

“Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır”. “Olaylar” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan -Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.